![Türkiyənin ampülü sönmə ərəfəsində Türkiyənin ampülü sönmə ərəfəsində](/uploads/posts/2014-01/thumbs/1390903352_0001.jpg)
Türkiyənin SONAR araşdırma şirkəti 17 dekabr “korrupsiya və rüşvət əməliyyatı”nın 4 nazirin istefasından sonrakı müddətin seçimə təsirini araşdırıb.
Şirkət əməkdaşları 26 vilayət və 30 kənddə 3025 vətəndaşla üz-üzə sorğu aparıb. Sorğunun ən diqqət çəkən nəticəsi hakim AKP-nin səs faizinin təkpartiyalı iqtidar qurmağa imkan verməməsidir.
Respondentlər “bu bazar günü ümumi seçki olarsa hansı partiyaya səs verərsiniz?” sorğusuna 42% AKP-yə, 30% CHP-yə, 19% isə MHP-yə səs verəcəyini bildirib.