Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tramp: “Tezliklə Kim Çen Inla yeni görüşü gözləyirəm”
Əsas Səhifə > Dünya > Tramp: “Tezliklə Kim Çen Inla yeni görüşü gözləyirəm”

Tramp: “Tezliklə Kim Çen Inla yeni görüşü gözləyirəm”


2-07-2019, 08:35
Tramp: “Tezliklə Kim Çen Inla yeni görüşü gözləyirəm”
ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə KXDR lideri Kim Çen Inla yeni görüşü gözləyir.

“Report” xəbər verir ki, bu barədə o, özünün “Twitter”dəki səhifəsində yazıb.

“Bizim (hərbsizləşdirilmiş zonada -red) görüşümüz çox gözəl oldu. O, çox yaxşı görünürdü və yaxşı formada idi. Tezliklə onu yenidən görə biləcəyimi gözləyirəm”, - deyə Tramp yazıb.

Donald Tramp və Kim Çen In iki Koreya dövlətini ayıran hərbi demarkasiya xəttində, Pxanmuncom sərhəd məntəqəsində görüşərək danışıqlar aparıblar. Görüşə Trampla yanaşı, Cənubi Koreya prezidenti Mun Çje İn də qatlıb.

Geri qayıt