
ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 10 mini ötüb.
APA “TASS”-a istinadən xəbər verir ki, belə bir məlumat federal və ştat rəsmilərinin hesabatları əsasında Con Hopkins Universitetinin saytında yerləşdirilib.
Son məlumatlara görə, ABŞ-da 10755 virusa yoluxmuş insan var. Koronavirusun yaratdığı xəstəlik nəticəsində 154 nəfər, o cümlədən Vaşinqton ştatında 68, Nyu-Yorkda 20, Kaliforniyada 16 nəfər ölüb, 106 nəfər isə sağalıb.