“Rusiya onminlərlə cəsədi qaldırar, Qərb 100 cəsədi qaldıracaqmı” – Putindən son “stavka”
Tarix: 12-03-2024, 14:00 | Çap et
Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov AYNA-ya müsahibəsində Ukraynada yaşanan qanlı proseslər və Üçüncü Dünya müharibəsi ehtimallarından danışıb. Beləliklə:
- Ukraynadakı müharibə daha qorxulu mərhələyə keçə bilər. Artıq aparıcı Qərb dövlətlərinin, hətta NATO-nun Ukraynaya ordu göndərməsi məsələsi müzakirə olunur. Proseslərin gedişatını necə proqnozlaşdırırsınız?
- Qərbdən Ukraynaya ordu göndərilməsi çağırışı hədəyə hədə ilə cavabdır. Yəni, dünənədək Vladimir Putin Qərbi atom silahı ilə hədələyib, indi Avropa bu hədəyə cavab verməlidir. Bilirsiniz, bunu nəyə bənzədirəm? Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol Paşinyana İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” cavabını vermişdi.
Bu gün ABŞ ilə Rusiya, yaxud Fransa ilə Rusiya arasında gedən deyişmə hələlik sözdür, söz davasıdır. Şəxsən mən Emmanuel Makronun bəyanatlarına şübhə ilə yanaşıram, düşünmürəm ki, onun çağırışları Fransa ordusunun Ukraynaya gəlməsinə səbəb olacaq. Əvvəla, Parisin elə imkanları var ki, nəzarətindəki silahlıları nizami ordu kimi yox, xüsusi hərbi şirkətlərin əməkdaşları kimi göndərsin. Uzağa getməyək, elə Ermənistana göndərilmiş avropalı müşahidəçilərin əksəriyyəti ehtiyatda olan hərbçilərdir. Bu da proksi müharibənin bir elementidir.
Baxın, buradan hansı nəticəyə gəlmək olar? Fransa hələlik sözlə atışır. Sözlə atəş açmaq isə silahdan atəş açmaq demək deyil. Digər tərəfdən, Avropa niyə Rusiyaya münasibətdə belə mövqe sərgiləməyə qərar verdi ki, “biz öz ordumuzu göndərəcəyik?”. Düşünürəm ki, Makron gündəm yaratmağa çalışır və bu səbəbdən Ukraynaya ordu göndərilməsi təklifini ortaya atıb.
- Qərbdən Ukraynaya qoşun göndərilməsi təkliflərinə Moskvanın reaksiyası belə olub ki, bu, artıq Üçüncü Dünya müharibəsi demək olacaq. Həqiqətən, tərəflər dünya müharibəsinə gedəcəkmi?
- Rusiya bu müharibədə artıq “stavka”nı qaldırıb. Yəni, elə bir hədd götürüb ki, bundan o yanası yoxdur. Düşünürəm ki, Qərb hazırda həmin həddi keçməyə hazır deyil. Baxmayaraq ki, ABŞ da, Britaniya da, Fransa da nüvə dövlətləridir, həmin bu 3 dövlət belə, Moskvanın müəyyənləşdirdiyi həddi keçməyə hazır deyil. Çünki Qərbdə nə Putin qədər cəsarətli və nüfuzlu liderlər var, nə də qeyd olunan həddin keçilməsinə hazır olan cəmiyyətlər var. Və Ukraynanın dəyəri o qədər çox deyil ki, Avropa liderləri bu uğurda atom müharibəsinə belə, razı olsunlar.
Rusiyada bu mənada vəziyyət necədir? Rusiyada belə bir müharibəyə hazır cəmiyyət olmasa da, buna susan cəmiyyət var, buna aparan proseslərə müdaxilə etməyən cəmiyyət var və həqiqətən, bunu tətbiq edə biləcək rəhbər var. Burada söhbət liderin reputasiyasından və cəmiyyətin yanaşmasından gedir.
Düşünürəm ki, Baydenin, Zelenskinin və Putinin rəhbərlik etdikləri dönəmdə Ukraynadakı müharibədə, xüsusi hərbi əməliyyatda dayanma-durma mümkün deyil, onun əlamətləri görünmür. Sülh müqaviləsi üçün, silahların susması üçün ABŞ-da hakimiyyət dəyişməli və rəhbərliyə Putinin oxşarı olan Tramp gəlməlidir. Hesab edirəm ki, yalnız Tramp reputasiyada bir siyasətçi Putinlə danışa, anlaşa bilər. Zelenskiyə də deyə bilər ki, ya danışıqlar masasına oturursan, ya da sizə silah vermirəm.
Yaxşı, belə vəziyyətdə Moskvanın yanaşması necə olacaq? Putin əlavə tələblər ortaya qoymayacaq ki? Axı, Ukrayna geri çəkilərsə, Rusiya istək və tələblərinin sayını artıra bilər. Belə məqamda da məhz Tramp kimi lider Putinə deyə bilər ki, “onda mən də atom silahına əl atmağa hazıram”. Məsələ bundan ibarətdir. Yəni, Bayden getməli, Tramp gəlməlidir ki, bu müharibədə hansısa bir nəticə əldə olunsun. Bu halda Zelenski hakimiyyətdən gedir, Kiyev itirdikləri ilə razılaşır, Moskva əlindəkindən artığına iddia etmir və danışıqlara bir şərtlə razılaşır ki, indiyədək əldə etdikləri dünyanın nəzərində leqallaşsın. Yox, əgər Rusiya bundan artığını da tələb edərsə, o zaman Tramp Ukraynanı lazım olan hər şeylə təmin etməyə qərar verir.
Qeyd etdiyim dəyişikliklər olmadığı müddətcə müharibə dayanmayacaq, Ukrayna tərəfinin itkiləri davam edəcək və heç bir Avropa dövləti Kiyevə ciddi əməli dəstək verməyə cəsarət etməyəcək. Ola bilər, verdikləri silahların sayını bir az da artırsınlar, bir az daha çox pul versinlər, amma Fransanın, yaxud Almaniyanın qoşunlarının Ukrayna torpaqlarına girməsi mümkün deyil. Çünki bu halda Kreml əlindəki başqa rıçaqları işə salacaq. Məsələn, Baltikyanı ölkələr ciddi təhlükə altına düşəcək. Tutalım, Estoniyanın tərkibində yeni bir Narva dövləti yaratmaq Rusiya üçün elə də çətin iş deyil. Bilirsiniz ki, Estoniyanın Rusiya ilə sərhəd bölgələrində rusdilli əhali yaşayır və hazırda onların hüquqlarının pozulması məsələsi müzakirə olunur. Yəni, Avropanın Ukraynaya real hərbi yardımı növbəti bir Avropa ölkəsində separatçı bir dövlətin yaranmasına səbəb olacaq.
- Və rus qoşunlarını öz sərhədlərində görməmək üçün bütün gücünü ortaya qoyan Qərb bloku bu təhlükələrdən çəkinəcək?
- Qeyd etdiyim kimi, ayrı-ayrı ölkələrin ərazilərində özünə bağlı rejimlər yaratmaq ruslar üçün çox asandır. Tutalım, Fransa Ukraynaya ordu göndərdi, buna qarşılıq rus qoşunları Estoniyaya girdi və Narva dövlətinin yaradıldığı bildirildi. Ərazisi 3 min kvadrat kilometr olan bir Narvaya görə NATO 5-ci maddəni işə salmayacaq. Bu, Alyansın yenidən zərbə altına salınması deməkdir. Ona görə də Qərb dövlətləri Ukraynaya silah və pul yardımından başqa heç bir dəstək verəsi deyil. NATO Rusiya ilə açıq müharibəyə girərsə, Moskva gerçəkdən nüvə silahı tətbiq edə bilər. Rusiya Parisi, Berlini, Londonu vura bilər. Bu Prezidentdə bu reputasiya var – adam belə riskli qərarları qəbul edə bilər.
Baxın, müharibəyə görə Rusiyada ildə neçə min insan həlak olur, amma cəmiyyətdə bununla bağlı problem yoxdur. Bu cəmiyyət özünün onminlərlə insanını müharibənin içərisinə ata bilir. İki ildir xüsusi hərbi əməliyyat davam edir, nə qədər insan həlak olub, amma bu, cəmiyyətdə heç bir xaosa səbəb olmayıb. Bəs, Fransaya, Almaniyaya, Polşaya yüzlərlə cəsəd gələndə cəmiyyət bunu necə qəbul edəcək? Bunu yaxşı başa düşürlər və bu səbəbdən belə faciəli nəticələrə getməyəcəklər. Həm də kimə görə, nəyin uğrunda getsinlər? Getməyəcəklər!
- Deyək ki, sizin gözləntilərinizin əksi baş verdi – böyük müharibənin düyməsi basıldı. O zaman, hazırda Rusiyanın yanında kimi görünən Çin, İran, Şimali Koreya və s. kimi dövlətlər NATO-ya qarşı cəbhə açacaq?
- Düşünmürəm ki, belə halda Rusiyanın kimlərləsə alyansı yaranacaq. Məsələn, Çin. Bu dövlətin marağındadır ki, Rusiya zəif olsun, buna görə də mühribə olarsa, Pekin Moskva ilə müttəfiq olmayacaq. Şimali Koreyanın da Rusiya ilə müttəfiq olmaq fikri yoxdur, çünki bu ölkə Qərbin hədəfi deyil. İrana gəldikdə, ehtimal olunan müharibə vəziyyətində Tehranın necə davranacağı da müəmmalıdır. Çünki İran da Rusiyanın Qərbə qazandırdıqlarını verə bilmək imkanına malikdir – təbii sərvətləri çoxdur. Hesab edirəm ki, Qərb – İran separat münasibətləri yarana bilər. Yəni, nefti-qazı olan İran sanksiyalardan qurtulmaq istəyir. Sanksiyaları qaldıra, İrana iqtisadi dəstək verə, ölkəni inkişaf etdirə bilərlər. Nəticədə sabah İran Qərb üçün Rusiyanın oynadığı rolu oynaya bilər. Ona görə də Tehranı Moskvanın müttəfiqi hesab etmirəm. İran sadəcə olaraq, hazırkı münaqişənin sonunu gözləyir.
- O zaman Rusiya təklənir...
- Bu müharibədə heç bir dövlət real hərbi kontingentlə Rusiyaya qoşulmayacaq. Belarus belə, qoşulmayacaq. Rusiya yalnız öz resursları hesabına vuruşacaq. Amma bir daha vurğulayım ki, NATO-nun, Avropanın öz ordusu ilə Rusiyanın üzərinə gələcəyini təsəvvür etmirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
|