Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Rusiyayla danışıqlarda irəliləyişin mümkün olub-olmadığı hələlik, bəlli deyil"
Əsas Səhifə > Dünya > "Rusiyayla danışıqlarda irəliləyişin mümkün olub-olmadığı hələlik, bəlli deyil"

"Rusiyayla danışıqlarda irəliləyişin mümkün olub-olmadığı hələlik, bəlli deyil"


30-05-2019, 08:39
"Rusiyayla danışıqlarda irəliləyişin mümkün olub-olmadığı hələlik, bəlli deyil"
Birləşmiş Ştatların Ukraynada üzrə xüsusi elçisi Rusiyanın bu ölkənin şərqindəki fəaliyyətini “işğal” adlandırıb, Moskvanı 2015-ci il Minsk razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.

Minsk razılaşmalarının məqsədi Ukraynanın hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasındakı münaqişəni bitirməkdir.

ABŞ Dövlət Departamentinin Xüsusi təmsilçisi Kurt Volker mayın 28-də jurnalistlərə danışıb.

“Rusiya Minsk razılaşmasını yerinə yetirməkdən ötrü çox iş görməlidir. Ukraynanın da öz məsuliyyəti var”, – Volker Vaşinqtondan videolink vasitəsilə jurnalistlərə deyib.

Volker deyib ki, Ukraynada Volodymyr Zelenskiy prezident seçiləndən sonra Birləşmiş Ştatlar Rusiya ilə danışıqların “harada qaldığını, proqres əldə etməyin mümkün olub-olmadığını” bilməlidir.

İyulda Ukraynada erkən parlament seçkisi keçirilməlidir. Volker-in sözlərinə görə, Rusiyayla danışıqlarda irəliləyişin mümkün olub-olmadığı hələlik, bəlli deyil.

Geri qayıt