![Ərdoğanın oğlu korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib Ərdoğanın oğlu korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib](/uploads/posts/2014-01/thumbs/1390552200_0001.jpg)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.
Məlumata əsasən, Bilal Ərdoğanın vəkili deyib ki, Baş nazirin oğlu bu vaxta qədər ifadə verməyə çağırılmayıb.
Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılıb. Saxlamalar korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları əsasında həyata keçirilib.