Böyük fiasko: Putin rabitəsiz qərarlar verir - Ekspertlər danışır
Tarix: 1-06-2023, 15:13 | Çap et
Məlumat verdiyimiz kimi, Moskvada iki yaşayış binası dronla vurulub. Dronlardan biri Profsoyuznaya küçəsində, digəri Yeni Moskvanın Atlasova küçəsində yerləşən yaşayış binasını hədəf alıb. Rusiyanın Fövqəladə Hallar Nazirliyi dron hücumu nəticəsində xəsarət alanların olmadığını açıqlayıb. Eyni hadisə Novomoskovsk inzibati rayonunun Atlasova küçəsindəki 24 mərtəbəli yaşayış binasında da baş verib.
Qeyd edək ki, bundan öncə Ukrayna pilotsuz təyyarələrinin Putinin Moskvadakı iqamətgahına hücum etdiyi barədə məlumatlar yayılmışdı. Kreml buna görə Kiyevi günahlandırsa da, Ukrayna rəsmiləri bu ittihamı rədd etmişdilər. Kremldən bildirilib ki, “hərbi və mütəxəssis xidmətlər tərəfindən vaxtında görülən tədbirlər” nəticəsində pilotsuz təyyarələr sıradan çıxıb. Pilotsuz təyyarə ilə hücum edilən vaxt Putin Kremldə olmayıb. Həmin günü o, Moskva yaxınlığındakı Novo-Oqaryovoda iqamətgahda işləyib.
İddialara görə, Ukraynaya qarşı hərbi əməliyyatları uğursuzluqla nəticələnən Moskvanın hədəf alınması təsadüfi deyil və Rusiya üçün gözlənilən təhlükənin başlanğıcı sayıla bilər. Əks qənaətdə olanlar, bu hücumların arxasında Qərbə və Ukraynaya bağlı qüvvələrin durmadığını hesab edənlər də var.
DİA.AZ xəbər verir ki, baş verənləri AYNA-ya şərh edən politoloq Cümşüd Nuriyev Moskvaya hücum planının arxasında Ukraynanın dayandığı qənaətində deyil: “Rusiya Ukraynaya hücum edir. Ukrayna isə öz ərazisində Rusiyanın hücumlarına qarşı mübarizə aparır. Bunu həyata keçirməkdə belə, çətinlik çəkirlər. Necə ola bilər ki, belə bir şəraitdə Moskvaya hücum təşkil etsinlər?! Bu, inandırıcı versiya deyil”.
“O ki qaldı Qərbin bunu həyata keçirməsinə, bu ehtimal da azdır. Çünki hücumlar kiçik xarakterlidir. Hər hansı ciddi dağıntılara səbəb olmayıb. Bu, Rusiya xüsusi xidmət orqanlarının əməlinə oxşayır. Rusiyada Ukraynaya qarşı nifrəti gücləndirməyə və daxili gərginlikdən yararlanmağa çalışırlar. Və son nəticədə daha çox insanı Ukraynaya qarşı səfərbər etmək istəyirlər. Yəni, insanları inandırmağa çalışırlar ki, artıq Moskva təhlükədədir və hər kəs Ukraynaya qarşı mübarizədə həmrəy olmalıdır”, - deyə həmsöhbətimiz bildirib.
Ekspert Rusiya əhalisinin Ukraynaya qarşı döyüşmək istəmədiyini söyləyib: “Çünki əmindirlər ki, bu mübarizənin mənası və nəticəsi olmayacaq. Rusiya bütün dünyanı qarşısına alıb. Dünyadan təcrid olunur və çoxvektorlu sanksiyalar qarşısında böhran yaşayır. Belə bir şəraitdə hansı rusiyalı müharibədə ölmək istəyər ki?!”.
“Putinin səfərbərlik barədə qərarından sonra Rusiya etirazlar başladı. Proses geniş vüsət alsaydı, ciddi etirazlar olacaqdı. Bundan sonra Kreml bu məsələdə yumşalmalara getdi. Anlayır ki, Ukrayna ilə müharibə davam etdikcə, səfərbərlik qərarı qaçılmazdır. Onu da bilir ki, əhali hazır deyil. Bu cür metodlarla Ukraynaya qarşı kin-küdurət yaratmağa səy göstərir. Lakin bu cəhd də nəticəsiz olacaq”, - deyə Nuriyev vurğulayıb.
DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində deyib ki, Kreml artıq başını itirib və nə etdiyini bilmir: “Təsəvvür edin ki, Rusiya bu işğala necə hazırlaşırdı. Düşünürdü ki, Kiyevi qısa müddətə təslim edəcək. Ukraynanı öz nəzarətinə qaytaracaq. Nəticə necə oldu? Rusiya artıq əhəmiyyətli dərəcədə mövqelərini itirir. Ukrayna böyük üstünlük qazanır. Rusiya bu müharibədə Ukraynaya təslim olsa, onu hansı aqibətin gözlədiyini bilir”.
“Putin əmindir ki, bu halda daxildə ciddi narazılıq dalğası başlayacaq. Əhali kütləvi etirazlara qalxacaq. İnzibati yollarla iqtisadi sabitliyi qorumağa, habelə nəyin bahasına olursa-olsun, müharibədə üstünlük qazanmağa çalışır. Mövcud şəraitdə səfərbərlik qərarı elan etməyə məcburdur. Lakin Rusiya əhalisi döyüşmək istəmir. Onu bu müharibəyə cəlb etməyin yolları barədə düşünür. Ukraynaya qarşı nifrət aşılayır”, - deyə müsahibimiz bildirib.
Onun fikrincə, Moskvaya hücumların arxasında Ukrayna dayanmır: “Burada müxtəlif mülahizələr səsləndirilir. Bir qism hesab edir ki, bu hücumlar Qərbin sifarişidir. Digər qism isə Rusiya xüsusi xidmət orqanlarının əli olduğunu söyləyir. Bütün hallarda Rusiya süquta uğrayır. Ukrayna döyüş meydanında üstünlük qazanır. Ukrayna ordusu şəxsi heyət baxımından əks-hücumun başlanmasına hazır vəziyyətdədir. Amma müxtəlif silahlarla təminatı tam həyata keçirilməyib. Verilməsi nəzərdə tutulan silahların 80%-i verilib. Bunlara artilleriya silahları, minamyotlar, “Himars” tipli daha uzaqmənzilli - 140 km məsafəni vuran yayılım atəşli raket silahları da daxildir. Bu silahlar Ukraynaya verilməyə başlasa da, lazımi qədər deyil”.
“Onu da qeyd edim ki, “Himars” tipli silahlar xüsusilə Krımı Rusiya ilə birləşdirən körpünün vurulmasında çox önəmli rol oynayacaq. Bu silah növü Rusiya ordusunun arxa cəbhəsi ilə əlaqəni pozmaqda, təchizat sistemini sıradan çıxarmaqda böyük əhəmiyyətə malikdir”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
|