Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub .....                     Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür .....                     Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib .....                     Azərbaycanda artıq .....                     AZAL təyyarəsinin vurulması .....                     Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin .....                     Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... .....                     DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                 

Rusiya taqətdən düşür, təşəbbüs Ukraynaya keçib - İNCƏLƏMƏ...
Tarix: 27-04-2022, 08:35 | Çap et
Rusiya taqətdən düşür, təşəbbüs Ukraynaya keçib
Rusiyanın 24 fevralda Ukraynaya qarşı başlatdığı müharibənin iki ayı geridə qalıb. Bu günə olan nəticə Xerson vilayətinin işğalı, Mariupol şəhərinin nəzarətə götürülməsi və bir neçə kiçik şəhərləri ələ keçirməkdən ibarətdir. Kreml strateqlərinin ildırımsürətli qələbə strategiyası tamamilə iflasa uğrayıb. Bunu Kiyev vilayətindən geriçəkilmə və iki ayda Rusiya silahlı qüvvələrinin verdiyi itkilər də təsdiq edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilmiş sonuncu açıqlamaya görə, döyüşlər nəticəsində Rusiyanın 22 100 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, işğalçı ordunun 918 ədəd tankı, 2 308 ədəd zirehli döyüş maşını, 416 ədəd artilleriya sistemi, 149 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 184 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 643 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 205 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib. Hərbi ekspertlər hesablayırlar ki, Rusiya ordusunun bu günə qədər itirdiyi hərbi texnikanın dəyəri 21 milyard dollardan artıqdır.

Qarşıda isə müharibənin növbəti mərhələsi var. Britaniya və ABŞ strateqləri hesab edirlər ki, Ukrayna silahlı qüvvələri düşməni taqətdən saldıqdan sonra cəbhəboyu hücuma keçəcəklər. Britaniya kəşfiyyatının məlumatına görə, hazırda rus ordusunun hücumları davam etdirmək potensialı 30 faiz civarındadır və bu ehtiyatlar da qarşıdakı həftələrdə sürətlə tükənəcək. Nəticədə Qərb ölkələrinin ən müasir silahlarını əldə etmiş Ukrayna ordusu qısa müddət ərzində bütün Donbas bölgəsini nəzarətə götürə biləcək.

“Senzor.net” portalının baş redaktoru, sosial şəbəkələrdə yüzminlərlə izləyicisi olan hərbi bloqçu Yuri Butusov ötən iki ayın nəticələrini təhlil edib. O, Putin hakimiyyətinin Ukraynada qarşıya qoyduğu hədəfləri hazırkı real vəziyyətlə müqayisə edib. Bloqçu bundan sonra proseslərin inkişaf trayektoriyasına dair gözləntilərini də açıqlayıb:

Əsas inzibati mərkəzlərin – Kiyev və Xarkovun mühasirəyə alınması, ölkə idarəçiliyinin qeyri-mütəşəkkilliyinə nail olmaqla, Ukrayna rəhbərliyinin təslim olmağa məcbur edilməsi;
Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna rəhbərliyi müharibəni davam etdirir, Kiyev və Xarkov etibarlı şəkildə müdafiə olunur.

11 rayon ərazisində sistemli hücumlar həyata keçirməklə, Ukrayna hərbi qüvvələrinin effektiv yerləşdirilməsi imkanlarının pozulması;
Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna qüvvələrini qələbə üçün səfərbər etməyə davam edir.

NATO ölkələrinin Ukraynaya hərbi təchizat göndərməsinin qarşısını almaq üçün Kiyevdən Qərbdə və Krivoy Roqdan şimalda Ukraynaya strateji magistralların kəsilməsi;
Nəticə: məqsədlərə nail olunmayıb, Ukrayna öz kommunikasiyalarını qoruyub, NATO da hərbi dəstəyini davam etdirir.

Ukraynanın Qara dəniz və Azov dənizi limanlarının tutulması, Rusiyadan Dnestryanı bölgəyə dəhlizin yaradılması;
Nəticə: məqsədlərə qismən nail olundu – Azov dənizinin sahili ələ keçirildi, lakin Nikolayev və Odessa bölgələrinin müdafiəsi davam edir və əsas dəniz limanları etibarlı şəkildə qorunur.

Ukraynanın mütəşəkkil müqavimətdən əl çəkməsi üçün iqtisadiyyatı sarsıtmaq və cəmiyyəti ruhdan salmaq;
Nəticə: məqsədlərə nail olunmadı, iqtisadiyyat Qərbin böyük dəstəyini aldı, cəmiyyət müharibəni qələbəyə aparır, bütün siyasi qüvvələr düşmənlə mübarizəyə köklənib.

Müdafiə sisteminin, hərbi infrastrukturun dağıdılması;
Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna ordusu NATO ölkələrindən böyük hərbi yardım almağa başladı və döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Sənədlərlə sübut edilib ki, iki ay ərzində Rusiya 3200-dən çox hərbi texnikasını itirib və bu itkiləri kompensasiya edə bilməz.

Donetsk və Luqansk vilayətlərinin tutulması;
Nəticə: məqsədlərə nail olunmadı, iki ay sonra Ukrayna Donbasın geniş ərazilərini və bir çox böyük şəhərləri müdafiə etməkdə davam edir.

Yuri Butusov qeyd edir ki, beləliklə, strateji baxımdan, Putin Ukraynada heç bir məqsədinə tam nail ola bilməyib. Onun sözlərinə görə, Rusiya bütün NATO ölkələrinin və dünyanın onlarla qat-qat artıq resursa malik dövlətlərinin dəstəyini almış Ukraynaya qarşı soyqırımı müharibəsinə cəlb olunub: “Mariupolun ələ keçirilməsi Rusiyanın strateji mövqeyini heç bir şəkildə dəyişməyəcək və yalnız daha sərt müqavimətə gətirib çıxaracaq. Ukrayna isə güzəştlərdən tamamilə imtina edəcək. Bundan başqa, Qərbin müasir silah tədarükündən sonra müharibədə texnoloji üstünlük tədricən Ukrayna tərəfinə keçəcək ki, bu da nəticədə Rusiyanın ağır itkilər verməsinə və ordusunun işğal olunmuş əraziləri saxlamaq qabiliyyətini itirməsinə səbəb olacaq”.

Y.Butusov əlavə edir ki, müharibənin davam etdirilməsi üçün Putin qismən səfərbərlik etməli olacaq. İndiki sanksiyalar şəraitində bu addım Rusiya iqtisadiyyatına daha böyük ziyan vuracaq və Rusiya cəmiyyətini ruhdan salacaq. Hərbi jurnalist əmindir ki, Ukrayna müharibədə artıq strateji təşəbbüsü ələ keçirib. “Rusiya hələ ki, bəzi taktiki uğurlara qadirdir, lakin ilkin məqsədlərinin heç birinə nail ola bilmir”, – qeyd edib.

Butusova görə, Putinin strategiyası iflasa uğrayıb və bundan sonra Ukraynanın süqut etmək şansı yoxdur: “Müharibənin uğurla davam etdirilməsi Ukraynanın mövcud maddi və insan resurslarından səriştəli istifadə etmək, planlaşdırmaq bacarığından, eləcə də xaricdən silah resursları, peşəkar hərbi kadrların cəlb edilməsinin miqyasından asılıdır”.
//pressklub.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru