Birgə hərbi təlimlərin İrana faydası yoxdur - GƏLİŞMƏ
Tarix: 11-03-2025, 15:22 | Çap et
 “The Wall Street Journal” dərgisinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır. Bu mövzuda müzakirələr başlayıb. Donald Tramp həm Moskva, həm də Pekinlə dialoqu genişləndirməyə çalışır.
ABŞ Prezidentinin bu görüşlərdən bir neçə məqsədi var. Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və bu ölkə ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir. İkincisi, Tramp nüvə silahlarının azaldılması ilə bağlı Rusiya və Çinlə razılaşma əldə etmək istəyir. Məsələ burasındadır ki, “soyuq müharibə” illərində nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar yalnız ABŞ-la keçmiş SSRİ ilə arasında gedirdi. Bu müddətdə Çin də nüvə arsenalını gücləndirdi. Hazırda nüvə silahlarının sayına görə Çin ABŞ və Rusiyadan geri qalmır. Buna görə də Vaşinqton nüvə arsenalının azaldılması məqsədilə Pekinlə də saziş imzalamaq istəyir. Ancaq bunun mümkün olub-olmayacağı sual altındadır.
Bu arada, Rusiya, Çin və İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi - 2025” adlı birgə hərbi dəniz təlimləri Vaşinqtonun diqqətini cəlb edib. Hərbi təlimlərdə 3 dövlətin hərbi gəmiləri iştirak edir. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət etməlidir.
Rusiya, Çin və İran Hind okeanının şimalında keçirilən bu hərbi təlimlər vasitəsilə ABŞ-a mesaj göndərirlər. Vaşinqton İrana təzyiqi artırmağı planlaşdırır. ABŞ İran neftini daşıyan tankerləri okean və dənizlərdə saxlayaraq yoxlamalar həyata keçirəcək. Bu İranın neft satışında problemlər yaradacaq. Ağ Evin də məqsədi budur ki, İran böyük həcmdə neft satışı həyata keçirə bilməsin və bu onun iqtisadiyyatına mənfi təsir etsin. Görünür, Vaşinqton bu yolla İranın ABŞ-ın şərtlərini qəbul edəcəyini düşünür. Ancaq İranın mühafizəkar dairələri Vaşinqtonun tələblərini yerinə yetirməyəcəklər, ali dini lider Əli Xamanei Prezident Məsud Pezeşkiana ABŞ-la danışıqlar aparmağı qadağan edib. Bunun müqabilində mühafizəkar dairələr İranın Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməyi lazım biliblər. Ancaq bu ittifaq İranın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinə problemlər yaradacaq. Vaşinqton İrana qarşı sanksiyaları sərtləşdirməklə bu ölkə üzərindən yük daşımalarına mane olmağa çalışacaq. Digər tərəfdən Şimal-Cənub nəqliyyat dəhlizinin iştirakçılarından biri Hindistandır. Bu ölkə İranın Çabahar limanını icarəyə götürüb. Aydındır ki, Çin Hindistanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətində maraqlı deyil. Həmin dəhliz Çinin “bir kəmər, bir yol” dəhlizinə alternativdir. Bu baxımdan ABŞ-ın Çabahar limanının fəaliyyətini ənəglləməyə çalışması Çinin maraqlarına uyğundur. İran limana yaxın sularda Rusiya və Çinlə birgə hərbi təlimlər keçirməklə Pekinin işini asanlaşdırır. Halbuki, ABŞ və ya İsrail İrana zərbə vurarlarsa, Rusiya və Çin İranın köməyinə gəlməyəcəklər, ancaq bəyanat verəcəklər. Ona görə Rusiya və Çinlə birgə hərbi təlimlərin İrana faydasından çox zərəri var.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
|