Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıbBu gün, 01:48 |
![]() Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqların mayın 15-də İstanbulda heç bir ilkin şərtlər olmadan bərpa olunmasına hazır olduğunu bəyan edib. O, bu barədə Rusiya dövlət başçısı İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərinin yekununda KİV nümayəndələrinə müraciətində bildirib. Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daha bir görüşün təşkili təşəbbüsünü dəstəkləyəcəyinə ümid etdiyini bildirib. “Biz danışıqlara ləngimədən, artıq gələn cümə axşamı – mayın 15-də başlamağı təklif edirik. Məlumdur ki, Türkiyə tərəfi belə danışıqların təşkili üçün dəfələrlə vasitəçilik təklif edib”, – deyə V. Putin bildirib. O, həmçinin vasitəçilik səylərinə görə Türkiyə Prezidentinə təşəkkür edib və xatırladıb ki, bu cür danışıqlar nəticəsində bir vaxtlar razılaşdırılmış sənəd layihəsi hazırlanmış, lakin sonradan xarici təzyiqlər səbəbindən Ukrayna tərəfindən rədd edilmişdi. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqlarında vasitəçi olmaq təşəbbüsü ilə çıxış edib. Ankara tərəfsiz mövqeyini və sülh istəyini təkrarlayaraq danışıqların bərpasını təklif edib. Vəhdət Partiyasının sədr müavini, siyasi ekspert Vasif Əfəndi "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin bu dəfə Ukrayna prezidenti Volodimir Zelenskinin qeyri-legitimliyi ilə bağlı iddiaları dilə gətirməyib. Onun sözlərinə görə, bu, Avropanın aparıcı dövlətlərinin Ukraynada keçirilən görüşdə Kiyevə hərbi, siyasi və iqtisadi dəstəyin artırılacağı, eyni zamanda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə bağlı verdiyi sərt bəyanat fonunda baş verib: "Putin gecəyarısı bu bəyanatı verməyə məcbur oldu. Görünür, o, mövcud beynəlxalq təzyiq qarşısında geri çəkilmək qərarına gəlib. Həmçinin Putinin Çinlə bağlı ümidləri də özünü doğrultmadı. Çin liderinin Moskvada verdiyi sülh çağırışı əslində dolayısı ilə "sənə dəstək olmayacam" demək idi. Görünür, ABŞ prezidenti Donald Tramp bu müddət ərzində Çinlə münasibətlərin yaxşılaşdırılması istiqamətində fəal iş aprıbmış. Çin də batmaqda olan gəmiyə minmək istəmədiyini dolayı yolla bəyan etmiş oldu". Geri qayıt |