Bir sammitin izi ilə: Çin dayanmır, Azərbaycanla Türkiyə yüksəyə qalxır - GƏLİŞMƏ
Tarix: 26-05-2023, 11:19 | Çap et
![Bir sammitin izi ilə: Çin dayanmır, Azərbaycanla Türkiyə yüksəyə qalxır Bir sammitin izi ilə: Çin dayanmır, Azərbaycanla Türkiyə yüksəyə qalxır](https://dia-az.shop/uploads/posts/2023-05/thumbs/1685085582_0001.jpg) Çinin Şaansi əyalətinin mərkəzi olan Sian şəhəri Çin-Mərkəzi Asiya sammitinə şahidlik etdi və Pekinə rəqib qüvvələr görüşün gedişatını diqqətlə izlədilər. Çin Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda özünü təmtəraqlı səhnənin baş aktyoru kimi aparır və qlobal sistemi Rusiya ilə Qərbin yaratdığı təcriddən dartıb çıxarmağa çalışır. Mərkəzi Asiya dövlətlərinin liderlərinin Çin Sədri Si Cinpinin dəvəti ilə Sian şəhərinə toplanması yenidən şəkillənən qlobal nizamda yerləşməklə strateji ehtiyacların ödənilməsi tələbatlarını özündə birləşdirir. Ehtiyaclar Mərkəzi Asiya ölkələrini Çinin orbitində fırladır, beləliklə, Pekin arteriyalarını regiona doğru genişləndirmək imkanlarını bərkidir. Sammitdən öncə Orta Dəhliz üçün əvəzolunmaz iki aktor olan Azərbaycan və Qazaxıstan strateji marşrutun genişləndirilməsini təklif etdilər, indi Çinin işığı altındakı toplantıdan çıxacaq nəticələri həmin koridor çərçivəsində canlandırmaq lazımdır. Orta Dəhliz Çindən başlayan, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə limanlarını Rusiyanın hüdudlarından yan keçməklə birləşdirən, uzaq perspektivdə isə Şərqlə Qərbi bağlayacaq layihədir. Hələlik Rusiyaya Orta Dəhlizin çıxıntılarından pay verilməsi aktual deyil, amma Moskva Ukraynadakı müharibə səbəbilə üzləşdiyi təcridi aradan qaldırmaq üçün yeni layihələrdən səhm qoparmaqda maraqlıdır. Orta Dəhliz layihəsinin Çin mərkəzli olması Qərbin iki gücü olan ABŞ-Böyük Britaniya ikilisini də narahat edir və onların Pekinə qarşı təsir rıçaqlarını zəiflədir. Artıq Çin Mərkəzi Asiya da daxil olmaqla bir-birilə zəncirvari geosiyasi bağlılığı olan regionlarda iqtisadi dominantlıq qazanır, lakin Mərkəzi Asiyanın təhlükəsizlik arxitekturasında Rusiya hələ də çəkisini aşağı salmayıb, Qərb isə enerji mənbələrinə çıxışda bloklanma ilə üzləşməyib. Bununla bərabər, Mərkəzi Asiyada böyük strateji potensiallara çıxış imkanlarında Çinin öndə getdiyi görünür və bu, regional bağlarda Cənubi Qafqaza da sirayət edir. Beləliklə, Cənubi Qafqazdakı reallıqlar fonunda Azərbaycanın, Gürcüstanın və bu regionda hərbi-siyasi mövcudiyyətini irəliyə aparan Türkiyənin tranzit dominantlığı formalaşır. Çinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərə alsaq, Pekinlə Moskvanın bir-birinə güzəştə getməsindən bəhs edə bilərik. Hər nə qədər Rusiya Orta Dəhliz üzrə təcriddə qalsa da, Çin Mərkəzi Asiyadakı təsirlərini Kremlin hesabına artırmaq istəyir. Bu, Çin üçün ona görə əhəmiyyətlidir ki, o, Avropanı Pekindən asılı hala salacaq və Qərbin Pekinə qarşı ittifaq modelini parçalamağa kömək edəcək. Avropa İttifaqı liderlərinin bir-birinin ardınca Çinə səfərləri də Pekinin Avropa üçün lazımlılıq dərəcəsini qabarıqlaşdırır, sözsüz ki, Rusiya da belə şərait yaratdığına görə Pekindən qarşılıq gözləyir. İndi Rusiya üçün ən vacib dəstək hərbi xarakterli olmalıdır, çünki Moskva Ukraynada istədiklərinə nail ola bilməyib və Çin amili ilə strateji itkilərini kompensasiya etməkdə maraqlıdır. Çin yaranan fürsətləri əldən buraxan deyil, Mərkəzi Asiya-Çin sammitindən süzüləcək nəticə budur ki, Pekin regionda daha genişmiqyaslı layihələrə başlayacaq və mürəkkəb nöqtələri Orta Dəhliz parametrlərində birləşdirəcək. Mərkəzi Asiyanın beş dövlətindən (Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan) dördü Türk Dövlətləri Təşkilatında təmsilçiliyə malik olduğundan Pekinin atdığı tilovların Azərbaycan və Türkiyənin yararına işləyəcəyini qeyd edə bilərik. Mərkəzi Asiya regionundakı dövlətlər etibarlı təhlükəsizlik tərəfdaşı axtarsalar da, bunu Rusiyanın əleyhinə yönləndirmək istəmirlər, ancaq Çinə doğru əyilən əqrəblər narahatlıqlar yaradır. Çox da ki Çinlə Rusiya əməkdaşlıq edir, amma Moskva Pekinin “qırmızı xət”ləri tapdalayacağından qorxur. Əlqərəz, Çin həm Mərkəzi Asiya, həm Orta Dəhlizdə iştirak edən ölkələr üçün cəlbedici alternativdir və bu, Pekinin siyasi təsir imkanlarına enerji verəcək. Aqşin Kərimov DİA.AZ
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
|