ƏSƏD GETDİ VƏ... - GƏLİŞMƏ
Tarix: 11-12-2024, 16:34 | Çap et
Əsədin devrilməsi ilə Türkiyə, ABŞ, İsrail qazanan, Rusiya kompensasiya imkanlarını hələ də saxlayan tərəf olsa da, əsas itirən İran oldu. Bunu Tehranın özündə də etiraf edirlər. Hakimiyyət daxilində əsas ittiham hədəfi xarici işlər naziri Abbas Araqçıdır. Onun Əsəd devrilməmişdən bir həftə öncə Dəməşqdə “şaurma” (şavarma) yeyəyərək, “hər şey qaydasındadır” mesajı tənqid olunur. Əsas diqqətçəkən məqamlardan biri Suriyadakı uğursuzluğun Araqçının timsalında Pezeşkian hökumətinin üzərinə qoymaq cəhdlərinin də edilməsidir. İslahatçı qanada yaxın olanlar arasında isə Əsədin devrilməsinə “İran xalqının pullarının göyə sovrulmasına son qoyulması” kontekstində sevinənlər var. Tehranın Suriyada itkilərindən biri “İran xalqının göyə sovurduqları” pullardır. Rəsmi mənbələr bu haqda danışmaqdan qaçsa da, İranın Suriya müharibəsi başlayandan etibarən bu ölkəyə ildə orta hesabla 6 milyard olmaqla indiyə qədər 50 milyard dollar civarında xərclədiyi haqda məlumatlar var. İranın Suriyaya bu qədər pul xərcləməsinin ana səbəbi “müqavimət oxu”nda “qızıl halqa”nı qoruyub saxlamaq məqsədi daşıyırdı. Xameneinin müşaviri Vilayətinin dediyi kimi, “Suriya hökuməti olmasa, bu halqa qırılacaq və İsrailə qarşı müqavimət zəifləyəcək”. Əsədin getməsi ilə “qızıl halqa” qırıldı və İranın proksi qüvvələrdən ibarət “müqavimət oxu”nda dağılma prosesi başlandı: - Suriyada məğlubiyyət İrana Hizbullahla (Livan) quru əlaqəsini itirmək təhlükəsini yaradıb; - Qəzzada HƏMAS-ın, Livanda Hizbullahın ciddi “qan itirməsi”ndən sonra Suriyadakı nəticə “müqavimət oxu”nun koordinasiyasını pozdu; - İran-İraq-Suriya-Livan xətti Tehranın “şiə hilalı” planlarını alt-üst edir; Növbəti hədəfin İraq və Yəmən olacağı, bu ölkələrdə İrana bağlı Haşdi Şabi və husilərin sıradan çıxarılmasına start veriləcəyi ehtimalı böyükdür. Husilərin vurulması Tehran üçün təkcə İsraillə yox, həm də dini müstəvidə strateji rəqibi olan Səudiyyə Ərəbistanla mübarizədə də itki, İraqda məğlubiyyət isə dağılma prosesinin İran sərhədlərinə çatması deməkdir. Xüsusilə Trampın Ağ Evdə fəaliyyətə başlamasından sonra İranı daha çətin günlər gözləyir. Hərçənd, Tehran asanlıqla təslim omayacaq və ata biləcəyi addımları bir neçə kontekstdə təxmin etmək olar. 1. İraqda və Yəməndəki qüvvələrini qorumaq və nə qədər çətin olsam da, Hizbullahı yenidən gücləndirməyə çalışacaq; 2. Proksi qüvvələrini qorumaq üçün Moskva ilə anlaşa, bu qüvvələrin idarəçiliyində Rusiyanın iştirakını qəbul edə və ondan “qalxan” kimi istifadə edə bilər; 3. “Müqavimət oxu”nun zəifləməsi İranın “strateji çəkindiricilik” gücünü də zəiflədir, bu baxımdan, Tehran üçün çıxış yollarından biri nüvə silahını əldə etmək istiqamətində səylərini artırmaq ola bilər; Bütün bunların fonunda İranın İsraillə birbaşa müharibədən nə qədər yayına biləcəyi də həlledici problemlərdən biri olaraq qalır.
Asif Nərimanlı - "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|