![Sabiq müdafiə nazirinin məhkəmə prosesi yanvarın 23-də keçiriləcək Sabiq müdafiə nazirinin məhkəmə prosesi yanvarın 23-də keçiriləcək](/uploads/posts/2014-01/1390461378_0001.jpg)
Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvilinin məhkəmə prosesi yanvarın 23-də Fransanın Provans vilayətinin Eks-an şəhərinin apellyasiya məhkəməsində keçiriləcək.
Gürcüstan tərəfi Kezeraşvilinin ekstradisiyası üçün yanvarın 16-dək bütün lazımi əlavə sənədləri təqdim edib.
Sabiq müdafiə naziri oktyabrın 14-də Fransadakı gürcü tərəfinin xahişi ilə həbs edilib. O, xüsusilə iri məbləğdə qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur.