Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                 

Moskvadakı dəhşətli hadisə ilə bağlı versiya çoxdur, amma... - Terrorun izi ilə
Tarix: 24-03-2024, 07:44 | Çap et
Moskvadakı dəhşətli hadisə ilə bağlı versiya çoxdur, amma...
Martın 22-də Moskva vilayətindəki “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir. Mənbələr ölü sayının 143-ə çatdığını bildirir. Terror aktında həlak olanların sayının daha da artacağı ehtimal edilir.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov da deyib. “Dərhal deməliyəm ki, qurbanların sayı xeyli artacaq, bu gün səhər saat 06:30-da xilasedicilər ən dəhşətli hadisələrin baş verdiyi zala daxil olublar. Biz orada vəziyyətin son dərəcə çətin olduğunu gördük”, deyə qubernator terror aktı zamanı həlak olanların və yaralananların yaxınlarına yardım mərkəzində çıxışında bildirib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin açıqladığı son məlumata görə, terror aktında həlak olanların sayı 93-ə çatıb.

“Shot” “Telegram” kanalı terroru törətməkdə şübhəli bilinərək saxlanılanların görüntülərini yayıb. Bu şəxslər Bryansk vilayətinin Karaçinski rayonunun Xatsun kəndi ərazisində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Terrorçuların “Renault” avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün güllələrə tuş gəlib, təkəri qopub və ön hissəsi fırlanıb.

“Renault Simbol” avtomobilində dörd kişi olub. Maşına texniki baxış keçirilib. İçində tapança və pulemyot olub.

Təqiblər nəticəsində saxlanılanlardan biri – 19 yaşlı Məhəmmədsobir Fayzov tutulub. O, yaralanıb. Fotoda o, qandallı vəziyyətdədir. Onun sol gözü zədələndiyi üçün bağlana bilmir. Hazırda xəstəxanada əməliyyat olunur.

19 yaşlı Məhəmmədsobir Fayzov təhlükəsizlik qüvvələrini saxlamaq üçün atəş açmağa çalışsa da, yaralanıb.

Saxlanılanlar Bryansk vilayətində Rusiya – Ukrayna sərhədini keçməyi planlaşdırıblar. Rusiya xüsusi xidmət orqanları avtomobilə atəş açaraq, onların gediş nöqtəsinə çatmasına imkan verməyib.

Qaçmağa cəhd edən terrorçulardan biri dron vasitəsi ilə aşkarlanıb. Onun axtarışı üçün üçün iki helikopter və səkkiz PUA qaldırılıb.

“Crocus City Hall”dakı terraktla bağlı bir çox versiyalar səsləndirilir. Rusiya İstintaq Komitəsi araşdırmalarını davam etdirir və hadisə barədə terror maddəsi ilə cinayət işi açıldığını vurğulayır. Kremlə yaxın rus analitiklər isə hesab edirlər ki, bu terrorda Ukraynanın əli var. Rəsmi Kiyevdən bu təkzib olunsa da, Rusiya ictimai dairələri bu versiyanı əsas sayırlar.

Hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya deyib ki, hadisə barədə bir çox versiyalar səsləndirilə bilər ki, hər biri ayrı-ayrılıqda istintaq tərəfindən araşdırılacaq:

- Terrorun seçilmə yeri təsadüfi deyil. Bir neçə dəqiqə ərzində terrorçuların hadisəni törətməsi və rahat şəkildə həmin ərazidən uzaqlaşmaları da müəmmalıdır. Düzdür, bir nəfəri yerindəcə saxlayıblar, amma yerdə qalanlar Bryanskda həbs ediliblər. “Renault” markalı avtomob ilə atəş açıldığı deyilir, amma yaralanan, ölən yoxdur. Maşının çevrildiyi bildirilir, amma kadrlardan görünür ki, maşın çevrilməyib. Yəni demək istəyirəm ki, qaranlıq məqamlar və suallar çoxdur. Baxmaq lazımdır ki, bu dəhşətli terrordan sonra hansı addımlar atılacaq və kim qazanclı görünəcək. İstintaqın gedişindən, Kremldən veriləcək açıqlamalardan anlamaq mümkün olacaq ki, bu terror hadisəsində məqsəd nə idi. İndi tələsik nəsə demək doğru olmazdı.

- Versiyalardan biri də budur ki, terrorun arxasında Ukrayna dayanır...

- Terroru törətməkdə şübhəli bilinən şəxslərin Bryanskda yaxalanması ilə də Rusiya buna işarə vurur. Nəzərə almaq lazımdır ki, Bryansk Ukrayna ilə sərhədə yaxındır və açıqlanan versiyaya görə, terrorçu deyilən şəxslər Ukraynaya qaçırmışlar. Amma unutmaq olmaz ki, belə terror hadisəsi Rusiyada nə birincidir, nə də ki, sonuncu. 1999-cu ildə, 2002-ci ildə də Rusiyada buna bənzər terror aktları törədilib. Martın əvvəlində ABŞ məlumat yaymışdı ki, Rusiyanın böyük şəhərlərində terror aktı təhlükəsi mövcuddur. Rusiya xüsusi xidmət orqanları bunu bir növ, gülüşlə qarşıladılar. Rusiya orqanları, səlahiyyətliləri özlərinə sual verməlidirlər ki, 3-4 nəfər necə olur ki, silahlarla əlini-qolunu sallayıb elə bir konsert salonuna daxil ola bilirlər, təhlükəsizlik xidməti hara baxırmışlar?! Demək istədiyim odur ki, bundan nəticələr çıxarmalıdırlar.

- Belə ehtimallar var ki, Rusiya bundan sonra Ukraynaya qarşı daha amansız davranacaq, səfərbərliyi artıracaq. Hətta terroru bəhanə edərək Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə əmri verəcəyi də iddia olunur...

- Birincisi, taktiki nüvə silahına qısaca olaraq toxunum. Rusiyanın nüvə silahından istifadə edəcəyi gözlənilən deyil. Bunun bir çox səbəbləri var ki, dəfələrlə demişik, yazmışıq, təkrar etmək istəmirəm. Yəni nüvə silahından istifadə edilməsi inandırıcı deyil. Amma Ukraynaya qarşı raket hücumlarının sayını artıra bilər, hücumlar intensivləşə bilər. Ola bilsin ki, Rusiya “xüsusi hərbi əməliyyat” leksikonunu dəyişsin, müharibəni elə müharibə adlandırsın. Yəni bu ehtimallar çoxdur. Həm də Kremldəkilər əsəbidirlər, hər gün neft zavodları vurulur. Benzin qıtlığı təhlükəsi var. Bu mənada ola bilsin ki, Ukraynanı terrorda günahlandırsın və hücumlarının sayını artırsın. Amma addımlarına Ukrayna tərəfindən cavab veriləcək. Rusiya unutmamalıdır ki, 2000-ci illər deyil ki, törədilən terroru bəhanə edə, Çeçenistan kimi Ukraynanı da tam məhv edə. Nə də Ukrayna Çeçenistan deyil.

- Maraqlı məqamlardan biri də odur ki, müharibə şəraitində olan Rusiyada, özü də paytaxtında təhlükəsizlik tədbirlərinin belə zəif olması nə ilə bağlıdır?

- Bu, Rusiya rəhbərliyinin, dövlət orqanlarının, xüsusi xidmət orqanlarının məsuliyyətsizliyi deməkdir. Rusiya rəhbərliyi elə bilir ki, heç kəs Moskvada hansısa terroru törətməyə cəhd edə, risk edə bilməz. Amma belə hadisələr göstərir ki, heç də Kremldəkilər düşündüyü kimi deyil.

İkincisi, Rusiya Ukraynada, Afrikada, Yaxın Şərqdə o qədər belə terror aktları həyata keçirib ki, ola bilsin ki, bu, Moskvanın etdiklərinə cavabdır. Necə deyərlər, “döymə taxta qapımı, döyməyim dəmir qapını”.

Üçüncüsü isə odur ki, ola bilər bu terror elə Rusiyanın özünə lazım idi. Bəlkə ona görə təhlükəsizlik tədbirləri qəsdlə zəif təşkil edilib?! Mən demirəm ki, bu, həqiqətdir. Sadəcə versiyalardan biridir. Bu səbəbdən də yenə deyirəm, proseslərin bundan sonrakı gedişini izləməkdə fayda var. Baxaq görək ki, bu terror hadisəsindən kimlər hansı istəklərinə çatmış görünəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru