XƏDİCƏNİN ŞANTAJI AZƏRBAYCANA ZƏRBƏ OLDU
Tarix: 23-03-2012, 16:27 | Çap et
MƏŞHUR “CNN” KANALI HAKİMİYYƏTİ AĞ YUYUB, QARA SƏRDİ
Beynəlxalq nüfuzlu telekanal CNN də son günlərin əsas olaylarından birinə, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın şantaş olunmasına ciddi reaksiya verib. Telekanalın hazırladığı materialı diqqətinizə çatdırırıq:
“İnternetdə Azərbaycan hökumətində korrupsiyanı işıqlandıran jurnalist qadını nüfuzdan salan video peyda olub. Radioda tok-şou aparan Xədicə İsmayılova narahatdır ki, seksual xarakterli təsvirlər mühafizəkar ölkədə ona qarşı dini zəmində hiddətə səbəb ola bilər.
Video yataq otağında gizli kamera ilə çəkilib, sonradan anonim şəkildə internetdə Yeni Azərbaycan Partiyasının rəqibi olan Müsavat Partiyasının ev səhifəsini imitasiya edən İnternet saytında yayımlanıb.
Müsəlman cəmiyyətində sosial əxlaq qonşu İrandakı kimi sərt deyil, deyə İsmayılova bildirir, amma onlar “qonşu Türkiyənin kənd rayonlarındakına oxşayır”. Şərəfin alçaldılması və ya əxlaq çərçivəsindən çıxmağa görə qətl Azərbaycanda reallıqdır.
Video İnternetdə veriləndən bir həftə əvvəl İsmayılova elektron poçtla məktub alıb. Orada şəxsi xarakterli fotoşəkillər olub, deyə məlumat verilir.
"Mən fotoşəkillər və yazı olan zərf aldım. Orada yazılmışdı: "Fahişə, özünü yaxşı apar, yoxsa ləkələnəcəksən", deyə İsmayılova bildirib.
Azərbaycanın yüksək hakimiyyət eşelonlarındakı adamlar reportajlarına görə İsmayılovadan acıqlı ola bilərdilər. Onun məqalələrində İlham Əliyevin qızlarının “Azerfon” şirkətində məxfi paylarının olması barədə məlumat verilirdi. O həmçinin yazırdı ki, prezidentin ailəsinin bankı var və bundan gizli əqdlər üçün istifadə olunur.
Azərbaycan Prezident Administrasiyası siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov İsmayılovanın reportajlarını şərh etməkdən imtina edib, amma video yayımlanandan bir gün sonra onu pisləyb, “Azərbaycanda sabitlik olmasını istəməyən fitnəkar qüvvələri”ittiham edib.
Aslanov həmçinin bildirib ki, hakimiyyət «bu çirkli işlərin arxasında duran şəxslərin tapılıb ifşa olunması üçün səylərini əsirgəməyəcək».
İsmayılova Elnur Aslanovun bəyanatını «son dərəcə qeyri-səmimi, hiddətləndirici»adlandırıb. O, hesab edir ki, hökumət onu reportajlarına görə cəzalandırır. Hakim partiya mətbuatda onun etnik mənşəyini Ermənistanla bağlayıb.
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişə var. Belə təəssürat yaranır ki, İsmayılova Ermənistanla bağlıdır. Bu isə Azərbaycan ictimaiyyətində ona qarşı ehtirasları qızışdıra bilər. "Onlar məni düşmən ölkəyə işləməkdə ittiham edirlər", deyə o bildirib.
Videonun yayımlanmasına bir gün qalmış hökumətyönlü xəbər saytında gedən bir məqalədə onun etnik mənşəyi məsələsi qaldırılıb. Məqalədə jurnalistin şəxsi həyatı hücumlara məruz qalıb: «Xədicə Bakıda daim bahalı barlara və klublara gedir. O, alkoqola və yüngül həyata bağlılığını gizləməyib. O, Azərbaycan qadınlarının tərbiyəsi və dəyərlərinə gülürdü».
Başqa bir hökumətyönlü qəzet olan «İki sahil»də video yayılandan bir gün sonra gedən məqalədə yazılıb: «Xədicə məqalələrində deyirdi: «Mənə azadlıq verin» və deyəsən, indi yetərincə azadlıq alıb». Bundan sonra məqalədə videonun abırsız təfərrüatı verilmiş və onu İnternetdə tapmaq yolu göstərilmişdi.
İsmayılova hüquq müdafiəçiləri və başqa qruplardan dəstək alıb. Dini mühafizəkarlar onun müdafiəsinə qalxıb. Nardaran ağsaqqalları İsmayılova ilə çox vaxt razı olmadıqlarını desələr də, Xədicəyə qarşı şantajı pisləyiblər və bu işlərin dayandırılmasını tələb ediblər.
İsmayılova hesab edir ki, dini icma və başqa mühafizəkarların dəstəyi "onun həyatını xilas etməyə kömək edəcək».
Bütün dünyada müxtəlif hüquq müdafiəsi təşkilatları narazılıq ifadə edib. «Azərbaycan jurnalsitə qarşı böhtan kampaniyasına başlayıb», deyə Jurnalsitlərin Müdafiəsi Komitəsinin press-relizində bildirilir. Sərhədsiz reportyorlar öz bəyanatlarını «nifrət» sözü ilə başlayıblar. Onlar bildirir ki, belə şeylər əvvəl də olub.
«Azərbaycanda jurnalistlər tez-tez şantaj və hədələrə məruz qalırlar. Cəzalarla bağlı bəzən ölkəni tərk etməli olurlar", deyə JMK Avropa və Asiya üzrə proqramının koordinatoru Nina Oqnyanova bildirib. Tədqiqatlara əsaslanaraq o bildirib ki, Azərbaycan onun işıqlandırdığı ölkələr arasında ən avtoritardır. «2009-cu ildə ölkə regionda daha çox jurnalistlərin türmədə olduğu ölkə idi. O vaxt 11 jurnalist həbsdə otururdu", deyə Oqnyanova bildirib.
O xatırladıb ki, başqa bir jurnalistin başına bu cür hadisə gəlmişdi və o, hökumətyönlü KİV-də homoseksualist kimi təqdim edilmişdi. «Bu damğa onu təhlükəli vəziyyətə saldı, deyə Oqnyanova bildirir - O, bıçaq zərbəsindən az qala öləcəkdi, kimsə onu qatarın altına atmağa cəhd etmişdi».
Amma hökumət jurnalistin təzyiqə qalmasını inkar edir. «Azərbaycan müstəqil KİV-ləri olan açıq demokrtaik ölkədir", deyə Aslanov bildirib.
Əliyevlərin ailəsi qırx ilə yaxındır hakimiyyətdədir. İndiki prezidentin atası H. Əliyev 30 il hakimiyyətdə olub. İndiki prezident İlham Əliyev müxalifətin boykot etdiyi seçkilərdə bu vəzifəyə gətirilib (2008-ci ilin seçkiləri - Turan) və ATƏT tərəfindən bu seçkilər standartlara uyğun sayılmayıb. Keçmiş sovet respublikası son vaxtlar beynəlxalq arenada imicini qaldırıb. O, BMT Təhlükəsizlik Şurasına seçilib və Olimpiada-2020-yə ərizə verib.
«Transparenjy International» Azərbaycanı korrupsiya səviyyəsinə görə Belarus və Nigeriya ilə bir sıraya qoyub. Onun reytinqi Pakistandan da aşağıdır. Əvvəllər yüksək idi.
Mayda Azərbaycanda “Avroviziya” müsabiqəsi keçiriləcək. Orada Avropa, Şimali Afrika və Yaxın Şərqdən iştirakçılar olacaq. 40 ölkədən jurnalsitlərin iştirakı gözlənilir. Bu, mətbuatın qlobal təsirinin artması deməkdir.
Azərbaycan reputasiyasını riskə qoyur və deyəsən, intensiv və daimi beynəlxalq təzyiqlərə reaksiya verir - "amma böyük müqavimətlə", deyə Oqnyanova bildirir.
"Ölkədə tənqidi səslər daha geniş repressiyalara məruz qalır", deyə o bildirib. "Hökumət əvvəllər də əl altından zərbə vurmaq taktikasından isifadə edib», deyə o bildirib.
Xədicə İsmayılovanın videosu Texasdakı «HostGator» şirkətinin veb-hostinqində yerləşdirilib. CNN şirkətlə əlaqə saxlayıb videonu saytda kimin yerləşdirdiyini öyrənməyə cəhd edib. Amma şirkətin təmsilçisi teleşirkəti mətbuat xidməti ilə birləşdirməyib və telefon nömrəsini verməyib. Elektron məktublar cavabsız qalıb.
İsmayılova deyir ki, indi təhlükədə olsa da, bu məsələ açıqlansın, ona qarşı kampaniyanın arxasında duranlar özlərini itirsinlər. İlk fotoları alandan sonra o, Fajebook-da yazıb: «Mən əminəm və qərara almışam ki, mənə qarşı istənilən şantaja dözərəm".
O vaxt o, prokurorluğa məktub yazaraq istintaq aparılmasını tələb edib. Amma cavab almayıb. "Onlar məni çağırmayıb, əlavə materiallar, məktub istəməyiblər".
Video yayılandan iki gün sonra prokurorluq onu çağırıb, ərizəsi barədə sorğu-sual ediblər. Vəzifəli şəxslər şəxsi həyatın toxunulmasını pozmaq ittihamı ilə cinayət işi açdıqlarını deyiblər. İsmayılova xahiş edib ki, onun jurnalist kimi fəaliyyətini əngəlləmək cəhdləri ilə bağlı təhqiqat aparılsın, amma hələ cavab yoxdur.
Həmin gün İsmayılova vətəndaş cəmiyyətinin yığıncağında dəstək alıb. Öz səhifəsində işini davam etdirib. Azad Avropa /Azadlıq radiosu ABŞ hökumətindən maliyyə dəstəyi alır. Cümə günü İsmayılovanın videosu ABŞ və başqa ölkələrdə gözdən itib. “Ona Azərbaycanda baxmaq olar, Çex Respublikasında yox", deyə Azadlıq radiosunun Praqadakı Azərbaycan xidmətinə rəhbərlik edən Kənan Əliyev bildirib. "Onlar Azərbaycana ünvanlanıb"".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
|