"Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                 

Putinə sədaqət göstərənlərin son şansı - GƏLİŞMƏ
Tarix: 3-03-2024, 00:47 | Çap et
Putinə sədaqət göstərənlərin son şansı
Hitlerin hakimiyyəti illərində Almaniya ilə əməkdaşlığa qadağa qoyan hüquqi və siyasi sənədlər mövcud deyildi. Buna baxmayaraq, müharibədən sonra faşizmlə əməkdaşlığa görə məsuliyyət gündəmə gəldi. İkinci dünya müharibəsindən 79 il keçməsinə, bu müddətdə ən azı üç nəsil dəyişikliyi baş verməsinə baxmayaraq, faşizmlə əməkdaşlığa görə hüquqi, siyasi və mənəvi təqib bu gün də davam edir. Putinə və Rusiyaya münasibət isə 80 il əvvəl Hitlerə və Almaniyaya olan münasibətdən daha pisdir. Barəsində çoxsaylı ittihamlar, Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi olan Putin barəsində indi də Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıdığını müəyyən edən qanunvericilik aktları qəbul edilməyə başlanılıb. Avropa Parlamenti Aleksey Navalnının ölümünə görə hüquqi və siyasi məsuliyyətin şəxsən Putinin daşıdığını təsdiqləyən qətnamə qəbul edib.

Putin və onun rəhbərlik etdiyi Rusiyaya bağlılığın təhlükəli olduğunu dərk edən hər kəs bu bağları kəsməyə çalışır. Rusiya ilə bağlarını kəsməyə, Putinin cinayətlərinə görə gələcəkdə məsuliyyət daşımaq istəməyən zəngin rusiyalılar Rusiya vətəndaşlığından da imtina edirlər. “Rusiyanın 200 ən varlı iş adamı” siyahısına daxil olan “Veem Software” şirkətinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşevin Rusiya vətəndaşlığından imtina etdikləri haqqında məlumat yayılıb. Andrey Baronov və Ratmir Timaşevdən öncə isə başda 7.3 milyard dolar sərvəti olan Yuri Milner, 7.1 milyard dollar sərvəti olan Nikolay Storonski olmaqla, milyarderlər Vasili Anisimov, Timur Turlov, İqor Makarov və Oleq Tinkov bu günə kimi Rusiya vətəndaşlığından imtina edən zənginlərdir. Rusiya vətəndaşlığından imtina edən alim və mütəxəssislərin, ədəbiyyat və sənəd adamlarının, idmançıların sayı on minlərlədir.

Rusiya vətəndaşlığından imtina edən zənginlər Putinin cinayətlərinə görə gələcəkdə məsuliyyət daşımamaq üçün köçkün düşmüş ukraynalılara kömək edən nüfuzlu humanitar təşkilatlara milyonlarla dollar bağışlayırlar. Rusiya vətəndaşlıından imtina edənlərin məxfi şəkildə Ukraynaya başqa yardımlar göstərdikləri də istisna deyil, hətta məntiqə uyğundur.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Qərb dövlətlərinin çox böyük məbləğdə pul xərcləməsinə səbəb olub. Rusiya Ukraynanın şəhər və kəndlərini xarabazara çevirib, mülki infrastrukturuna və iqtisadiyyatına böyük zərər vurub. Bütün bu zərərin böyük hissəsini Rusiyaya, təzminat şəklində ödətdirəcəklər. Amma müharibədən sonra Rusiyanın həmin zərəri təkbaşına ödəməsi mümkün olmayacağı üçün Moskva ilə işbirliyində olanları da hansısa təzminatı ödəməyə məcbur edəcəklər.

Rusiya ilə işbirliyində olanlar Moskva ilə münasibətlərinin səviyyəsinə uyğun cəzalandırılacaqları halda, bu gün Ukraynaya dəstək olanlar təqdir ediləcəklər. Sərmayə dünyasında canlı əfsanə hesab olunan Uorren Baffetin oğlu Hovard Baffet Ukraynaya milyard dollara yaxın yardım edib. Bu xidmətinə görə Hovard Baffet Ukraynanın yüksək dövlət mükafatlarından olan Knyaz Yaroslav Mudrıy ordeni ilə təltif olunub. Knyaz Yaroslav Mudrıy ordeni Ukrayna dövləti qarşısında müstəsna xidmətləri olan şəxslərə verilir.

Putinin Ukraynaya qarşı cinayətkar müharibəsinə görə ilk növbədə Aleksey Navalnının komandası tərəfindən hazırlanmış “korrupsioner və müharibə qızışdıranlar” siyahısında adları yer almış altı min şəxs cəzalandırılacaq. Navalnı hesab edirdi ki, bu şəxslər Putinin siyasətinə görə məsuliyyət daşıdıqları üçün sanksiyaya məruz qalmalıdırlar.

Putinə sədaqətli təbəə olduqlarını nümayiş etdirənlər çar II Nikolaya sona kimi sədaqətli qalan general Hüseyn xan Naxçıvanskinin fəlakətli sonluğundan dərs almalıdırlar.

General Hüseyn xan Naxçıvanski çar II Nikolaya sona kimi sədaqətli qalan, müvəqqəti hökumətə sədaqət andı içməkdən imtina edən iki generaldan biri olub. Tarixi məlumata görə, çar II Nikolay 15 mart 1917-ci ildə taxt-tacdan imtina etdikdən sonra general Hüseyn xan Naxçıvanski keçmiş hökmdarına teleqram göndərək, “sevimli monarxı üçün ölməyə hazır olduğunu” yazıb. Bu həmin dövr idi ki, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçilirdi. Azərbaycan xalqının hərbi işləri bilən insanlara ehtiyacı bütün peşə sahiblərinə olan ehtiyacından çox idi. Yüksək səviyyəli sərkərdə olan general Hüseyn xan Naxçıvanski isə taxt-tacdan imtina etmiş birinə sədaqət göstərərək, Moskvada yaşamaqda davam edirdi. Taxt-tacdan imtina etmiş hökmdara sədaqət general Naxçıvanskiyə həyatı bahasına başa gəldi.

Ukraynaya qarşı çoxsaylı cinayətlər törətməkdə ittiham olunan Putinin daha fəlakətli cinayətə əl atacağı ehtimalı var. Ukraynaya atom bombasının atılacağı, kosmosda nüvə başlığının partladılacağı və dinc insanlara qarşı qanlı repressiyaların törədiləcəyi kimi fikirlərin gerçəkləşmə ehtimalı hər ötən gün artır. Bu sadalanan cinayətlərdən hər hansı biri gerçəkləşsə, Putinin adı Hitlerdən də önə keçirək, şərin əsas mücəssəməsinə çevirəcək. Putinin sonuncu cinayəti onunla bərabər mühakimə olunmaq istəməyənlər üçün də tövbə qapısını bağlayacaq.

Xaqani Cəfərli - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru