Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                 

Kim daha uğurlu seçki kampaniyası aparır? - GƏLİŞMƏ
Tarix: 8-05-2023, 15:13 | Çap et
Kim daha uğurlu seçki kampaniyası aparır?
Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri Azərbaycanda da diqqətlə izlənilir. Hazırda seçkiöncəsi namizədlər müxtəlif təbliğat kampaniyalarından və seçki texnologiyalarından istifadə edirlər.

Qeyd edək ki, marketinq və PR alətlərindən müxtəlif məqsədlər üçün, eləcə də siyasətdə və seçkilərdə geniş istifadə olunur. Müasir dövrdə seçki taktikaları, namizədlərin təbliğatının forma və platformaları da dəyişib, yeni şərtlərə uyğunlaşıb.

Araşdırma, hazırlıq, strateji planlama, kommunikasiya, icraat, dəyərləndirmə mərhələlərindən ibarət olan seçki prosesi sona yaxınlaşdıqca rəqiblərin seçki kampaniyalarını necə həyata keçirdikləri, hansı fərqli texnologiyalardan istifadə etdikləri ciddi müzakirə mövzusudur.

İqtidar və müxalifət: kim nə cür siyasi texnologiyadan istifadə edir, hansı cinah hansı üsula əl atır və tərəflərin üz tutduğu metodologiyalardan daha uğurlusu indidən sezilirmi?

DİA.AZ-ın məlumatına görə, Türkiyəli seçki texnoloqu Murat Aşkın AYNA-ya açıqlamasında deyib ki, müxalif qüvvələr üçün təbliğat daha asandır: “Çünki onlar rəqibin zəif nöqtələrindən məharətlə istifadə edirlər. Bu mənada altı aparıcı müxalifət partiyasını öz ətrafında birləşdirən “Millət İttifaqı” AKP iqtidarının səhvlərindən, zəifliklərindən ciddi şəkildə istifadə etdi”.

“Marketinq və PR kampaniyalarının seçkilərdə rolu böyükdür. Lakin söhbət prezident seçkilərindən gedirsə, burada iki şanslı namizəd var və onları demək olar ki, bütün Türkiyə tanıyır. Siyasi fəaliyyətləri barədə də ətraflı məlumata malikdir. Bu mənada daha çox namizədlərin bu günə qədər olan fəaliyyətinə xüsusi diqqət ayrılır”, - deyə həmsöhbətimizbildirib.

Onun sözlərinə görə, “Cümhur İttifaqı” Türkiyənin müstəqil xarici siyasət yürütməsini, dünyanın aparıcı diplomatik oyunçularından birinə çevrilməsini önə çəkir: ““Millət İttifaqı” isə bəyan edir ki, məhz bu siyasət Türkiyəni Qərbdən qoparıb və Avropanın bir parçası olmaqdan məhrum edib. Türkiyədə baş verən son zəlzələ zamanı tikililərin keyfiyyətsiz olması səbəbindən xeyli sayda insanın həyatını itirməsi Ərdoğan komandası üçün sarsıcıdı zərbə oldu”.

Aşkın “Millət İttifaqı”nın daha fəal seçki kampaniyası apardığı düşüncəsindədir: “Kılıcdaroğlu və komandası bəyan edir ki, onlar hakimiyyətə gələcəyi təqdirdə geniş islahatlar aparacaqlar. Bu sırada korrupsiyadan əldə edilən və xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan gəlirlərin ölkəyə gətirilməsi və bu çərçivədə “Aktivlərin Bərpası İdarəsi”nin yaradılması, belə halların aşkar edildiyi Dövlət-Özəl Tərəfdaşlıq layihələri üzrə podratçı şirkətlər, onların tərəfdaşları, məsul şəxslər barəsində hüquqi prosedurlar başlanılacağı, dəymiş zərərin geri alınması, heç kimin bir yerdən çox maaş almayacağı və s. xüsuslar Türkiyə vətəndaşları üçün cəlbedicidir. “Cümhur İttifaqı” isə ənənəvi siyasətin davam edəcəyini bildirir. Bütün hallarda türkiyəli seçicilər ayıqdır və yekun qərarı məhz onlar verəcəklər”.

DİA.AZ bildirir ki, Türkiyədəki seçkiləri AYNA-ya şərh edən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri Rakıp Sarının sözlərinə görə, namizəddə, siyasətçidə ən vacib faktor ritorikadır: “Ritorika ünsiyyət üslubudur. Buna insanları inandırmağa yönəlmiş dil ustalığı da deyə bilərik. O, qucaqlayıcıdır, yumşaldıcıdır, təsirlidir, gündəmdir, qarışıqlıq yarada bilər. Bir çox siyasilərin mütaliəsinin az olması yerli camaatdan uzaq düşməsinə, onları tam başa düşməməsinə və nəticədə də onlarla emosional bağ qura bilməməsinə səbəb olur. Siyasətçi hər şeydən öncə çox gözəl danışmağı bacarmalıdır”.

“Açıq şəkildə etiraf etmək lazımdır ki, Türkiyədə bu baxımdan ən şanslı namizəd Rəcəb Tayyib Ərdoğandır. Onun və komandasının bu günə qədər keçirilən çoxsaylı seçkilərdə qələbə qazanmasında başlıca şərtlərdən biri də budur. Ərdoğan natiqdir, təqdimat və inandırma qabiliyyətinə malikdir”, - deyə müsahibimiz söyləyib.

Onun fikrincə, seçkilər “Cümhur İttifaqı”nın qələbəsi ilə başa çatacaq: “Düzdür, buna qədər hakim partiya seçkilərdə rahat qələbə qazana bilirdi. Bu dəfə isə gərgin rəqabət olacaq. Müxalifət parlamentdə daha çox millət vəkili ilə təmsil olunacaq. Lakin seçkilərin favoriti Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı”dır. Ədroğanın şəxsi xüsusiyyətləri onun qələbəsini qaçılmaz edəcək”.

“Bəzən “Millət İttifaqı”nın şansının yüksək olduğu iddia olunur. Bu, belə deyil. Sadəcə görüntüdür. Müxalifət daha çox iqtidarın səhvləri üzərində üstünlük qazanmağa çalışır. İqtidarın isə uğuru onun fəaliyyətidir”, - deyə Sarı fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru