Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib .....                     Azərbaycanda artıq .....                     AZAL təyyarəsinin vurulması .....                     Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin .....                     Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... .....                     DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                 

Moskvanın göstərişi və ya İrəvan küçələrindəki quldurlar: - ordu isə Kremldən əmr gözləyir
Tarix: 29-04-2022, 14:55 | Çap et
Moskvanın göstərişi və ya İrəvan küçələrindəki quldurlar:
Ermənistanda siyasi qarşıdurma yüksələn xətlə inkişaf etməkdədir. Təxminən on gün əvvəl paytaxt İrəvanda erməni müxalifət qüvvələrinin başlatdığı aksiya bu günlərdə geniş vüsət almağa başlayıb. Aksiyaya əvvəlcə Ermənistan Parlamentinin müxalif "Şərəfim var" fraksiyasının üzvü, "Rodina" Partiyasının lideri Artur Vanetsyan fərdi şəkildə başladı.

Həm də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri olan Vanetsyan İrəvanın mərkəzində çadır quraraq oturaq piketə start verdi. Vanetsyan Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülhə doğru yürütdüyü siyasətə etiraz etdiyini, xalqı bu etiraza səslədiyini bildirdi. Lakin Vanetsyanın piket xarakteri daşıyan aksiyasına cəmiyyətdən kütləvi "hə" cavabı gəlmədi.

Paralel olaraq 44 günlük müharibənin iştirakçısı olmuş iki erməni hərbçi də İrəvanda aksiya keçirməyə başladılar. Onlar Vanetsyandan fərqli olaraq aksiyanı başqa formada təşkil etdilər - aclıq aksiyasına start verdilər. Amma müharibə iştirakçılarından çox az adam onlara dəstək oldu.

Sonra bir qrup tələbə və müharibədə övladlarını itirmiş əsgər anaları aksiya-yürüşlər təşkil etdilər. Onlar Paşinyanın istefası və cinayət məsuliyyətinə cəlb olunması üçün aksiyaları davam etdirirlər. Aprelin 27-dək etirazlar demək olar ki, qarşıdurmasız keçirdi. Lakin aprelin 27-də polislə etirazçılar arasında qarşıdurmalar baş vedi və həbs edilənlər haqqında informasiyalar mövcuddur.

Maraqlı məqam ondan ibarətdir ki, sözügedən aksiyalar pərakəndə şəkildə keçirilir, ümumi müxalif qüvvələrin mitinqlərinə çevrilə bilmir. Erməni analitiklər bunun səbəbini cəmiyyətin böyük kəsiminin müxaliflərə dəstək verməməsində, müxaliflərin isə ölkənin ağır durumundan çıxarmaq üçün plan-proqramının olmamasında görürlər. diaaz.space xəbər verir ki, Ermənistanda baş verənlər, proseslərin hansı istiqamət alacağı ilə bağlı AYNA-nın suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb. Analitikin fikrincə, Rusiya Paşinyanın Qarabağ məsələsində mövqeyini sərtləşdirməsinə çalışır:

- Kremlin niyyəti odur ki, Paşinyan tələblərini artırsın, əldə olunan razılaşmalar pozulsun və Ermənistanla Azərbaycan arasında sülh əldə edilməsin. Bununla da münaqişə sanki varmış kimi qalsın. Qarabağdakı ermənilərin "təhlükəsizliyini" qorumaq bəhanəsi ilə Rusiya sülhməramlıları bölgədə uzun müddət qala bilsinlər. Faktiki olaraq, münaqişənin qalması Rusiyanın əlində həm Ermənistana, həm də Azərbaycana təzyiq vasitəsidir. Kreml bu vasitəsini əsla itirmək istəmir. Təbii ki, Rusiyanın Ermənistandakı tulaları var. Ermənistanda pulu, çörəyi, var-dövləti münaqişədən çıxan, öz xalqına düşmən xeyli cındır tör-töküntü var ki, indi onlara Moskvadan göstəriş gəlib. Onlar da Qarabağ məsələsini gündəmə gətirməklə İrəvan küçələrinə çıxırlar. "Qarabağ müstəqil olmalıdır", "Qarabağın statusu olmalıdır", "Qarabağ heç vaxt Azərbaycanın ola bilməz", "Qoymayın, Paşinyan Qarabağı türklərə satdı" kimi axmaq şüarlarla küçələrə tökülürlər. Bu nağıllarla istəyirlər ki, Paşinyanın siyasətinə mane olsunlar.

- Mane ola biləcəklərmi?

- Baxın, Ermənistan Parlamenti Paşinyanın nəzarətindədir, 75 faiz deputat Paşinyanın rəhbəri olduğu partiyadandır. Bu baxımdan, Paşinyan istədiyi siyasəti həyata keçirə biləcək. Hələ ki, ölkədə xaos yaratmaq istəyənləri intizama dəvət edir. Paşinyan söz azadlığını hələ ki, tanıyır. Amma bir əndazə olmalıdır. Dövlət idarələrinin işinə maneə yaranacaqsa, müxalifəti dəstəkləməyən cəmiyyətin böyük hissəsinin gündəlik həyatına mənfi təsirlər olacaqsa, o zaman Paşinyan sərt addımlar atacaq. Vətəndaş azadlığından sui-istifadəyə Ermənistan hökuməti yol verməyəcək.

Bu aksiyaların geniş vüsət alması, 2018-ci ildə baş verən inqilabın təkrarlanacağı gözlənilən deyil. Çünki nə situasiya həminkidir, nə də hökumətin başında dayanan eyni yolun-yolçusudur. 2018-ci ildə Ermənistan əhalisinin böyük əksəriyyəti dəstəkləyirdi, indi də bir qədər dəstək azalsa da, dəstək qalmaqdadır. Dəstək çoxluğu Paşinyanın tərəfindədir. Ermənilər Robert Köçəryanı, Serj Sarkisyanı yaxşı tanıyır. Bu oğru, satqın, xəyanətkar, ermənilərin qanı üzərində varlanmış, harınlamış quldurları cəmiyyət dəstəkləmir. Çox az adam bu quldurları dəstəkləyir ki, bununla Paşinyanı devirmək mümkün deyil. İndi aksiyalara nə qədər adam çıxır - 500-600. Uzağı, 1000-1500 adamla mitinq etsinlər. Bununla nəyəsə nail ola bilməzlər.

- Bildirdiniz ki, Rusiya Paşinyana təzyiq edir. Sizcə, Nikol Kremlin təzyiqi nəticəsində Azərbaycanla razılaşmalardan geri çəkiləcəkmi?

- Açığını deyim ki, Ermənistanda proseslərə ordunu qatsalar, çeviriliş etsələr, bəli. Bu halda Paşinyanı devirə bilərlər, yaxud özü istefa verə bilər. Bu gün Ermənistan ordusu Rusiyadan gələn əmri gözləyir. Hərçənd ki, ordu müharibədə məğlub olub və əhali arasındakı əvvəlki "müqəddəsliyini" itirib, amma nəsə edə bilər. Hər halda ordu güc strukturudur, bir hərbi hissə və üç tank kifayətdir ki, gedib Paşinyanı kreslosundan qovsunlar. Amma sonra nə olacaq, onu düşünmək lazımdır. Paşinyan devrilsə, nə dünya yeni hakimiyyətin legitimliyini tanıyacaq, nə xalq onları qəbul edəcək. Erməni müxalifətinin əli boşdur, xalqa deyəsi sözü, verəsi nəyisə yoxdur.

- Sizcə, Ermənistanda çevrilişlə hakimiyyətə gələn qüvvələri dünyanın tanıyıb-tanımaması, bunun legitim olub-olmaması Rusiyanın marağındadırmı?

- Rusiya Ermənistanda indi elə adamlara söykənir ki, o adamlar erməni xalqının dəstəyini itiriblər. Bəli, vaxtilə bu quldurları ermənilər dəstəkləyirdilər, bunları "qəhrəman" sayırdılar, hesab edirdilər, müharibədə qalib gəldiklərini deyirdilər. Düzdür, Azərbaycana onlar yox, Rusiya qalib gəlmişdir, amma bu başqa mövzudur. Hər halda erməni əhalisi onları "qəhrəman" sayırdı. İndi isə xalq onların "qəhrəmanlıqlarını" bilir, hansı yuvanın quşu olduqlarını dərk edir. Rusiya əlbəttə, istəyər ki, onun Ermənistanda hakimiyyətə gətirdiyi qüvvələri xalq da dəstəkləsin - bu, çevrilişlə baş tutsa belə. Çünki xalqın dəstəkləmədiyi hakimiyyətin uzun müddət qalmasının mümkün olmadığını Kremldə bilirlər. Moskvadakılar o qədər ağılsız deyillər axı.

Eyni zamanda, bugünkü reallıq da başqadır. Azərbaycan müharibədə qalib gəlib. İndi Paşinyan hakimiyyəti Qarabağ üçün güzəştli status qoparmağa çalışır. Paşinyanı devirib hakimiyyətə gəlmək istəyənlər də bundan artığını edə bilməyəcəklər. Ermənilərin isə Qarabağda ala biləcəkləri ən yüksək status Azərbaycan vətəndaşı statusudur. Alsınlar bu statusu, şad-xürrəm yaşasınlar da...

- Məlumdur ki, Brüsseldə əldə olunan razılaşmaya əsasən, sərhədlərin delimitasiya və demarkasiyasına başlamağı nəzərdə tutan Birgə Sərhəd Komissiyası aprelin sonuna kimi formalaşmalı və maydan işə başlamalıdır. Aprelin sonudur və Ermənistan daxilində baş verənlər indiyə təsadüf edir. Bu, Birgə Sərhəd Komissiyasının fəaliyyətə başlamasına əngəl törədəcəkmi?

- Əlbəttə ki, xeyir. Birgə Sərhəd Komissiyasını həm Azərbaycan tərəf, həm Ermənistan tərəf artıq formalaşdırıblar. Bu, verilən bəyanatlardan da aydın olur. Əminəm ki, bu Komissiya işləməyə başlayacaq. İrəvan küçələrindəki quldurlar buna əngəl ola biləcək gücdə deyillər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru