Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Pentaqonun rəhbəri Pekinə səfərini təxirə salıb
Pentaqonun rəhbəri Pekinə səfərini təxirə salıb2-10-2018, 08:01 |
![]() ABŞ-ın müdafiə naziri Ceyms Mettis oktyabr ayına Pekinə planlaşdırılan səfərini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan əməkdaşına istinadən xəbər verir. Əvvəlcə güman edilirdi ki, Pentaqonun rəhbəri Pekinə səfər edəcək və orada çin rəsmiləri ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək. Telekanalın məlumatına əsasən, səfərin təxirə salınmasına dair qərar Pekin və Vaşinqton arasındakı münasibətlərdə artan gərginliyin fonunda qəbul edilib. Bununla belə, Pentaqonda səfərin təxirə salınmasını hələki təsdiq etməyiblər. Geri qayıt |