Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > “ABŞ kürd dövləti planından əl çəkməyib”
“ABŞ kürd dövləti planından əl çəkməyib”30-11-2016, 08:07 |
![]() ABŞ Suriya və İraqda kürd dövləti qurmaq planlarından əl çəkməyib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı politoloq Bred Kabana söyləyib. Onun sözlərinə görə, ABŞ-la Rusiyanın Hələbdə atəşkəs müqaviləsi imzalamaq ehtimalı yoxdur: “Artıq proses Suriya hökumətinin lehinə çevrilib. Hələbin şimal hissələri İŞİD-dən təmizlənib. Suriya ordusu Rusiyanın dəstəyi ilə hələlik vəziyyəti nəzarət altında saxlayır. Ona görə atəşkəsin mümkün olduğunu düşünmürəm. ABŞ İraqın şimalı və Suriyanın şimal-şərqində kürd dövləti qurmaq fikrinə maraqla yanaşır. Amerikanın bu maraqlarının dəyişdiyinə inanmıram. Tramp rəsmi prezident olan kimi bu dəyişikliklər başlaya bilər”. Geri qayıt |