
ABŞ hakimiyyəti İsrail, Fələstin və bölgədəki tərəfdaşları ilə Yaxın Şərq münaqişəsini həll etmək üçün danışıqlara davam edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden Ramazan bayramı münasibətilə Ağ Ev tərəfindən yayımlanan video çıxışında deyib.
Dövlət başçısı qeyd edib: "Administrasiyam sabit sakitlik dövrü əldə etmək üçün fələstinlilər, israillilər və digər regional tərəfdaşlarla əlaqə qurmağa davam etmək niyyətindədir".