
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin yeni Konstitusiyasını imzalayıb.
Bu barədə Trend "Kabar"a istinadən xəbər verir.
Qeyd edək ki, yeni Konstitusiya üzrə referendum Qırğızıstanda aprelin 11-i keçirilib. Səsvermədə iştirak edən vətəndaşların 79 faizi yeni Konstitusiyanın lehinə səs verib.