Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                 

Rusiya İran üçün etibarlı vasitəçi ola bilərmi? - AKTUAL
Tarix: 9-03-2025, 05:42 | Çap et
Rusiya İran üçün etibarlı vasitəçi ola bilərmi?
Rusiya İran-ABŞ danışıqlarında vasitəçilik təklif edir. Bu həftə verilən xəbərlərə görə, Rusiya Birləşmiş Ştatlar və İran arasında vasitəçilik təklif edib və Kreml hər iki ölkənin məsələləri dialoq yolu ilə həll etməli olduğunu israrla vurğulayıb.

Məlumatlara əsasən, ABŞ prezidenti Donald Tramp Moskvadan təkcə İranın nüvə proqramı ilə bağlı deyil, həm də onun regional fəaliyyətləri barədə kommunikasiya qurmaq üçün kömək istəyib.

Bununla belə, İran mediası bu təklifə şübhə ilə yanaşır. Onlar hesab edirlər ki, Moskvanın əsas məqsədi yalnız öz maraqlarını təmin etməkdir.

ABŞ "İranı yenidən iflas etdirmək" istəyir
ABŞ-nin maliyyə nazir Skott Bessent bu həftə bildirib ki, Tramp administrasiyasının sanksiyaları İranın neft sənayesini tamamilə çökdürmək və onsuz da zəifləyən iqtisadiyyatını iflasa uğratmaq məqsədi daşıyır.

O əlavə edib ki, "İranı yenidən iflasa uğratmaq" ABŞ hökumətinin İran ilə bağlı sanksiya siyasətinin başlanğıcı olacaq.

Tehran, hələlik, Bessentin bu açıqlamalarına münasibət bildirməyib.

Müttəfiq, yoxsa qurban?
Səudiyyə Ərəbistanının İran və ABŞ arasında vasitəçilik etmək istədiyi barədə xəbərlər yayılandan cəmi bir neçə həftə sonra Rusiya da prosesə qoşula biləcəyini açıqlayıb.

Səudiyyənin mümkün vasitəçiliyi İran mediası və ekspertləri tərəfindən müsbət qarşılansa da, Rusiyanın təklifinə şübhə ilə yanaşılıb.

Tehran və Moskva bir-birini müttəfiq adlandırsa da, tənqidçilər hesab edirlər ki, Rusiya hər şeydən öncə öz maraqlarını düşünür və lazım gəldikdə İranı qurban verməkdən çəkinməz.

İranın ali dini rəhbəri Əli Xamenei Tramp administrasiyası ilə birbaşa danışıqlara qarşı çıxıb. O, Trampın 2015-ci il nüvə sazişindən birtərəfli şəkildə çıxdığını xatırladaraq ABŞ hökumətinə etibar etmədiyini bildirib.

Bu tarixi sazişi imzalayan beş dünya gücündən biri də Rusiya idi. Lakin İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif əvvəllər Moskvanın sazişi qəsdən zəiflətməyə çalışdığını iddia etmişdi.

Son illərdə İran və Rusiya arasında əlaqələr inkişaf etsə də, Tehranın Moskva ilə bağlı dərin etimadsızlığı hələ də qalır.

Bu narahatlıq xüsusilə keçən ay ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında görüşərək əlaqələri normallaşdırma və Ukrayna müharibəsini bitirməyi müzakirə etməsindən sonra güclənib. İrandakı narahatlığın səbəbi odur ki, Rusiya yaxşı bir razılaşma naminə İranı qurban verəcək və Tramp administrasiyası ilə barışıq yoluna gedəcək.

"Rusiya dürüst vasitəçi ola bilməz"
Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidreza Əzizi AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib ki, Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başladıqdan sonra İranın nüvə sazişini imzalayanlardan biri kimi öz nüfuzunu itirib.

O, Moskvanın vasitəçilik təklifi ilə "yerini bərpa etmək" və hətta İranın qərar qəbul etməsinə təsir göstərmək niyyətində olduğunu iddia edib.

Omandakı keçmiş səfir Nemətullah İzadi isə deyib ki, "Rusiya qərəzsiz və dürüst vasitəçi ola bilməz". O, Səudiyyə Ərəbistanının daha yaxşı vasitəçi olacağı fikrini müdafiə edib, çünki Tehran və Vaşinqton arasındakı münasibətlər İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə az təsir göstərəcək. Onun sözlərinə görə, eyni şeyi Tehranın Moskva ilə münasibətlərinə aid etmək olmaz.

İranda nüfuzlu media qurumları arasında ümumi fikir odur ki, Rusiya yalnız öz maraqlarını düşünür.

İslahatçıyönümlü "Sazandeqi" qəzeti yazıb ki, "Moskva keçmişdə dəfələrlə sübut edib ki, o, öz maraqlarını hər şeydən üstün tutur".

Qəzet həmçinin vurğulayıb ki, ABŞ və Rusiya arasında hər hansı bir razılaşma əldə olunarsa, bu, ilk növbədə İranın zərərinə olacaq.

Hətta baş redaktoru birbaşa Xamenei tərəfindən təyin edilən "Keyhan" qəzeti belə israr edib ki, "Tehran vasitəçiyə ehtiyac duymur".

Bəzi analitiklər, həmçinin Beynəlxalq Böhran Qrupundan Əli Vaez və "Eurasia Group"un analitiki Qriqori Bryu hesab edirlər ki, 2015-ci il nüvə sazişini imzalayan Avropa ölkələri – Britaniya, Fransa və Almaniya Rusiyanın vasitəçiliyinə ehtiyatla yanaşacaq və prosesdən kənarda qala biləcəklərindən narahat olacaqlar.

"Tamamilə mümkündür ki, qarşıdakı aylarda BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiqinə qarşı ABŞ-nin Rusiyaya qoşulacağı bir ssenariylə üzləşək", - "Nüvə Təhdidi Təşəbbüsü" təşkilatının Nüvə Materiallarının Təhlükəsizliyi Proqramı üzrə sədr müavini Erik Brur bildirib.


Qeyd: Yazını AzadlıqRadiosunun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi hazırlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru