"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                 

Navalnı özünün qətlə yetirilməsi üçün əlindən gələni etdi - FAKT BUDUR!
Tarix: 26-02-2024, 08:31 | Çap et
Navalnı özünün qətlə yetirilməsi üçün əlindən gələni etdi
Etiraf edim ki, Aleksey Navalnının qətli məni təəccübləndirmədi, çünki əmin idim: Putin onu öldürəcək. Məsələ “nə vaxt öldürəcək”də idi. Dəqiq vaxtı bilmədiyimdən, Navalnının qətl xəbərini eşidəndən sonra düşündüm: “Nə üçün indi?” Belə ehtimal var ki, Putin get-gedə öz gələcəyinə daha az əmindir, buna görə də hakimiyyətdən getməmişdən ürəyində bəslədiyi qisas şəhvətini doydurmağı daha üstün tutdu deyə həmin bu qətl əmrini verib. Yenə əminəm ki, əmrinin icra edilməsi barədə xəbəri alanda onun kefi əməlli-başlı kökəlib. Növbəti hakimiyyət dövrünə o könlü şad, ruhu asudə qədəm qoyacaq. Navalnının qətli barədə kimsə ona sual versə, cavabı bəllidir: “Günah onun özündədir”.

Həqiqətən, müasir Rusiya Federasiyası adlanan dövlətdə vətəndaş Aleksey Navalnı özünün qətlə yetirilməsi üçün əlindən gələni 100 faiz etdi. Navalnı ağıllı adam idi, lakin bir neçə məsələdə uşaq kimi sadəlövh idi. Məsələn, inanırdı ki, rus xalqı azadlığa layiqdir. İnanırdı ki, Putin siyasətdə hansısa qaydalar əsasında oynayır. Bu, onun ən böyük səhvi idi. Putin üçün hakimiyyət naminə savaşda heç bir qayda yoxdur, nə hüquqi, nə əxlaqi, nə də dini. Deyə bilərlər ki, Navalnı Putinin hakimiyyətinə təhlükə deyildi. Deyə bilərlər, lakin çox səhv edərlər. Navalnı kiril əlifbasında “Г” hərfi kimi əyilmiş rus kütləsinin içində çox nadir insanlardan idi ki, nida işarəsi kimi dik dayanıb insanın əyilə bilmədiyini nümayiş etdirirdi. Bax, bu əyilməzlik örnəyi Putin üsul-idarəsi üçün həqiqi təhlükə idi. Məhz bu əyilməzliyə görə jurnalist Anna Politkovskayanı öldürmüşdülər.

Putin sanki aramsız olaraq adını belə çəkmək istəmədiyi Navalnı ilə danışırdı. Sanki ona deyirdi: siyasət hesabına dolanmaq istəyirsən? Bax Zyuqanova, bax Mironova, gör necə yağ-bal içində üzürlər. Sənin nəyin onlardan artıq və ya əskikdir? Qoşul onlara, salaq səni Dövlət Dumasına, lap istəsən elə yan-yörəni də salaq oraya, hətta bir fraksiya da yaradıb Dumanın tribunasından od püskür. Özün istəmədin. Hərçənd ki, səndən əla konstruktiv müxalifət çıxardı. Qərb belələrini daha çox sevir, gəzərdin Amerikanı, Avropanı, istəsəydin, lap Asiyanı və Afrikanı, bizim hakimiyyəti orada ifşa edərdin. Günah sənin özündədir, özün istəmədin.
İnsan cəmiyyətdən təcrid olub yaşaya bilməz. Anladın? Yaşaya bilməz. Çünki insan ictimai heyvandır. Özü seçir, hansı heyvan olsun. Şir olmaq istəsə, bilməlidir ki, Rusiyadakı ondan güclü şirə tabe olmalıdır. Tabe olmasa, onu parçalayacaqlar. Tülkü olmaq istəsə, ona dovşandan, toyuqdan ovlamağa izn verəcəklər, bəy balası kimi yaşayacaq. Dovşan və toyuq ləzzətlidir. Amma səndən güclü heyvanın ovlağına girib orada ağalıq eşqinə düşsən, bil ki, axırın elə belə olacaq.

Sənə neçə dəfə anlatmağa çalışdılar ki, həddini biləsən? Tutub saldılar qoduqluğa, anlamadın, çıxdın başladın yenə əvvəlki işlərinə. Mühasirəyə alıb bütün gəlir mənbələrini kəsdilər, anlamadın. Həddini aşıb sabiq rus Prezidenti Dmitriy Medvedevin 3 milyard dollarlıq malikanəsini çəkdin, dünyaya göstərdin. Həmin 3 milyard dolları Medvedevə bağışlamış Əlişir Usmanov səni məhkəmə ilə hədələdi, işarəni anlamadın. Putinin Qara dəniz sahilində Gəlincikdəki möhtəşəm qəsrini və ətrafını çəkib dünyaya göstərdin, yenə ürəyin soyumadı. Ətrafına özün kimiləri toplayıb adam balası kimi yaşamaq istəyən bütün rus nazir, general və polkovniklərinin halal zəhmətlə əldə etdikləri malını-mülkünü çəkib onları öz aləmində sanki rüsvay elədin. Daha anlamadın ki, rus xalqı, insan nə qədər çox oğurlayıbsa, ona bir o qədər çox hörmət edir, onu bacarıqlı adam sayır.

Sənə neçə dəfə anlatmağa çalışdılar ki, həddini biləsən? Tutub saldılar qoduqluğa, anlamadın, çıxdın başladın yenə əvvəlki işlərinə. Mühasirəyə alıb bütün gəlir mənbələrini kəsdilər, anlamadın. Həddini aşıb sabiq rus prezidenti Dmitriy Medvedevin 3 milyard dollarlıq malikanəsini çəkdin, dünyaya göstərdin. Həmin 3 milyard dolları Medvedevə bağışlamış Əlişir Usmanov səni məhkəmə ilə hədələdi, işarəni anlamadın. Putinin Qara dəniz sahilində Gəlincikdəki möhtəşəm qəsrini və ətrafını çəkib dünyaya göstərdin, yenə ürəyin soyumadı. Ətrafına özün kimiləri toplayıb adam balası kimi yaşamaq istəyən bütün rus nazir, general və polkovniklərinin halal zəhmətlə əldə etdikləri malını-mülkünü çəkib onları öz aləmində sanki rüsvay elədin. Daha anlamadın ki, rus xalqı, insan nə qədər çox oğurlayıbsa, ona bir o qədər çox hörmət edir, onu bacarıqlı adam sayır.

Qaldı son işarəyə, sənə onu da göndərdik. Zəhərlədik. Ancaq miyanə, elə yox ki, yıxılıb öləsən. Hətta icazə verdik ki, müalicə üçün Almaniyaya gedəsən.

İşarəni anladınmı? Xeyr a! Əksinə, dələduz adamlarla əlbir olub səni zəhərləmiş şərəfli zabitlərlə telefon əlaqəsi yaratdın, özünü hökumət adamı kimi qələmə verib onları zəhərləmə əməliyyatı barədə sənə telefonla məruzə etməyə vadar etdin. Sonra isə səs yazısını dünyaya yayıb həm hökumətin rəzalətini, həm də rus xəfiyyə zabitlərinin axmaqlığını bütün dünyaya faş etdin.

Sənə yenə imkan verdik həyatında nəsə qanasan. Sən Almaniyada olanda səni axtarışa verdik. Ağlın olsaydı, elə Almaniyada qalardın. Xeyr a! Rus xalqına qəhrəman olduğunu sübut etmək istədin, durub uçdun Moskvaya. Səni hava limanında böyük izdiham gözləyirdi. Biz sənə qəhrəman olmağa icazə verə bilməzdik. Təyyarəni başqa limanda əylədik və birbaşa göndərdik səni bizim bütün dünyada öz “ədaləti” ilə tanınan məhkəməmizə. Orada da sənə lazımi və layiqlı cəzanı kəsdilər.

Yenə farağat durmadın, başladın qazamatdan bəyanat yaymağa, xalqa demokratiya naminə mübarizə dərsləri verməyə, hakimiyyəti ifşa etməyə. Səni əyalət qazamatına keçirdik, oradan da səsini ucaldıb hökuməti, ən əsası, rus xalqının xilaskarı və son ümid yeri olan Prezidenti tənqid etdin.

Sənə təkrar məhkəmə qurub 19 il həbs cəzası kəsdik ki, mumlayasan. Xeyr a! Daha ucadan qışqırdın, xalqı oyatmaq istədin.

Hay-hay, sən saydığını say, gör fələk nə sayır!

Sənin vəkillərini həbs etdik, bir neçəsi xaricə qaçdı. Yenə ram olmadın. Məcbur olub səni Sibirin şimalına, ən soyuq, ən ağır şəraiti olan Labıtnanqi həbs düşərgəsinə keçirdik. Qazamatda yatdığın bütün bu müddət ərzində səni ardıcıl olaraq 29 dəfə ŞİZO-ya saldıq ki, ağlın başına gəlsin.

Ağlın başına gəlmədi. Rus xalqının əksəriyyəti kimi başıaşağı yaşamaq istəmədin.
Özün istəmədin. Gözün kor oldu, görmədin ki, rus xalqı, hamı bir nəfər kimi, ayağa qalxıb Putini dübarə özünə rəhbər seçməyə hazırlaşır. Qazamatdan etiraz səsini ucaltdın, xalqı oyatmağa çalışdın. Belə vəziyyətə dəxi dözmək olmazdı.

Di al payını!

Zərdüşt Əlizadə - diaaz.space










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru