
Rusiyanın Simferopol bölgəsində Federal Təhlükəsizlik Bürosunun (FTB) Krım şöbəsi üzrə əməkdaşları tərəfindən beynəlxalq axtarışda olan terror təşkilatlarının üzvü zərəsizləşdirilib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə FTB-nin mətbuat xidməti məlumat yayıb.
FTB və Milli Qvardiyanın xüsusi təyinatlı dəstələrinin birgə həyata keçirdiyi əməliyyat zamanı terrorçu silahlı müqavimət göstərib. Bu zaman qarşı tərəfin cavab atəşi ilə o öldürülüb.
Hadisə ilə bağlı təcili istintaq hərəkətləri başlanılıb.