![MÜXALİFƏT MİTİNQ ÜÇÜN YER İSTƏYİR MÜXALİFƏT MİTİNQ ÜÇÜN YER İSTƏYİR](/uploads/posts/2012-03/1332415085_aksiya.jpg)
TƏLƏB 26-MARTDA MERİYAYA ÜNVANLANACAQ
İctimai Palata (İP) aprelin 8-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ünvanlayacaq. İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın APA-ya verdiyi məlumata görə, müraciət martın 26-da ediləcək: “Müraciətdə aksiyanın keçirilməsi üçün 3 yer göstəriləcək. Bunlar “Nərimanov” metrostansiyasının qarşısındakı park, “Təbriz” kinoteatrının qarşısı və Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Sürücülük Məktəbinin həyətindəki meydançadır”.
V. Mirkamal bildirib ki, BŞİH 3 yerdən hansını təklif etsə, İP-in kütləvi aksiyası orada keçiriləcək.
Qeyd edək ki, İP-in martın 10-da keçirilən sessiyasında qurumun növbəti mitinqi aprelin 8-nə təyin olunub. Sessiyanın qərarına əsasən, aksiyanın yerini təyin etmək İP-in Koordinasiya Şurasına tapşırılıb.