"Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                 

Ukrayna niyə Luqanskı hədəfə aldı? - İNCƏLƏMƏ
Tarix: 13-05-2023, 06:13 | Çap et
Ukrayna niyə Luqanskı hədəfə aldı?
Bu vaxta qədər Ukraynadan döyüş xəbərləri əsasən Donetskdən gəlirdi. Luqanskının adı isə çox duyulmurdu. Bu gün isə Luqanskın mərkəzindəki iki strateji nöqtənin Ukrayna tərəfindən vurulduğu məlumatı yayıldı. Hədəf seçimi də təsadüfi deyildi. Biri texnikaları hərəkətə gətirən yanacaq deposu, digəri isə texnikaların təmiri və cəbhəyə göndərilməsi ilə məşğul olan təchizat məntəqəsi.

Üstəlik, bu strateji hədəflər Ukraynanın Böyük Britaniyadan uzaqmənzilli «Storm Shadow» raketlərini almasından bir gün sonraya təsadüf edir. Xatırladım ki, ABŞ Müdafiə Nazirliyinin adı çəkilməyən sözçüsü CNN-ə açıqlamasında bu raketlərin “oyun dəyişdirici” olduğunu və Ukraynada müharibənin taleyini büsbütün dəyişdirə biləcəyini bildirmişdi. Görünən budur ki, raketlərin ilk sınaqdan çıxarılması həqiqətən də Rusiya tərəfində şok effekti yaradıb. Separatçı Luqansk hərbi komandalığının rəhbəri Andrey Maroçko raketlərin ən azı 150 km uzaqlıqdan atıldığını bildirərək heyrətini gizlətməyib. Separatçı hərbi rəhbərin açıqlamasından belə anlaşılır ki, 150 km. onlar üçün əlçatmazdır və Ukrayna Ordusu Luqanskda yerləşən strateji hədəfləri rahatlıqla sıradan çıxaracaq.

Ukrayna Ordusunun Luqanskını məhz indi hədəfə almasının səbəbinə gəlincə, Donbassın xəritəsinə baxanda bunu daha aydın anlaya bilərik. Xəritədən də göründüyü kimi, Luqansk Ukrayna ilə nisbətdə Donetskin arxasında, daha doğrusu qərbində qalır. Bu da onu istər-istəməz daha təhlükəsiz hala gətirir. Zira Ukrayna əsgərləri Luqanska hücum edə bilmələri üçün ilk öncə Donetski keçməlidirlər. İndiyədək Ukrayna-Rusiya müharibəsinin Donetskdə getməsinin də əsas səbəbi bununla bağlı ola bilər. İndi isə sanki Luqansk hədəf götürülərək növbəti əks hücumların bu istiqamətdə aparılacağası təəssüratı yaranır.

Ukraynanın istər Xerson, istərsə də Xarkov döyüşlərinə nəzər salsaq, əks-hücum əməliyyatlarından əvvəl Rusiyanın təchizat xətlərini hədəfə aldıqlarını, bu xətlər dağıdıldıqdan sonra quru qüvvələrinin hərəkətə keçdiyini görə bilərik. Bu gün Luqanskda vurulan obyektlər də birbaşa təchizatla əlaqəlidir. Belə anlaşılır ki, Ukrayna Ordusu qərb cəbhəsində də böyük əks-hücumlara hazırlaşır.

Xəritədən o da görünür ki, bu gün ağır döyüşlərin getdiyi Baxmut da Donets vilayətinin ortasında və Luqanskə yaxın ərazidə yerləşir. Rus hərbi yetkililərinin, xüsusilə də “Vaqner” könüllülərinin komandanı Yevgeni Priqojinin iddialarına inansaq, Ukrayna qoşunları artıq Baxmutda çox ciddi nailiyyətlər əldə ediblər. Hətta şəhərətrafındakı cəbhə xəttini yanlardan yaran Ukraynalılar Baxmutu tamamilə mühasirəyə ala bilərlər. Məsələyə bu aspektdən nəzər salanda Luqanskdakı təchizat nöqtələrinin hədəfə alınmasının digər önəmli səbəbi ortaya çıxır. Görünən budur ki, Ukrayna Ordusu Baxmutdakı “Vaqner”çiləri tamamilə mühasirəyə alıb bu hərbi birləşməni tamamilə bitirmək istəyirlər. “Vaqner”in tamamilə bitirilməsinin təkcə hərbi-taktiki deyil, həm də hərbi-simvolik mənası var. Bu hərbi birləşmə tamamilə məhv olarsa, Rusiya Ordusu mənən çökə və işğalçıların Ukraynadan qaçışı başlaya bilər.

Digər önəmli səbəblərdən biri də Ukrayna ordusunun şimal-qərb cəbhəsini tamamilə ələ keçirmək istəyi ilə bağlı ola bilər. Məlum olduğu kimi, ötən ilin sonlarında Xersondan rus əsgərlərini Dneprin şimal sahillərinə qovan Ukrayna ordusu bu sahədə ciddi problemlə qarşılaşıb. Hazırda onunla rus ordusunun arasında keçilməsi müşkül olan Dnepr çayı dayanır. Sözsüz ki, bu maneəni keçmək Ukrayna üçün ağır itkilər bahasına başa gələ bilər. Bu durumda ən optimal yol əks-hücum əməliyyatlarına Dnepr maneəsinin olmadığı şimal-qərbdən başlamaqdır. Cənub-qərb istiqamətindən isə əks-hücumçulara artilleriya dəstəyi vermək olar.

Ən əsası isə Rusiyadan gələn əsas təchizat yolları da bu bölgədən keçir. Ukrayna əsgərləri Luqanskı nəzarət altına ala bilərlərsə, işğalçıların logistikasına da ağır zərbə vura bilərlər.

Qısası, Ukrayna Silahlı Qüvvələrinin Luqanskı hədəfə alması həm moral baxımdan Rusiya Ordusunu çökdürməyə, həm döyüş əməliyyatlarını mərkəzdən uzaqlaşdıraraq şimal-qərbə çəkməyə, həm də təchizat yollarına nəzarəti ələ keçirməyə hesablanıb.
Heydər Oğuz//ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru