
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İranda hakimiyyət dəyişikliyinə çalışmır.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Floridadakı iqamətgahında xüsusi çıxışında bildirib.
"Biz rejimin (İranda-red) dəyişməsinə çalışmırıq. Bununla belə, bölgədə İran rejiminin təcavüzü, onun nəzarəti altında olan silahlılar da daxil olmaqla, regionda və qonşu dövlətlərdə sabitliyi pozur və bu dərhal qurtarmalıdır", - deyə Tramp öz iqamətgahındakı çıxışında bildirib.
O, əlavə edib ki, "gələcək İranın xalqına aiddir, xalqı xaricdə qan tökməyə cəlb edən terrorçulara yox”.