Əsas Səhifə > Dünya > Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu varBu gün, 09:34 |
![]() FILE PHOTO: U.S. President Donald Trump and Russia’s President Vladimir Putin talk during the family photo session at the APEC Summit in Danang, Vietnam November 11, 2017. REUTERS/Jorge Silva/File Photo – RC1287F1C9B0 ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən telefon danışığının baş tutduğuna dair yayılan məlumatlar diqqət çəkib. “New York Post” Ağ Ev rəhbərinin birbaşa özünə istinadən bu iddia ilə çıxış edib. Trampın nəşrə açıqlamasında Rusiya prezidenti ilə Ukraynadakı müharibəni bitirmək üçün müzakirə apardığı bildirilib. Məlumata görə, ABŞ prezidentinin bu istiqamətdə konkret planı var, lakin o, bütün detalları gizli saxlamağa üstünlük verir. Tramp Putinlə hansı məqamları müzakirə edib? ABŞ prezidentinin sülh planı nədən ibarətdir? Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib kii, liderlər arasında baş tutan telefon danışığı hər iki ölkə ictimaiyyətinə açıq şəkildə təqdim edilmədi, bir qədər gizli saxlanıldı: “Tramp bildirdi ki, zamanı çatanda Putinlə şəxsən görüşəcək. Bu zaman nədir və ABŞ prezidenti ümumiyyətlə zaman dedikdə nəyi nəzərdə tutur? Təbii ki, bu haqda dəqiq məlumat yoxdur. Tramp Rusiyadan Çinə qarşı mühafizə üçün istifadə etmək niyyətindədir. May ayında Çin rəhbəri Si Cinpin Moskvanı ziyarət edəcək və 9 May fazişm üzərində qələbənin 80 illiyinə həsr olunan parada qatılacaq. Pekin çalışır ki, Rusiya ABŞ-la razılaşmaya nail olmasın. Trampın niyyəti Ukraynada Rusiya üçün güzəştlərin olması və eyni zamanda bu ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün çalışmaqdır. ABŞ prezidentinin planına görə, Moskva bunun qarşılığında Pekini sıxışdırmalıdır. Rusiya bazarı Çin üçün xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Şimal qütbü istiqamətindən hərəkət üçün də Moskvanın bu ölkəyə ehtiyacı var”. Politoloq bildirib ki, Donald Tramp məhz sözügedən iki istiqamət üzrə irəliləyişi dayandırmaq istəyir: “Faktiki olaraq Rusiyanın qarşısına ABŞ və Çin arasında seçim imkanı qoyulub. Ukrayna müharibəsinin taleyini də bu məsələ həll edəcək. Əgər Putin Çinlə anlaşarsa, biz Ukrayna cəbhəsində müharibənin daha da şiddətlənməsinin şahidi olacağıq. Əks halda, Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskini kapitulyasiyaya məcbur edə bilər”. Geri qayıt |