“Anayasa” gərginliyi: Ərdoğan çoxdankı hədəfinə çatmaq istəyir, amma... - GƏLİŞMƏ
Tarix: 17-10-2024, 15:43 | Çap et
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bəyan edib ki, Türkiyə Konstitusiyanın toxunulmaz ilk dörd maddəsindən üçüncüsü dəyişdirilməlidir. Spikerin sözlərinə görə, Türkiyənin irəlidəki müddətdə ən vacib məsələlərindən biri də yeni konstitusiyanın hazırlanmasıdır: “Dövlət millətin işlərini yaxşı idarə etmək üçün qurulan bir mexanizmdir. Buna uyğun olaraq Konstitusiyada millətin ehtiyacları dilə gətirilməldir. Məsələn, “dövlətin milləti və ölkəsi ilə bölünməz bütövlüyü” ifadəsi doğrudur, amma qeyd etdiyim istiqamətdən baxdıqda dəyişdirilməsinə ehtiyac var. Çünki dövlətin ölkəsi, milləti olmaz. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Yeni Türkiyə Konstitusiyasında bu məsələyə diqqət edilməli olduğunu düşünürəm”.
Onun bu açıqlaması ölkədə rezonans doğurub. Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan “Anayasa”da ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu səbəbdən təklif Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub. Əslində, Kurtulmuşun təklifi ilk dəfə gündəmə gəlmir. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarı son 10 ildir Türkiyədə ümumi mənada konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir. Elə bu ilin aprel ayında Kurtulmuş söyləmişdi ki, Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır. Spiker vətəndaş cəmiyyətini və universitetləri də bu prosesə töhfə verməyə çağırmışdı.
Qeyd edək ki, Türkiyə Konstitusiyasının dəyişdirilməsi təklif olunan üçüncü maddəsində deyilir: Türkiyə dövləti ölkəsi və milləti ilə bölünməz bir bütündür, dili türk dilidir, bayrağı qanunla müəyyən edilmiş ağ ay-ulduzlu qırmızı bayraqdır. Milli marşı İstiqlal marşıdır, paytaxtı Ankaradır.
Hazırda qardaş ölkə gündəmində əsas müzakirə olunan məsələ ilə bağlı AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik deyib ki, AKP konstitusiya dəyişikliyi ilə bağlı bir neçə dəfə məsələ qaldırıb:
- Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan hakimiyyətə gəldiyi gündən bu yana yeni konstitusiyanın qəbulu barədə fikirlər səsləndirir. Amma bu illər ərzində dəyişikliklə bağlı çətinliklər olub, parlamentdə yetərli səs ala bilməyib. Eyni zamanda, müxtəlif vaxtlarda yeni konstitusiya ideyasına hərbçilər də müqavimət göstəriblər.
Hazırkı Türkiyə Konstitusiyası 1980-ci il hərbi çevriliş nəticəsində hakimiyyətə gələn generalların qəbul etdiyi “Anayasa”dır. Keçmiş Prezident Kənan Evrənin rəhbərliyi ilə qəbul edilmiş indiki Konstitusiyanın həqiqətən də dəyişdirilməsinə ehtiyac ola bilər. Çünki zaman dəyişib, Türkiyə həmin dövrün Türkiyəsi deyil. Amma buna iki baxış var: ya yeni konstitusiya qəbul edilməlidir, ya da Türkiyənin hazırkı Konstitusiyasında hansısa dəyişikliklər edilməlidir.
- 1980-ci ildən bu yana bir necə dəfə mövcud “Anayasa”da dəyişikliklər edilib, amma görünür AKP tam istəyinə çatmaq üçün yeni Türkiyə Konstitusiyasının qəbulunda maraqlıdır...
- Bəli, bu illərdə dəyişikliklər edilib. Məsələn, son dəyişikliklə Türkiyədə yarı prezident, yarı parlament idarəçilik modelinə keçildi. Halbuki bunadək Türkiyə Prezidentinin elə də böyük səlahiyyətləri yox idi, əsas səlahiyyət Baş nazirdə idi. Son dəyişiklikdən sonra Prezidentin, dolayısı ilə Ərdoğanın səlahiyyətləri çoxaldı. Amma dediyiniz kimi, görünən odur ki, AKP dəyişiklik yox, yeni “Anayasa”nın qəbulunda israrlıdır. Lakin bu hədəfə çatmaq çətindir, çünki lazımi səs lazımdır ki, bunu da AKP-nin təmin etməsi mümkün görünmür. Hakim AKP-nin isə müttəfiqi Millətçi Hərəkat Partiyası (MHP) ilə birgə kifayət qədər səsi yoxdur ki, yeni konstitusiya ilə bağlı məsələni TBMM-də qəbul etdirsin.
- Niyə məhz Türkiyə TBMM-nin sədri toxunulmaz dörd maddənin dəyişikliyi zərurətini ortaya atır?
- Əslində Kurtulmuşun fikirləri bir qədər təhrif olundu, fərqli izah edildi. Dörd maddənin üçüncüsü ilə, “birinci dövlət, yoxsa millət gəlməlidir” fikirləri fərqli təhlil edildi. Hesab edirəm ki, əslində hazırda Türkiyə siyasi aləmində əsas mübarizə fərqli müstəvilərdə gedir. İndi iqtisadi-sosial problemlər hakimiyyətlə müxalifət arasında mübahisə predmetinə çevrilib. Amma bununla yanaşı, Türkiyənin hakim partiyasının nümayəndələri tərəfindən yeni konstitusiya barədə fikirlər gündəmə gətirilir. Əlbəttə, Kurtulmuş illərin təcrübəli siyasətçisidir, hakimiyyətin daxilindəki düşüncələrə bələddir. Bu, Ərdoğanın fikridir, sadəcə Kurtulmuş tərəfindən səsləndirilib. Amma yenə də deyirəm, bunu TBMM-də qəbul etdirmək çox çətindir.
- Türkiyədə müzakirə olunan əsas məsələlərdən biri də 2025-ci ildə Ərdoğanın hakimiyyəti ötürmək planının olduğudur. Belə perspektiv varmı?
- Ümumiyyətlə, Türkiyənin siyasi dairələrində bu məsələ barədə iki yanaşma var. Birinci yanaşma belədir ki, növbəti seçkilərdə Ərdoğanın özü yenidən namizəd olacaq. İkinci yanaşma isə belədir ki, Ərdoğan öz yerinə başqa bir siyasətçini hazırlayacaq, onun qələbə qazanma şansının çox olduğuna əminlik yaranandan sonra istefaya gedəcək, növbədənkənar seçki olacaq. Amma tam fərqli mənzərənin də şahidi ola bilərik. O mənada ki, Ərdoğan səlahiyyət müddəti başa çatanadək Türkiyə Prezidenti postunda qala bilər.
Onu da nəzərə almaq lazımdır ki, son bələdiyyə seçkilərində demək olar ki, müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəldi. Əlbəttə, bu, Ərdoğanı düşündürməyə bilməz. Ərdoğan anlayır ki, qarşıdakı seçkilər onun üçün çətin olacaq. Həm də hakim AKP-nin reytinqi azalıb. CHP ilə başa-baş mübarizə aparmaq çətindir. Üstəlik, CHP-nin prezidentliyə ən azı üç namizədinin olduğu görünür – CHP sədri Özgür Özəl, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş. Bu siyasətçilərin hər üçü də Türkiyədə kifayət qədər dəstəyi və nüfuzu olan şəxslərdir. Ona görə də proseslərin gedişindən çox şey asılıdır. Siyasətdə bir gündə bir çox dəyişikliyin, sürprizlərin baş verməsi istisna deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
|