“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                 

Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: 23-02-2025, 15:43 | Çap et
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar”
Fevralın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında bir neçə illik fasilədən sonra ilk danışıqlar baş tutub. Tərəflər digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsini də müzakirə ediblər. 4,5 saat davam edən danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkələr diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Ukrayna münaqişəsi həll edildikdən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməli olacaqlar.

Görüşdən üç gün əvvəl ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı, aparılan müzakirələr, sonra verilən bəyanatlar onu göstərir ki, Ağ Ev adminstrasiyası Ukrayna münaqişəsini faktiki olaraq, alver predmetinə çevirib. Ukrayna müharibəsinin həlli ilə bağlı Ukraynasız və Avropasız danışıqlar aparılması maraqlı tərəflərin narazılığı ilə müşahidə olunur. Prosesin bu cür davam etməsinin hansı nəticələrə gətirib çıxarması barədə proqnozlar müxtəlifdir.

Mövzu ilə bağlı AYNA-ya danışan “Şərq Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu deyib ki, Ukrayna üzlərindən ABŞ-Rusiya sövdələşməsi Avrasiyanın geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişə bilər:



- Çünki burada söhbət təkcə Trampın Rusiyaya və Putinə ünvanlanan xoş münasibət ifadə edən mesajlardan deyil, həmçinin ABŞ administrasiyasının atdığı real addımların da qlobal və regional gücləri öz siyasətinə korrektələrə məcbur etməsindən gedir. Lakin hesab edirəm ki, əvvəlcə Ukrayna siyasəti kontekstində ABŞ-Rusiya, daha dəqiq desək, Tramp-Putin münasibətləri və onların arxasında duran bəzi məqamlara diqqət yetirmək vacibdir. Burada detallar bəsit görünə bilər, amma bu, heç də reallıqları inkar edə bilməz. Trampın xarici siyasət, xüsusilə də mövcud münaqişələr kontekstində ən çox istifadə etdiyi "sövdələşmə" sözünə təsadüfi yanaşılmamalıdır. Çünki əks halda onun xarici siyasətinin konturlarını və prioritetləri yanlış ünvanlarda axtarılmış olar. Bunun üçün həm də həmin siyasətdə kimin açar rolu oynadığının ilk növbədə nəzərə alınması zəruridir. Həmin şəxs isə Trampın qolf oyununda tərəfdaşı olan Nyu-York biznes aləminin nümayəndəsi Stiven Vitkoffdur. Bəzi ABŞ mənbələrinin iddiasına görə həm də Trampın qızı Tiffaninin qayınatası olan və Tramp tərəfindən ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edilmiş Vitkoff bundan əvvəl heç bir siyasi və ya diplomatik fəaliyyətdə olmayıb. Amma buna baxmayaraq o, təkcə Yaxın Şərq məsələlərində deyil, elə Rusiya-Ukrayna müharibəsinə dair danışıqların aparılması işində xüsusi səlahiyyətlərə malikdir.

Vaşinqtonla Moskva arasında danışıqların başlanğıcında Rusiyaya səfər edən ilk ABŞ rəsmisi də məhz Vitkoff olub. Halbuki həmin məsələyə dair Vaşinqtonunu ayrıca bir nümayəndəsi olan Keyt Kelloq var. Vitkoffdan fərqli olaraq keçmiş Pentaqon general-leytenantı Kelloq Trampın əvvəlki prezidentliyi dövründə də administrasiyada təmsil olunub.

Kelloq ABŞ Milli Təhlükəsizli Şurasında müxtəlif vəzifələrdə çalışıb, həmçinin Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edib. Kelloq öz funksiyasında Ukraynaya səfərlərdə olsa da, amma Prezident Zelenskiyə ABŞ-ın sülh danışıqları kontekstində Ukraynanın nadir metallar ehtiyatının yarısına sahib olmaq təklifini Kelloq deyil, Tramp administrasiyasının maliyyə naziri Skott Bessent gətirib. Görünür, Tramp bunu ya Kelloqa etibar etməyib, ya da Kelloq özü Trampın çirkli alverlərində iştirakdan imtina edib.

- Yəni Tramp adminstrasiyası münaqişə üzərində alverlə məşğuldur...

- Əlbəttə, məqsəd budur. Tramp administrasiyasının Rusiyanın hərbi təcavüzü nəticəsində çətin duruma düşmüş Ukraynanın sərvətlərinə sahib çıxmaqdan başqa məqsədi yoxdur. Tramp və onun başına yığışan dəstənin bircə hədəfi var: daha çox pul toplayıb ABŞ şirkətini köhnə korporasiyaların nəzarətindən çıxarıb öz nəzarətinə götürmək. Bu adamların heç birinin siyasəti anlayışı belə yoxdur. Hətta yaxın zamanlarda Rusiya ilə də düşmən olacaqlar. Məsələn, sanksiyalar altında olan 300 milyard Rusiya aktivlərindən böyük pay istəyəcəklər. Hər şey bu qədər sadədir.

Elə Zelenskiyə təklif olunan "sülh planı”nda da ölkəsinin təhlükəsizliyinə dair ABŞ tərəfindən heç bir təminat və öhdəlik yox idi. Odur ki, Zelenskinin onu rədd etməsində, o cümlədən də Ukraynasız Ukraynaya dair ikitərəfli ABŞ-Rusiya danışıqlarını tanımaması da tamamilə təbiidir. Çünki həmin danışıqların predmetinin nədən ibarət olduğu artıq heç kəsdə şübhələr və suallar doğurmur. O cümlədən də ABŞ-ın Avropa tərəfdaşılarında, NATO-da və bu qurumun əsas güclərindən olan Türkiyədə. Görünən həm də budur ki, elə həmin danışıqlarlarla eyni vaxtda Parisdə Avropa Birliyindəki Ukraynaya müttəfiq ölkələrin sammitinin keçirilməsi və Zelenskinin Ankaraya səfəri də təsadüfi deyildi.

Trampın Ukraynaya dair "sövdələşməsi", onun soyqırıma məruz qalmış Qəzza əhalisini köçürərək yerində rivyera yaratmaq təklifi, hərbi cinayətkar olan İsrailin Baş naziri Benyamin Netanyahuya ağır aviabombaların verilməsi üzərindən qadağanı götürməsi, başqa bir hərbi cinayətkar Vladimir Putinlə alverə getməsi ABŞ-ı ən yaxın tərəfdaşları olmuş ölkələrdən təcrid etməkdədir.

Bu mənada Ər-Riyad danışıqlarının və Trampın Zelenskinin ünvanına yağdırdığı təhqir, hədyan və böhtanların ardınca ABŞ-ın ən yaxın müttəfiqi olmuş Böyük Britaniyanın Baş naziri Keir Starmerin Zelenskiyə dəstək zəngi ən əyani göstəricidir. Tramp administrasiyası son 80 ildə mövcud olmuş Avroatlantik təhlükəsizlik sistemini sürətlə dağıtmaqdadır.

- Bunun zərərləri nə ola bilər və çıxış yolu nədir?

- Çox böyük zərərləri proqnozlaşdırıla bilər. Bu, qlobal təhlükəsizlik sahəsində yarana biləcək boşluğun ən müxtəlif totalitar, ekstremist və militarist rejimlər tərəfindən doldurulmasına, müxtəlif bölgələrdə silahlı qarşıdurmalara və qlobal xaosa gətirib çıxara bilər. Odur ki, indiki şəraitdə və şərtlər çərçivəsində Ukrayna məsələsi ətrafında yeni ittifaqın yaradılması tarixi zərurətə çevrilir. Həmin zərurət isə bir neçə geosiyasi yeniliklər üçün zəmin yarada bilər. Birincisi, Ukrayna məsələsində mövqeləri üst-üstə düşən ölkələrin daha sıx əməkdaşlıq quraraq ABŞ-sız koalisiya yaratmasıdır. Buraya Rusiya “beşinci kolon”unun nəzarətində olan Macarıstan və Slovakiya kimi ölkələr xaric olmaqla digər bir çox Avropa ölkələri, Kanada və Türkiyə daxil ola bilər.

Yeri gəlmişkən, xarıtlatmaq lazımdır ki, belə imkanlar məhdud deyil və ABŞ-ın iştirakı olmadan mümkündür. Məsələn, Ukraynanı dəstəkləyən ölkələrin birgə hərbi büdcəsi Rusiyanın hərbi büdcəsindən azı 4 dəfə çoxdur. Eyni zamanda, ən azı Almaniya-Böyük Britaniya-Fransa aparıcı üçlüyü texnoloji cəhətdən də Rusiyadan xeyli irəlidədir. İkincisi, yeni geosiyasi reallıq Türkiyə ilə Avropa Birliyi arasında mövcud olan və əməkdaşlığa maneələr yaradan ziddiyyətlərin də minimuma enməsinə səbəb ola bilər. Türkiyə isə elə bu günün özündə sürətlə güclənməkdə olan hərbi sənayeyə malik NATO ölkələrdəndir və Avropanın cənub-şərq cinahında sabitliyin əsas təminatçısıdır. Bundan başqa Türkiyə Qara dəniz və Şərqi Aralıq dənizi hövzələrində söz sahibi olmağa can atan ciddi regional oyunçudur. ABŞ mənbələrinin Türkiyə müdafiə nazirliyinə istinadla verdiyi məlumata görə Ankara hal-hazırda 31 hərbi gəminin inşası ilə məşğuldur ki, bu da Türkiyəni hər iki dəniz hövzəsində söz sahibinə çevirməyə hədəflənib.

Onların arasında su tutumu 30 min ton olan təyyarədaşıyan gəmi də var ki, bu da Türkiyəni ABŞ və Çindən sonra belə hərbi gəmiyə malik olan 3-cü ölkəyə çevirəcək. Bundan başqa Ankaranın hərbi sənayesi təyyarə, PUA, hava hücumundan müdafiə sustemləri sahəsində də ciddi çalışmalar həyata keçirməkdədir.

Üçüncüsü, ordu qüvvələri sayına və döyüş qabiliyyətinə görə Ankaradan geridə qalan Avropa Birliyi ölkələrinin xırda sentimentləri kənara ataraq indiki mərhələdə Ankaraya texnoloji və maliyyə yardımı göstərəcəyi halda bu, Avrasiya bölgəsində yeni geosiyasi formatın və hərbi-siyasi alyansın yaranmasına gətirib çıxara bilər.

Lakin ABŞ siyasətinin öz məcrasına qayıdacağı da qaçılmazdır. Bu halda da onun Avropa tərəfdaşlarının yeni əməkdaşlıq formatı Brüssel-London-Ankara-Ottava birliyinin əlində növbəti Tramp kimilərindən sığortalanmaq üçün ciddi bir arqument olacaq. Bütün bunlar isə yalnız bir halda mümkün olacaq. Tramp siyasi virusunun aparıcı Avropa ölkələrində yayılmasının qarşısı alınacaqsa.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru