Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?..
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?..Bu gün, 10:22 |
![]() Tramp-Putin danışıqları fonunda Ukraynanın ağrılı güzəştlərə məcbur ediləcəyi/buna cəhd edildiyi aydınlaşır. Trampın Putinlə danışıqların təfərrüatları haqda açıqlamaları da bu yöndədir və belə görünür ki, ABŞ Ukraynada Rusiyaya iki strateji güzəştə getməyə hazırlaşır. Birincisi, Ukrayna ərazilərinin Rusiyaya verilməsidir: bunun hansı ssenari üzrə baş verəcəyi bəlli olmasa da, açıqlamalar müəyyən ehtimalları önə çıxarır. Pentaqonun rəhbəri Pit Heqset Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldə keçirilən toplantısında bəyan etdi ki, müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlarda Ukraynanın 2014-cü il sərhədlərini bərpa edə biləcəyini gözləmək qeyri-realdır: “ABŞ Ukraynanı suveren və firavan görmək istəyir, lakin biz 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməklə başlamalıyıq. Bu illüziya ilə məqsədə çatmaq yalnız müharibəni uzadacaq və daha çox əzablara səbəb olacaq”. Vaşinqton Tramp-Putin danışıqlarından öncə mövqeyini açıqlamışdı. Ardınca Putinlə danışan Tramp da bəyan etdi ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması çətindir: “Bu, şübhəsiz ki, mümkünsüz görünür, çoxlu torpaqlar ələ keçiriblər. Bununla bağlı fikir bildirmirəm, lakin bir çox insan bunun mümkün olmadığını düşünür. Düşünürəm ki, o torpaqların bir hissəsi geri qayıdacaq”. Kiyevi güzəştə dəvət edən Vaşinqton Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsinin geri qayıdacağını da vurğulayır. Bunun blef olduğunu düşünmək çətindir, çünki Ukrayna hazırda nə qədər diktə edilən tərəf olsa da, ümumi konsensusun tapılması üçün onun da mövqeyi nəzərə alınmalıdır. Verilən açıqlamalardan ortaya çıxan versiyalar: a) 2014-cü ildən öncəki sərhədlərə qayıtmamaq Krımın və Donbasın əvvəl işğal edilmiş hissəsinin Rusiyaya verilməsi deməkdir: bunun hansı formada – de-fakto, yoxsa de-yure olacağı sual altındadır, istisna deyil ki, Kiyev bu ərazilərdən de-yure imtinaya məcbur edilsin; Moskvanın şərtlərindən biri bu ola bilər; b) danışıqlar masasında 2022-ci ildən sonra işğal edilmiş ərazilər müzakirə edilə bilər: Rusiyanın zəbt etdiyi ərazilərdən tamamilə çıxması ehtimalı azdır, hərçənd, Ukrayna ordusunun Kursku tərk etməsi qarşılığında “ərazi mübadiləsi” mümkün ssenarilərdəndir; Tramp “o torpaqların bir hissəsi geri qayıdacaq” dedikdə bunu nəzərdə tuta bilər; İkincisi, Ukraynanın NATO-ya üzvlüyünün arxa plana keçməsidir: bunun qeyri-mümkün olduğu müharibədən öncə də məlum idi, lakin Rusiya bu bəhanə ilə hücuma keçdi, Bayden administrasiyası da Putinlə müharibədə bu məsələni aktual saxladı. Tramp Pentaqon rəhbərinin bununla bağlı dediyi fikirləri dəstəkləyib. Bildirib ki, Ukraynanın NATO-ya üzv olması praktiki olaraq mümkün deyil. Bu, Rusiyanın müharibədən öncə ABŞ/NATO-ya təqdim etdiyi paket tələb-təklifində Ukraynanın Şimali Alyansa üzv olmaması müddəasının Vaşinqton tərəfindən qəbul edilməsi – ikinci güzəştidir. Tramp və Putinin Səudiyyə Ərəbistanında görüşünə qədər razılaşma üzərində iş aparılacaq. Bunun Moskva-Kiyev razılaşmasından daha çox, Moskva-Vaşinqton razılaşması olacağı, Ukrayna məsələsinin anlaşmaya müddəa olaraq daxil ediləcəyi görünür. Və “nəzarət zonaları” üzərində qeyri-rəsmi razılaşmanın olması da istisna edilməməlidir. Bu görüşə qədər ABŞ Trampın da dediyi kimi, “Ukraynaya yardım göndərməyə davam edəcək”, məqsəd Rusiyanın danışıqlar ssenarisindən kənara çıxmasını önləməkdir. Rəsmi Kiyev danışıqlarda tərəf kimi de-fakto arxa planda qala bilər. Əslində Trampın öncə Putinlə danışması/razılaşması, daha sonra Zelenskiyə bunu diktə etməsi çox şeyi ifadə edir. Asif Nərimanlı - "DİA-AZ" Geri qayıt |