Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                 

Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb - Patriarxın qorxulu fətvası
Tarix: 17-03-2024, 07:19 | Çap et
Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb
SSRİ-nin dağılması ilə Rusiya da çox ciddi problemlərlə üzləşib. Demoqrafiya onun ən başlıca problemi olaraq qalır. Sovetlər dövründə bunu ikinci dünya müharibəsi zamanı verilən itkilərlə əlaqələndirirdilər. İndi isə onun səbəbləri artır.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill prezident seçkisi qabağı pravoslav din xadimlərinə və dindarlara müraciətində bu məsələdən də bəhs edib: “Kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəzlənməsi riski altındayıq. Rusiyada miqrantlara pasportlar paylanılmalıdır”. O vurğulayıb ki, Rusiya vətəndaşlığını qəbul edən hər kəs xaç suyuna salınmalı, onlara xaç verilməli, sonra da yeni vətənlərini müdafiə etməlidirlər.

Patriarx Kirill deyib ki, Rusiya çoxəsrlik tarixində ilk dəfə olaraq pravoslav dövlətindən İslam xilafətinə çevrilmək təhlükəsi ilə üz-üzədir: “Bir vaxtlar Konstantinopoldakı Müqəddəs Sofiyada olduğu kimi, ilk dəfə olaraq, kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəz edilməsi kimi ölümcül risk altındayıq”.

Onun sözlərinə görə, miqrantların assimilyasiyası üçün daha çox səy göstərilməlidir: “Onları inanc və dünyagörüşü baxımından bizə yaxın olmağa məcbur etməliyik. Əks halda, onların mədəniyyəti üstünlük təşkil edə bilər. Nəticədə pravoslav inancı təhlükə altında olacaq və müqəddəs kilsələr yenidən məscidlərə çevriləcək. Nəzarətsiz miqrasiya və tədricən islamlaşma çoxmillətli Rusiya və onun pravoslav “nüvəsi” üçün fəlakətli şərtlərdir”.

Müraciəti Rusiyanın və pravoslavların liderinin, baş keşişinin etdiyi məlum olmasa idi, elə zənn edərdik ki, bunu velikorus şovinisti, yaxud rus nasisti edir. Rusiya çoxmillətli, çox mədəniyyətli, çox dinli, çox təriqətli bir ölkədir. Ölkədə sayca xristianlardan sonra ikinci yerdə müsəlmanlardır. Bu ölkənin bütün istiqamətlərdə uğur əldə etməsində onların rolu əvəzsiz olub. Müsəlmanlara ayrı-seçkiliklə baxan patriarx azından Ukrayna müharibəsində həlak olan müsəlman gəncləri, əsgər və zabitləri yadına salmalı idi.

Baş keşiş Kiril Rusiya hakimiyyətinin Ukraynada apardığı müharibədə həlak olan tatar, başqırd, ləzgi, avar, inquş və daha neçə-neçə müsəlmanların tökülən qanını unudub?

Rusiya tarixində kilsənin məscidə çevrilməsi hadisəsi baş verməyib. Bu, Ayasofya ilə bağlı baş verən hadisədir. Hər halda, kilsə və məscidlərin dağıdılması, insanların Allahı danması kimi vəhşiliklər Rusiya tarixinə daha çox xasdır. Türkiyədə baş verən hadisədən bəhs etmək isə Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaq, başqa dövlətin tarixinə dil uzatmaq, ərazisinə, daxili işlərin qarışmaqdır.

Rusiyanın Ukrayna ilə savaşda ən yaxın tərəfdaşı İran İslam Respublikasıdır. Patriarx bu islamofob açıqlaması ilə həm də Moskva-Tehran münasibətlərinin korlanmasına əsas verir.

Vaxtı ilə velikorus şovinistləri Sibirdə, Uzaq Şərqdə türk və monqollardan qalma şamanları, buddistləri xristianlıq adı altında ruslaşdırdılar. Həmin dövrdə, Kirilin dediyi kimi, rus olmayanların boynuna xaç işarəsi asır, monarxın ideyaları uğrunda müharibəyə göndərirdilər.

Pravoslavların lideri bu çıxışı ilə bəyənmədiyi Avropadakı antisemitləri, islamofobları xatırladır.

Xristian dinində insanların bir-birinin sevməsi İsa peyğəmbərin dilindən daha çox təbliğ edilir. Hətta qatilin bağışlanması birmənalı bururuq sayılır. İndiki şəraitdə iki qardaş arasında müharibənin dayandırmağa çağırışlar etmək patriarx üçün daha məntiqli olardı. Çünki bu savaşa günü-gündən qloballaşır.

Məsələnin başqa bir tərəfi isə Rusiyanın pravoslav vətəndaşlarının öz borclarını yerinə yetirməsi səviyyəsi ilə bağlıdır. Bir dövlətin vətəndaşları torpaqlarını müdafiə edə bilmirsə, yaxud döyüşmək istəmirsə, o zaman mühacirlərin boyunun xaç taxıb, onu “vətəni” müdafiəyə göndərmək məntiqsizlikdir. Patriarxın müraciətindən belə qənaətə gəlmək olar ki, Ukraynada müharibə aparmaq üçün boyunlarında anadangəlmə xaç olan, yaxud vaftiz olunmuş pravoslav Rusiya vətəndaşları azlıq edir. Bu səbəbdən də baş keşiş mühacirləri xristianlaşdırıb, ölkəsi naminə döyüş göndərməyi hədəfləyir. Bununla da o, qanunazidd olaraq, səfərbərliklə məşğul olur. Halbuki Rusiya dünyəvi dövlətdir və kilsə dövlətdən ayrıdır.

Patriarx Kiril özünü katolik papası kimi aparmaq istəyir. Guya onun fətvası ilə milyonlarla insan boynuna xaçı asıb, Rusiya hakimiyyətinin ideyaları uğrunda müharibəyə qoşulacaq, yaxud yerlərdə onun idarələri bu işi təşkil edəcəklər. Kirilin xaç taxdırmaq ifadəsi, bir az da quldarlıq, yaxud təhkimçilik dövründəki boyunduruğu xatırladır. Belə çıxır ki, Rusiyanın baş keşişi mühacirlərə qul, ikinci növ insan kimi baxır. Halbuki Romam Papası hər il ən yoxsul, ən səliqəsiz katolikin ayağını öz əllər ilə yuyub, qurudur. O, müsəlmanlara da münasibətdə pravoslav lideri kimi aqressiv çıxışlar etmir. Hətta Ukraynadakı müharibədə tərəfləri atəşkəsə çağırıb.

Heç Rusiya Prezidenti Vladimir Putinin çıxışlarında da bu qədər ksenofobiya və islamofobiya elementləri hiss olunmur. Bir vaxtlar o, Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması məsələsinin gündəliyə çıxarmışdı. Dəfələrlə mətbuat konfranslarında, müxtəlif başqa tədbirlərdə Qurandan sitat gətirərək, onu müqəddəs kitab adlandırıb və ibrət götürməyə çağırıb. Patriarxın müraciətindən onu da başa düşmək olar ki, kilsə ilə Kreml arasında məsələlərə başqa-başqa mövqedən yanaşma var.

Hər halda, baş keşiş Kirilin ünvanlandığı məktub müasir dünyanın dinə, humanitar məsələyə və müharibəyə baxışının şərtlərinə heç bir formada uyğun gəlmir. Bu, pravoslav kilsəsinin islamofobiyanı təbliğ etməsi faktıdır. Bir zamanlar skinhedlər məhz bu cür çağırışlarla Rusiya vətəndaşı olmasına baxmadan fərqli millətlərə mənsub olan insanlara zorakılıq tətbiq edirdilər. Beləliklə, Patriarx Rusiyaya və onun liderinə yardım etmək istəsə də, onun bu addımı Rusiyaya da, Vladimir Putinə də, bəşəriyyətə də zərərdən başqa heç nə gətirmir…

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru