Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Rusiyaya qarşı sanksiyalar uzadıldı
Rusiyaya qarşı sanksiyalar uzadıldı13-09-2018, 11:33 |
![]() Avropa İttifaqı (Aİ) Şurası Ukrayna münaqişə ilə əlaqədar olaraq Rusiyaya qarşı tətbiq olunan fərdi sanksiyaların daha 6 ay müddətinə uzadılması barədə qərar qəbul edib. AzVision.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Qeyd olunur ki, Rusiyaya münasibətdə tətbiq olunan fərdi məhdudlaşdırıcı tədbirlər 2019-cu ilin 15 martınadək uzadılıb. Ukrayna separatçılarının “Donetsk Xalq Respublikası”nın 31 avqustda qətlə yetirilən lideri Aleksandr Zaxarçenkonun adı fərdi sanksiyalar siyahısından çıxarıldığına görə, Aİ-nın Rusiyaya qarşı sanksiyaları 154 fiziki şəxs və 44 təşkilatı əhatə edəcək. Aİ-nın sənədində vurğulanır ki, həmin hüquqi və fiziki şəxslər Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü pozublar və təhdid ediblər. Qeyd edək ki, hazırda Rusiyaya qarşı Aİ-nın bir neçə sanksiyalar paketi qüvvədədir. Bu sanksiyalara iqtisadi, fərdi və Krımın ilhaqı səbəbindən ayrıca məhdudiyyətlər daxildir. Geri qayıt |