Rusiyanın hücumu qorxusu Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı ilə nəticələnə bilər - GÖRÜNƏNİ BUDUR...
Tarix: 29-02-2024, 08:11 | Çap et
![Rusiyanın hücumu qorxusu Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı ilə nəticələnə bilər Rusiyanın hücumu qorxusu Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı ilə nəticələnə bilər](https://dia-az.shop/uploads/posts/2024-02/thumbs/1709179879_0001.jpg) Fransa Prezidenti Emanuel Makron Ukraynaya dəstək konfransından sonra Qərb ölkələrinin hərbi quru qüvvələrinin Ukraynaya göndərilməsi məsələsinin müzakirə edildiyini bildirib. Makron bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri Moskva ilə qarşıdurmada Kiyevə dəstək olmaq üçün yaxın gələcəkdə Ukraynaya öz qoşunlarını göndərə bilərlər.
“Bu gün quru qoşunlarının rəsmi, nəzərdə tutulan və təsdiq edilmiş şəkildə yerləşdirilməsi ilə bağlı konsensus yoxdur. Amma gələcəkdə heç nəyi istisna etmək olmaz”, - deyə Makron Parisdəki konfransdan sonra bildirib və əlavə edib ki, Kiyevi dəstəkləmək üçün belə bir imkan variantlar arasında var.
Onun sözlərinə görə, bu gün “heç vaxt” deyən bir çox insan iki il əvvəl Ukraynaya tank, təyyarə və uzaqmənzilli raketlərin göndərilməsini istisna edirdi.
Bundan əlavə, Fransa Prezidenti qeyd edib ki, istənilən Aİ ölkəsi müstəqil şəkildə Ukraynaya qoşun yeridə bilər: “Çünki hər bir ölkə suverendir, onun silahlı qüvvələri də suverendir. Bugünkü müzakirənin məqsədi bu idi: məqsədimizə çatmaq faydalı olarsa, hər şey mümkündür”.
Avro-Atlantik Əməkdaşlıq İnstitutunun siyasi analitiki, ukraynalı politoloq Vladimir Qorbaç mövzu ilə bağlı yazısında qeyd edib ki əslində belə bir bəyanat “Ramşteyn” formatından təşəbbüsün mənimsənilməsidir: “Bu, müdafiə nazirləri və baş qərargah rəisləri səviyyəsində baş verir və burada ən yüksək siyasi səviyyəyə - prezidentlər və baş nazirlərə çatır. Makron və Fransa bu məsələdə ABŞ-la rəqabətə girirlər və bu, Ukrayna üçün yaxşıdır. Çünki rəqabət nə qədər çox olarsa, Kiyevə kömək etmək üçün bir o qədər motivasiya olar. Makron Ukraynaya qoşun göndərmək imkanından danışarkən, ilk növbədə, Aİ-yə üzv ölkələrin qoşunlarını nəzərdə tutur və əlavə edir ki, bu, Aİ çərçivəsində müzakirə olunur. Demək ki, Avropa ölkələrində Ukraynadakı müharibənin lokal deyil, qlobal nəticələrə səbəb olacaq müharibə olduğu barədə fikirlər artıq yetişib”.
“Rusiyanın NATO-ya üzv ölkələrə mümkün hücumu barədə də çox danışılır. Başa düşürük ki, Rusiyanın hücum edəcəyi mümkün görünən NATO ölkəsi Şimali Amerikada deyil, Avropadadır. Ona görə də bu narahatlıq, təşviş, Rusiyanın hücumu qorxusu Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı ilə nəticələnə bilər. Əgər Rusiya ilə toqquşma qaçılmazdırsa, bu toqquşmanın Aİ və ya NATO ölkələrinin ərazisində olmasındansa, Ukrayna ərazisində olması daha yaxşıdır. Yəni söhbət rasional - proaktiv addımdan gedir. Müharibəyə qoşulursansa, bu, öz ərazindənsə, başqasının ərazisində daha yaxşıdır”, - analitik vurğulayıb.
“Mənə elə gəlir ki, indi bu məsələ Avropa dövlətlərini, hökumətlərinin rəhbərlərini, müdafiə nazirlərini düşündürür. İstisna etmirəm ki, vəziyyət o həddə çata bilər ki, Ukrayna NATO-ya deyil, NATO Ukraynaya qoşulur - istər təşkilat, istər ayrı-ayrı üzvlər, istərsə də kiminsə tabeliyində olan xüsusi koalisiya kimi. Düzdür, bu, fantastik görünür, amma mənim fikrimcə, olduqca perspektivlidir”, - deyə Qorbaç əlavə edib. AYNA
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
|