Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır
Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır27-04-2020, 08:02 |
![]() Dünyada koronavirusa yoluxanların sayı artıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Bildirilir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2 994 761 nəfər təşkil edir. Bundan başqa, 206 992 pasiyent koronavirun qurbanları hesab edilir. Məlumata görə, pandemiyanın başlanğıcından 878 820 insan sağalıb. Hazırda dünyada 57 603 pasiyentin vəziyyəti ağır qiymətləndirilir. ![]() Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri qayıt |