"10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                 

Qərb Zelenskinin arxasından çəkilir – Moskvanın təbliğatı, yoxsa həqiqət?
Tarix: 4-12-2023, 15:29 | Çap et
Qərb Zelenskinin arxasından çəkilir
“ABŞ uğursuzluqlara görə məsuliyyəti Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə atacaq və onu məhv edəcək”. Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib. Filippot NATO-nun baş katibi Yens Stoltenberqin “Ukraynadan pis xəbərlərə hazır olmalıyıq” çağırışına cavabında deyib ki, ABŞ Ukrayna lideri ilə həmişəki kimi davranacaq.

““Dərin dövlət” həmişə etdiyini yenə edir: kukla yaradır, sonra onu tərk edir və məhv edir”, Vətənpərvərlər Partiyasının lideri söyləyib.

Bundan əlavə, Filippo Ukraynaya hərbi və maliyyə yardımını yenidən tənqid edərək, bunun dayandırılmasının vacibliyini vurğulayıb.

Maraqlı məqam odur ki, Slovakiya Elmlər Akademiyasının elmi işçisi Petr Soyka qeyd etmişdi ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ABŞ-ın hazırkı Pezidentinin siyasi taleyində həlledici faktora çevrilə bilər. Ekspert xatırladıb ki, Yaxın Şərqdə münaqişə başlayandan sonra Co Baydenin reytinqi aşağı səviyyəyə - 40 faizə düşüb: “Hesab edirəm ki, Ağ Evin əsas problemi Vladimir Zelenski və onun Moskva ilə əlaqə saxlamaq istəməməsidir”.

Bundan əvvəl Fransanın “TV5Monde” telekanalı Zelenskinin nikbinliyindən əsər-əlamət qalmadığını əks etdirən material yayımlayıb. Süjetdə Zelenskinin davranışında dəyişikliklərin Ukraynanın əks-hücumunun uğursuzluğundan sonra baş verdiyi iddia edilir. Bildirilib ki, 2023-cü il başlamazdan əvvəl Zelenski bu ili “qələbələr ili” adlandırsa da, heç bir qələbə olmadı.

Hələ sentyabr ayında “Bloomberg” yazıb ki, BMT Baş Assambleyasında Zelenski Kiyevə silah verən ölkələrə qarşı həddindən artıq emosional davranıb və Ukrayna lideri müttəfiqlərin Kiyevə kifayət qədər tez silah tədarük etmədiyini bildirib. Agentlik qeyd edib ki, onun Qərb müttəfiqlərindən biri ilə mübahisəsi nəzarətdən çıxıb və pərdə arxasında gərginlik baş verib.

Dekabrın 3-də “Penta”nın rəhbəri, politoloq Volodimir Fesenko Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifəsindən kənarlaşdırılmasının Zelenski üçün “böyük zərbə” olacağını proqnozlaşdırıb: "Zalujnının həm orduda, həm də cəmiyyətdə populyarlığını nəzərə alsaq, onun vəzifəsindən uzaqlaşdırılması və ya istefası Zelenskinin özünün mövqeyini zəiflədə bilər".

Analitik qeyd edib ki, Zalujnının istefası çox mübahisəli nəticələrə səbəb ola bilər.

Fesenko əmindir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının Qərbdə münaqişənin perspektivləri ilə bağlı real bəyanatları həddən artıq sərt qəbul edilib: “Amma bu, ukraynalıların şişirdilmiş gözləntilərdən qurtulmasına kömək edib”.

Bununla yanaşı, Kiyevin meri Vitali Kliçko Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Ukraynanın “cəbhədə dalana dirənməsi” ilə bağlı fikirləri ilə razılaşıb: “Zalujnı həqiqəti söylədi. Bəzən insanlar həqiqəti eşitmək istəmirlər. Ancaq son nəticədə komandan məsuliyyət daşıyır. O bugünkü vəziyyətin necə olduğunu izah etdi və əsaslandırdı”.

“Zelenski etdiyi səhvlərin əvəzini ödəyir və ölkə liderinin populyarlığının azalması şəxsən məni təəccübləndirmir”, - Kliçko vurğulayıb.

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli isə fərqli düşünür. O AYNA-ya deyib ki, vəziyyət heç də Rusiyanın təbliğ etdiyi kimi deyil: “Düzdür, müəyyən narazılıqlar mövcuddur. Xüsusilə, əks-hücum əməliyyatlarının tam uğurlu olmaması Ukrayna daxilində sualları çoxaldır. Amma Ukrayna hakimiyyəti yalnız qələbəyə köklənib. Ukraynanın Prezidenti də, ordu rəhbərliyi də, cəmiyyət də sadəcə ərazilərin tam işğaldan azad edilməsi istiqamətində səfərbər olunub. Zalujnı ilə Zelenski arasında narazılıqların yarandığı barədə deyilənlər Rusiyanın informasiya təbliğatının nəticəsidir. Moskva bu cür feyk xəbərləri, analizləri ortaya qoymaqla həm Rusiya cəmiyyətində müharibədən narazılığın artmasının qarşısını almağa çalışır, həm də Ukrayna cəmiyyətində təlatüm yaratmaq niyyəti güdür. Amma ukraynalılar belə xəbərlərin əsassız olduğunu anlayır”.

“Məsələ burasındadır ki, Qərb mediasında da, Qərbdəki ayrı-ayrı siyasətçilərin şərhlərində də Rusiya təbliğatının izi açıq-aşkar görünür. Rusiya Qərbdə Moskvanın lobbiçiliyini həyata keçirən siyasilər tapıb, onları maliyyələşdirir. Hansı ki, həmin siyasilərə müəyyən qədər etimad var. Bu yolla öz təbliğatını yeritməkdədir”, - deyə Camalbəyli söyləyib.

Jurnalist Qərb müttəfiqlərinin Kiyevə yardımı dayandırması ilə bağlı fikirlərlə də razı deyil: “Qərb başa düşür ki, Ukraynanın məğlubiyyəti onun təhlükəsizliklə bağlı maraqlarına təhdiddir. Çünki Rusiya Ukraynanın işğalı ilə kifayətlənməyəcək. Növbədə Polşa, daha sonra Avropanın digər ölkələri var. Ona görə də Kiyevə yardımın dayandırılması müzakirə mövzusu deyil. Sadəcə bəzi silahların verilməsində ləngimələr var ki, bu da Ukraynaya yardımı Qərbin dayandıracağı anlamı vermir. Ümumiyyətlə, istər silah, istərsə də maliyyə baxımından yardımlarla bağlı qərar verilib və bu qərarın icrası zamanla yerinə yetirilir. Silah-sursatın tədarükünün müddətləri var ki, o müddətlərdə də tədarüklər edilir. NATO-nun baş katibi bildirdi ki, sonadək Ukraynanı dəstəkləyəcəklər. Bu, Rusiyaya mesajdır ki, uydurmalarla düynanı aldada bilməzlər”.

“Bəli, Ukrayna hakimiyyətinin Qərbdən gözləntiləri böyükdür. Kiyev lazım olan silahların tez tədarükünü istəyir ki, qələbəsinə tez zamanda nail ola bilsin. Çünki Ukrayna ordusu da yorulur, cəmiyyət də yorulur. Ukrayna ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır, döyüşdən çəkilmək fikrində deyil. Bunun üçün də resurs lazımdır. Müttəfiqlər də bu resursu təmin etməkdən geri dayanmırlar. Amma etiraf etmək lazımdır ki, Qərb müttəfiqləri daxilində də müəyyən qüvvələr, müəyyən rəsmilər Ukraynaya yardımı sorğu-sual edirlər. Həmin müttəfiqlər Rusiyadakı kimi bir nəfərin idarəçiliyində deyillər ki, həmin bir nəfər nə deyirsə, o da olur. Qərb rəngarəngdir, demokratik prinsiplərlə idarə olunurlar. Qərarlar da ümumi müzakirələrdən sonra verilir. Müzakirələr zamanı isə elə siyasətçi olur ki, Kiyevə yardımın əleyhinə çıxır. Bu da təbiidir. Amma Ukraynaya yardımın tərəfdarlarının sayı əleyhdarlarının sayından çoxdur”, - deyə azərbaycanlı jurnalist fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru