İki NATO ölkəsi arasında gərginlik: Avropa üçün təhdid - NƏ BAŞ VERİR?
Tarix: 10-05-2023, 17:47 | Çap et
![İki NATO ölkəsi arasında gərginlik: Avropa üçün təhdid İki NATO ölkəsi arasında gərginlik: Avropa üçün təhdid](https://dia-az.shop/uploads/posts/2023-05/thumbs/1683726464_0001.jpg) Rusiya-Ukrayna müharibəsinin Transatlantik məkanda yaratdığı çatlardan biri Polşa-Almaniya gərginliyidir. Polşada Almaniya əleyhinə rəsmi və qeyri-rəsmi ritorika Berlinin Moskva saatına uyğunluq təşkil edən siyasətinə görədir. Yəni Polşada hesab edirlər ki, Almaniya NATO-nun Rusiyaya qarşı çağırış və birgə müdafiə səylərinə həlledici dəstək vermir və əqrəblərini Kremlə tərəf əyir. Polşadakı ritorikanın tarixi aspektləri də var, rəsmi Varşava bildirir ki, Almaniya İkinci Dünya müharibəsində Polşaya yaşatdığı əzablara görə təzminatı tam həcmdə ödəmir. Polşa siyasətçiləri Varşavanın Almaniyanın təzminat ödənişlərinin təxminən 15 faizini aldığını deyirlər. Ancaq Polşa bu transferləri tez-tez xatırlatmır, bunun əvəzinə diqqəti Almaniyanın təhlükəsizlik mühiti üçün zərərli hesab etdiyi mövqelərə yönəldir. Üstəgəl, Polşa mediasında Almaniyanı müxtəlif epitetlərlə bəzəyən yazılar dərc olunur, görünür ki, Varşavanın təzminatla bağlı iradları ümumi kampaniyanın yalnız bir komponentidir. Ümumiyyətlə, Polşanın ritorikaları daha sərtdir - elə Ukraynaya qarşı da – üzdə olanlar və olmayanları təhlil etsək, bu nəticəyə gələrik. Almaniya ilə Polşanın çox fərqli siyasi dalğa uzunluğunda olması onların bir-birinə etibarını azaldır. Bu, Transatlantik prioritetlərə mənfi təsir göstərir və NATO qarşısında duran geosiyasi çağırışlara cavab verməkdənsə onu zəiflədən mənbələrdən birinə çevrilir. Deməli, Ukraynadakı münaqişə uzandıqca Avropanın təhlükəsizlik məsələsi ilə bağlı mövqelər də davamlı dəyişikliyə məruz qala bilər. Rusiya ilə bağlı ikinci sürüşkən mövqe göstərən NATO ölkəsi Fransadır, mümkündür ki, Berlinin Moskvaya olan loyal münasibəti Parisin ürəyincədir. Fransanın və Almaniyanın Rusiya təcavüzünə qarşı Ukraynanın qarşısında ürəkdən öhdəlik götürməməsi təhlükəsizlik üzrə aspektlərdə həssas çağırışlar formalaşdırır. Görünür ki, Almaniya və Fransanın Ukraynada “istənilən qiymətə” atəşkəs arzulaması NATO üzrə fikir ayrılıqlarını körükləyəcək. Polşanın narahatlıqlarının anlaşılan tərəfləri də çoxdur, çünki hesab edilir ki, Rusiya Ukraynada qalib gəlsə, Polşanın təhlükəsizlik sferası incə ip üzərinə qoyulacaq. İkinci yandan, Polşa bu mövqeyini əsaslandırmaq üçün Rusiya ilə Çinin yaxınlaşmasının Avropa üçün yarada biləcəyi təhlükələr barədə tezislərini arqumentləşdirə bilər. Həqiqətən də, sual yaranır ki, Çin Rusiyaya həlledici dəstək versə, bu, Mərkəzi və Şərqi Avropada nizam və sabitliyin pozulmasında necə hərəkətverici qüvvə olacaq. NATO-nun daxilindəki intizamın və Avropanın təhlükəsizlik mühitinin Rusiyanın xeyrinə korlanması Ukraynadakı müharibənin gedişatından asılı olaraq qalmaqdadır. Hərçənd ki, NATO olmasa belə, Ukraynadakı müharibənin Avropa İttifaqı modelinə dağıdıcı təhdidləri gündəmdə ağır çəkiyə malikdir. Mövzu burada təkcə Rusiya üzərində fokuslanmır, Çin amilinin yeni nizamdakı tuta biləcəyi mövqelərə vurğular ediləcək. Nəticə olaraq hesab edirik ki: - Almaniya-Polşa münasibətləri, bir çox sahədə, o cümlədən iqtisadi cəhətdən güclü tərəflərinə baxmayaraq, siyasi baxımdan pis vəziyyətdədir; - Bunun səngiməsi çətindir, hətta mümkündür ki, gərginliyin miqyası genişlənsin; - Bunun NATO və Avropanın təhlükəsizliyi üçün mənfi nəticələri var. Aqşin Kərimov - DİA.AZ
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
|