Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                     Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı .....                     İnternetdən alış-veriş edərkən diqqətli olun! .....                     Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub .....                     "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" .....                     Mövcud olmayan sensasiya .....                     Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib .....                     Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ .....                     Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? .....                     Sərkisyana sui-qəsdlə bağlı iki versiya: .....                     AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu .....                     Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır .....                     Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir .....                     1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... .....                     Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                     "Atam hələ xəstəxanadadır" .....                     Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu .....                     "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." .....                     Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq .....                     Bakıdan Pezeşkiana siqnal göndərildi .....                     Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək .....                     Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik .....                     “Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                 

Ermənistanda “qaynar payız” elanı: keşiş sükutu pozmaq qərarı verib - NƏ BAŞ VERİR?
Tarix: 26-09-2024, 01:40 | Çap et
Ermənistanda “qaynar payız” elanı: keşiş sükutu pozmaq qərarı verib
Ermənistanın müxalif “Tavuş naminə Vətən” hərəkatı Baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı yenidən etiraz aksiyalarına başlayacağının anonsunu verib. Bu ilin aprel ayında Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya-demarkasiya işlərinin başlamasına etiraz hərəkatı kimi keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə yaradılan hərəkat əvvəlki aksiyalarda uğursuzluğa düçar oldu. Tavuşdan İrəvana yürüşlər təşkil edən və İrəvanda bir neçə dəfə mitinqlər keçirən Qalstanyan ermənilərdən dəstək ala bilmədi.

Görünən odur ki, Tavuş arxiyepiskopunun vasitəsilə Paşinyanı devirmək istəyən qüvvələr yay boyunca “payız tətilinə” hazırlaşıblar. Məlumdur ki, Qalstanyana sabiq Prezidentin, parlamentdəki “Ermənistan” fraksiyası, xaricdəki bəzi erməni lobbi təşkilatları və Rusiyadakı müəyyən qüvvələr dəstək verirlər. Analitiklər hesab edirlər ki, keşişin arxasındakı qüvvələr Paşinyana qarşı yenidən etiraz dalğası yaratmaqla onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.

“Biz ləyaqətli yeni hökumət qurmalıyıq. Dövlət və cəmiyyətin müqavimətini qıran ayrıcı xətlər aradan qaldırılmalıdır. Milli həmrəyliyimizi bərpa edə bilərik. Bu amal uğrunda hamıya çağırış edirəm”, - deyən Qalstanyan oktyabrın 2-də Paşinyanın istefası tələbi ilə aktiv mübarizənin bərpa olunacağını bəyan edib.

Keşiş qeyd edib ki, “müxalifət amansız, inadkar və zəmanətli qələbə ilə yekunlaşacaq gərgin və ardıcıl mübarizə mərhələsinə qədəm qoyub”. Onun sözlərinə görə, rəhbəri olduğu hərəkatın artıq “səhv etmək hüququ yoxdur” və addım-addım son mərhələyə getməlidir.

B.Qalstanyan təkcə erməni xalqına deyil, xaricdəki erməni diasporuna da çağırış edib. Analitiklər bildirirlər ki, burada keşişin məqsədi xaricdən dəstək almaq və Paşinyanı xarici dəstəkdən məhrum etməkdir.

Erməni politoloq Qarnik Danielyan deyib ki, Qalstanyanın aksiyalarla Paşinyanı hakimiyyətdən uzaqlaşdırması real deyil: “Erməni cəmiyyəti uğursuzluğun səbəbi kimi Paşinyanın yox, sabiq prezidentlər – Robert Köçəryan və Serj Sarkisyanın siyasətini görürlər. Xalq bilir ki, bu adamların hakimiyyəti dövründə Ermənistan korrupsiya bataqlığının dibində idi. Ölkədə insan hüquqları kobud şəkildə pozulurdu. İnsanlar yaxşı bilirlər ki, Qalstanyanı indi müxalifətdə olan keçmiş rəhbərlər qızışdırırlar və arxasında dayanırlar. Buna görə də, ermənilər keşişin hərəkatının uğur qazanacağı halda keçmiş sistemə keçidin baş verəcəyini düşünürlər. Bu sistemi isə Ermənistan cəmiyyəti, erməni xalqı istəmir. Ona görə də keşişin hərəkatına dəstək yoxdur, etirazlara da çıxanlar az olacaq”.

“Üstəlik, erməni cəmiyyəti artıq Azərbaycan və Türkiyə ilə düşmən olmaq istəmir. Keşişin bəyanatları isə düşmənçiliyə səsləyir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Paşinyana qarşı etirazlar müxalifətə rəğbət bəslənilməsi demək deyil”, - Danielyan fikrini tamamlayıb.

Siyasi şərhçi Əli Mustafa AYNA-ya bildirib ki, Qalstanyanın “qaynar payız” elanı təsadüfi deyil: “Məlumdur ki, keşişin başçılıq etdiyi hərəkat Rusiya layihəsidir. Rusiya davamlı olaraq Paşinyan hakimiyyətinə qarşı etirazlar yaradır. Sanki keşiş davamlı olaraq meydanda saxlanılır və bütün narazı qüvvələrin ortaya çıxmasına şərait yaratmaq vəzifəsini həyata keçirir. Qalstanyan etirazçı kütləni formalaşdıracaq şəxs kimi meydana göndərilir. Amma bunlar mənasızdır. Çünki keşişin özü də başa düşür ki, artıq uduzub”.

“Aparılan rəy sorğuları da göstərir ki, arxiyepiskopun rəhbərlik etdiyi hərəkat erməni cəmiyyətində aktuallığını itirib. Əvvəllər aksiyalara xeyli erməni cəlb edilə bilirdisə, artıq Qalstanyanın ətrafındakı adamların sayı azalıb”, - deyə analitik qeyd edib.

Ə.Mustafa xatırladıb ki, Qalstanyan ilk etiraz aksiyalarına Azərbaycana qaytarılan kəndlərə yaxın ərazilərdə başlayıb: “Həmin vaxt keşişin başçılığı ilə ilə keçirilən nümayişlər daha kütləvi idi, insanlar emosialarına uyğun olaraq, hərəkata qoşulmaq istəyində idilər. Amma bu etirazlar Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına mane olmadı. Erməni xalqı da anladı ki, revanşist hərəkətlər onlara yeni müharibə, yeni itkilər vəd edir. Həm də bu etirazların mənasız olduğunu dərk edən, soyuq başla düşünən insanlar hərəkatın aksiyalarından imtina etdilər. Amma görünən odur ki, keşiş bu vəziyyətdən nəticə çıxarmayıb, yenidən aksiyalara başlamaq qərarı verib. Lakin məncə, bu etirazlar da uğursuz olacaq və Paşinyan hakimiyyətini devirə biləcək səviyyəyə gəlməyəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru