Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin .....                     Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... .....                     DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                     Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... .....                     Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır .....                     Yediyimiz YAĞDAN xəbəriniz varmı? .....                 

Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş” - İNCƏLƏMƏ...
Tarix: 6-05-2022, 10:37 | Çap et
Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş”
ABŞ Prezidenti Co Bayden Alabama ştatında Ukrayna üçün raket kompleksləri istehsal edən zavoda səfəri zamanı Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırıb. Ağ Evin rəhbəri deyib ki, bu cür böhranlar təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir.

“Açıq deyə bilərik ki, Rusiya hərbi birləşmələri böyük çətinliklə üzləşib. Rusiya üçün bu müharibə strateji məğlubiyyətdir. Ukraynaya 3 milyard dollardan çox hərbi yardım etmişik. Biz Ukraynaya kömək etməsək, ruslar irəliləməyə davam edəcəkdilər. Bununla bağlı bizdə səhih məlumatlar var. Müharibəyə qarşı çıxmasaq, bunun nəticələri daha ağır olacaq”, - deyə Bayden vurğulayıb.

O, Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb.

Lakin ABŞ-ın demokratiya mövzusunda səmimi olmadığını, yalnız öz maraqları tələb etdiyi zaman “demokratiya silahı”na sarıldığını iddia edənlər də var. Onların qənaətinə görə, ABŞ Avropada itirmiş olduğu mövqeyini bərpa etmək və Çinlə Rusiyanın birləşməsinin qarşısını almaq üçün Ukraynaya dəstək göstərməkdə davam edir. Bununla yanaşı, Kremlin dünyada avtoritarizmin əsas dəstəkçisi olduğunu və bu səbəbdən ona qarşı təzyiqlərin qaçılmaz olduğunu hesab edənlərin sayı da az deyil. DİA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev AYNA-ya müsahibəsində Ukrayna ətrafında baş verənlər haqqında danışıb:

- Fərid bəy, ABŞ Prezidenti Ukraynadakı hadisələri demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb. Sizcə, bu, doğrudanmı belədir?

- Təbii ki, Co Baydenin bu fikirlərində həqiqət payı var. Lakin bu, ikinci dərəcəli məsələdir və əsas diqqət Rusiyanın Ukraynaya qarşı ərazi iddialarına yönəlib. ABŞ və Qərb Rusiyanın imperiya iddialarından və bərpa planlarından ciddi şəkildə narahatdır. O ki qaldı Baydenin Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırmasına, bu bəyanatda müxtəlif təzahürləri müşahidə etmək mümkündür. Məlumdur ki, Ukraynanın daxili siyasətində də müəyyən problemlər mövcuddur. Rusiya qonşuluqda Qərbə inteqrasiya edən və müstəqil qərarlar verən bir ölkənin olmasını istəmir. Ukraynaya hərbi müdaxilənin əsas səbəblərindən biri elə budur. Moskva onun sərhədləri yaxınlığında Qərbin güclənməsinə hər vəchlə mane olmağa çalışır. Bundan narahatlığını gizlətmir. Amerikada və Qərbdə hesab edirlər ki, bu, demokratiya ilə avtokratiya arasında döyüşdür. Moskvada isə bunu Qərbin Rusiyaya qarşı yönələn təzyiqi kimi qiymətləndirirlər. Təbii ki, hər bir tərəfin öz arqumenti var və hər kəs öz mövqeyində haqlı olduğunu iddia edir.

- İddialar mövcuddur ki, ABŞ Avropada itirmiş olduğu mövqelərini bərpa etmək və Çinlə Rusiyanın yaxınlaşmasına mane olmaq üçün Ukraynaya dəstək verir...

- Burada Çin amili bir o qədər də mühüm rol oynamır. Daha çox Rusiya ilə birbaşa mübarizədən söhbət gedir. Söylədiyim kimi, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanın imperiya səylərindən narahatdır. ABŞ-ın Avropada itirmiş mövqelərinin bərpasına gəldikdə isə, Ukraynaya qarşı təcavüz siyasəti ilə Rusiya imkan verib ki, ABŞ Avropada güclənsin. Buna görə kimisə ittiham etməyə də dəyməz. Əgər həqiqətən Moskva buna imkan vermək istəmirdisə, bu halda Ukraynaya qarşı müharibəyə başlamamalı idi.

- Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəni münaqişəyə ikili standartlardan yanaşmaqda ittiham edib. Maraqlıdır, o, niyə belə bir açıqlama ilə çıxış edib?

- Yəqin ki, Zelenski psixoloji cəhətdən yorulub və belə bəyanatlar səsləndirir. Biz görürük ki, Ukrayna rəsmiləri, eləcə də Zelenski təkcə Türkiyəni deyil, Qərbi də ittiham edir. Görünür, təcavüz və onun doğurduğu nəticələr, dinc əhaliyə qarşı zorakılıq Zelenskini psixoloji baxımdan yorub. İnanmıram ki, bunun arxasında ciddi səbəblər dayanır və Zelenski Türkiyə ilə bağlı hər hansı addım atacaq. O, sadəcə psixoloji yorğunluqdan dolayı bu cür fikirlər səsləndirib, məhz elə buna görə də, rəsmi Ankara məsələyə hər hansı münasibət bildirməyib. Yəqin onlar da başa düşürlər ki, Zelenski gərgindir və güzəşt yolunu tutublar.

- Məlumatlar yayılır ki, Ukrayna münaqişəsi başa çatandan sonra Qərb Türkiyə və Macarıstana təzyiqləri artıracaq. Bu iddiaların həqiqət yükü varmı?

- Türkiyə və Macarıstana qarşı post-müharibə dövründə ciddi təzyiqlər gözlənilmir. Çünki Qərb üçün ön planda bu ölkələr deyil. Rusiya ilə olan münaqişə bir daha göstərdi ki, Türkiyə çox vacib bir müttəfiqdir. Şübhəsiz ki, onu itirmək istəməyəcəklər. Düzdür, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, lakin hərbi baxımdan çox vacib müttəfiqdir. Türkiyə müharibə dövründə Ukraynaya dəfələrlə dəstək nümayiş etdirib və bunu rəsmi Kiyevdə də etiraf edirlər. Qərbin əsas diqqəti Rusiya ilə yanaşı, əsas geosiyasi oyunçulara - Çin, Hindistan və digər dövlətlərə yönəlib. Onlar xüsusən Hindistandan sanksiyalara qoşulmağı gözləyirdilər. Şübhəsiz ki, müəyyən təzyiqlər vasitəsilə buna nail olmağa səy göstərəcəklər.

- Dünya gündəmini məşğul edən əsas mövzu Ukraynadır. Sizcə, Ukrayna böhranı nə zamana qədər davam edəcək?

- Açığını desəm, münaqişənin tezliklə bitəcəyini ehtimal etmirəm. Bu, yalnız bir halda mümkündür - Rusiyanın daxilində köklü dəyişikliklər baş verərsə, atəşkəs əldə oluna bilər. Əks halda münaqişənin tezliklə başa çatacağını söyləmək mümkün deyil. Məlumdur ki, ABŞ və Qərbin əsas məqsədi Rusiya iqtidarını zəiflətməkdir və bunu gizlətmirlər də. Görünən odur ki, onlar bu iddialarından geri çəkilmək niyyətində deyillər, belə bir həssas şəraitdə Kreml də geri addım atmayacaq. Bu baxımdan Rusiyanın rəhbərliyində ciddi dəyişikliklər baş verməyənə qədər müharibənin, münaqişənin davam edəcəyini söyləmək olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31
Putin Bakıdan nə istəyir? - Son “kart” işə salındı
Bu gün, 07:24
Ermənistan böyük hücuma hazırlaşır? – Sabiq dövlət müşaviri açıqlayır
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru