İsrailə hücum gözləntisi: "İran qorxur və qorxudur" - NƏ BAŞ VERİR?
Tarix: 4-11-2024, 11:06 | Çap et
Yaxın Şərqdə gərginlik və böyük eskalasiya riski hər gün artan xətlə inkişaf edir. Söhbət İran-İsrail müharibəsinin baş verə biləcəyi ehtimalının artmasından gedir. Amerikanın “The New York Times” qəzetinin bu günlərdə yaydığı məlumata görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei İsrailə hücum üçün hazırlıq əmri verib. Adı açıqlanmayan İran rəsmiləri bildiriblər ki, tapşırıq Ali Milli Təhlükəsizlik Şurasına göndərilib. Qeyd olunub ki, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksək rütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib.
Nəşr yazır ki, Xamenei “İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir” fikrindədir. İddialara görə, İran 5 noyabrda (vaxt baxımından, bölgədə 6 noyabr tarixində) ABŞ-da baş tutacaq prezident seçkilərindən öncə İsrailə hücum etməyi planlaşdırır. Bu haqda CNN televiziya kanalı da xəbər yayıb. “Axios” portalı isə İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, İran İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Məlumata görə, Tehran ABŞ-da keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.
İran İslam İnqilabı Keikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini Əli Fədəvi isə bir neçə gün əvvəl deyib ki, İsrailin İranın hərbi obyektlərinə etdiyi hücumuna Tehranın cavabı qəti və qaçılmazdır. İddia edib ki, SEPAH bir əməliyyatda İsrailin bütün varlığını hədəfə ala bilər.
İsrail də öz növbəsində tehrandan səsləndirilən təhdidlərə cavab verib. Ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Hərbi Hava Qüvvələrinin Ramon bazasına səfəri zamanı deyib ki, İrandan yeni bir hücum olacağı təqdirdə, İsrail əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, hələ hücum etmədiyi hədəfləri vuracaq: “Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz əvvəllər istifadə olunmayan imkanlardan istifadə edərək, onların hədəflərinə daha sərt zərbə vuracağıq”.
Göründüyü kimi, bölgə İran-İsrail müharibəsinin bir addımlığındadır. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, oktyabrın 1-də İranın İsrailə raket hücumu, ardınca İsrailin oktyabrın 26-da verdiyi cavabla məsələ bitmədi:
- İndi yeni savaşla bağlı qarşılıqlı təhdidlər müşahidə olunur. Son məlumata görə, İran İsrailə hücumu İraq üzərindən edəcək. İraqda İranın bazaları var, hərbi qüvvələri mövcuddur. İddia olunur ki, hücum çoxsaylı PUA-lardan və ballistik raketlərdən həyata keçiriləcək. Amma bir məsələyə diqqət etmək lazımdır: İran daxilindəki mənbələr məlumat verir ki, İsrail son hücumu ilə İranın hava hücumundan müdafiə sistemini demək olar ki, darmadağın edib. İranın raket atmaq üçün istifadə etdiyi yerlər məhv edilib. İran faktiki olaraq çox pis vəziyyətdədir. Bundan belə nəticəyə gəlmək olar ki, İsrail lazım olan bütün strateji obyektləri vurub. İndi Tehran hədələyir, amma sual olunur: İsrailə hücum nə ilə ediləcək?! İranın belə bir gücü varmı?!
- Hər halda İran daxilində orduya “hazır ol!” əmri verən şəxslər bunu bilirlər. O zaman niyə belə bir əmr versinlər?
- Baxın, aprel ayında İran İsrailə hücum etdi, amma İsrail buna faktiki olaraq, cavab vermədi. İsrail sadəcə İranın bölgədəki proksi qüvvələrinə qarşı hücumunu daha da sərtləşdirdi. Amma Tehranda HƏMAS lideri İsmayıl Haniyənin, daha sonra Livandakı “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İran qisas almağa çalışdı. Artıq bu dəfə, oktyabrın 1-də ballistik raketlərdən istifadə edərək İsrailə zərbələr endirdi. Təbii ki, İsrail bu cavabı verəcəkdi, yəni gözlənilən idi. İndi İran yenidən nüfuzunu düşürməmək üçün hədələrdən istifadə edir. Əslində isə İran çox sarsılıb. Çünki dediyim kimi, İranda hava hücumundan müdafiə sistemi darmadağın edilib. Məncə, İranın hədələri informasiya müharibəsinin tərkib hissəsidir. İnanmıram ki, İran yenidən İsrailə hücum etsin. İran İraq üzərindən hücum etsə, İsrailin bu dəfəki cavabı daha amansız olacaq. Mən bilmirəm, Tehrandakılar bunu necə deyərlər, gözə alırlarmı?!
Həmçinin İran elan edib ki, İsrailə zərbə ABŞ-dakı prezident seçkilərinədək həyata keçiriləcək. Seçkilərə isə cəmi iki gün qalıb. Bu qısa müddətdə İranın İsraili vurmaq gücünün olduğuna əmin deyiləm. Sadəcə ola bilsin ki, İran qorxur və qorxudur.
- Yeri gəlmişkən, yenə də SEPAH Azərbaycanı ittiham edib. “Niyə Azərbaycan İsrailin hücumunu pisləmədi?” deyir və sanki ölkəmizi təhdid edir. SEPAH-ın bu ittihamının arxasında nə dayanır?
- İran, xüsusilə SEPAH-ın Azərbaycanı ittiham, təhdid etməsi yeni deyil. Tehran xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanı hədəfə almaq üçün bəhanə axtarır. Əsas hədəf budur ki, Azərbaycan zəif olsun, güclənməsin, əraziləri işğalda qalmalı idi. Azərbaycanın güclənməsi, suverenliyini bərpa etməsi İranın xoşuna gəlmir. Hər fürstdə müxtəlif vasitələrlə Azərbaycan təhdid edilir. SEPAH-a demək lazımdır ki, 30m illik erməni işğalını Tehran nə zaman pislədi? Əksinə, hər zaman İran Ermənistana yardım etdi, yanında dayandı, işğala bir növ, dəstək verdi. Açığını demək lazımdır ki, işğal müddətində Ermənistanın yaratdığı şəraitlə Qarabağı dağıdan İran oldu. Azərbaycanın işğal olunmuş ərazilərində evləri dağıdan, evlərin daşlarına kimi daşıyan məhz İran oldu. 44 günlük müharibədən sonra Ermənistana, Qarabağdakı separatçı ünsürlərə silah-sursat göndərən, təlimçilər göndərən də İran idi. Biz bunu unutmamışıq axı. Ona görə də, hesab edirəm ki, SEPAH, dolayısı ilə İran dövlətinin başında dayanan şəxslər bunları göz önünə gətirməli və təhdidlərinə, ittihamlarına son qoymalıdırlar. Biz kimin dost, kimin qeyri-dost olduğunu bilirik. Tehrandakılar unutmasınlar ki, Azərbaycan öz daimi maraqlarını qoruyur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|