Jurnalistlərə qadağa qoyuldu .....                     “Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb .....                     Saleh Məmmədova yeni müavin təyin edildi .....                     Simonyan Putini ittiham etdi .....                     Paşinyan elə bilir ki, Əliyev bunu görmür? .....                     “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” .....                     Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub .....                     Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür .....                     Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib .....                     Azərbaycanda artıq .....                     AZAL təyyarəsinin vurulması .....                     Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin .....                     Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... .....                     DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                 

52 yaşında diplom aldı və... - Aqil Məmmədovun sirli yüksəliş yolu
Tarix: 20-05-2016, 08:39 | Çap et
52 yaşında diplom aldı və...
Kəlbəcər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aqil Məmmədov fəaliyyəti ən çox tənqid olunan məmurların arasında ön sıralarda gedir. Belə ki, bu şəxs icra başçısı təyin olunan gündən indiyə kimi adı bir çox xoşagəlməz işlərdə, daha dəqiq desək büdcə yeyintilərində hallandırılıb. Bu barədə bir qədər sonra. Məlumat üçün qısaca bildirmək istəyirik ki, Məmmədov Aqil Sadıq oğlu haqqında qısa məlumat 01 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı “Ağdaban“ kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Bakı şəhərində və keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu “Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib. 2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında çalışır. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışmış, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləmişdir. O, 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir. İcra hakiminin tərcümeyi-halında diqqət çəkən əsas məqam onun 52 yaşında diplom almasıdır. Bu yaşında ali məktəb məzunu olan Aqil müəllim Kəlbəcər RİH-ə icra başçısı təyin olunandan sonra məcburi köçkün həyatı yaşayan rayon sakinlərinin günü qara olub. Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olub ki, Kəlbəcər camaatının böyük hissəsi başçının fəaliyyətindən narazıdır. Məsələn, bir müddət əvvəl Kəlbəcər köçkünü Əli Bayramov rayonun icra başçısı Aqil Məmmədovu ondan külli miqdarda rüşvət almaqda ittiham edib. O bildirib ki, başçı rüşvət kimi aldığı pulu qaytarmamaq üçün oğlu Qalib Bayramovun həbsinə nail olmaq və bununla onu puldan imtinaya məcbur etməyə çalışır: «Oğlum Qalib Bayramov 2006-cı ilin oktyabrında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsində məsləhətçi kimi işə başlayıb. İşlədiyi müddətdə heç bir hüquq pozuntusuna yol verməyib. Yaxşı işinə və yerli kadr olduğuna görə Elşən Əlizadə tərəfindən daim irəli çəkilib, hazırda isə həbs olunmaq təhlükəsi ilə üz-üzədir. Bunu yaradan səbəblər isə aşağıdakılardır: DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri 2013-cü ilin sentyabr ayında dünyasını dəyişdi. Boş qalan həmin vəzifəyə ən real namizəd mənim oğlum idi. Bu barədə yerli camaat da söhbət edirdi, rayonun rəhbərliyi səviyyəsində də danışılmışdı. Bu ürək açan, hər bir atanı sevindirə biləcək xəbəri eşitmək mənim üçün qürurverici idi. Bu xəbərlər dolaşan vaxt günlərin birində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov məni qəbuluna çağırdı. Aqil müəllim məni mehriban qəbul edib oğlum haqda xoş sözlər söyləməsi deyilənləri təsdiq etdi. Oğlumun DSMF-nin Kəlbəcər rayon şöbəsinə müdir təyin edilməsinin reallığına tam əmin oldum. Bunun üçün nələr etmək lazım olduğunu Aqil müəllimdən soruşdum. Məni ”başa" saldı, bildirdi ki, yuxarılardakıları razı salmaq, oğlumun təsdiqi üçün “nəsə” etməlisən. Mən bu “nəsə”nin nə qədər olacağını soruşdum. Aqil müəllim məndən 90 min manat gərək olduğun bildirdi. “Fikirləşərəm” deyib Aqil müəllimin qəbulundan çıxdım. Bütün əmlakım gözüm önünə gəldi. İstənilən məbləğ də az deyildi. Bir neçə günün içində 70 min manat düzəldib başçısı Aqil Məmmədovun qəbuluna gəldim. Gətirdiyim 70 min manatı Aqil müəllimə verdim. Aqil müəllim pulun azlığından şikayət edib qalanının da tezliklə çatdırılmasını tapşırdı. Bu minvalla Aqil müəllim hər 5-10 gündən bir mənə qalığın çatdırılmasını, bir az da üstünün düzəldilməsinı tapşırırdı. Birinci dəfə istənilən 90 min manatın qalığı 20 min manatı aparanda evdə də 10 min manat saxlamışdım. Aqil müəllim narazılıq edəndə 10 min manat da gətirə biləcəyimi deyib, icazə alıb çıxdım. Aqil müəllimə bu pulu da gətirib verib, vaxt-vədəni gözləməyə başladım. Bir müddətdən sonra Aqil Məmmədov məni qəbuluna çağırtdırıb hər şeyin həll olunduğunu, yuxarılardan kiminsə iştahasının böyük olduğundan əmrin gecikdiyini söylədi. Buna görə 50 min manat da gətirməyi söylədi. Hər dəfə Aqil müəllim pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş söyməkdən belə çəkinmirdi. Bir neçə gündən sonra deyilən 50 min manatı da Aqil Məmmədova çatdırdım. Bir müddətdən sonra eşitdim ki, Gürcüstanda şübhəli ali məktəbə qəbul olunan, sonradan Gəncədəki ali məktəblərin birində təhsil almış Elşən Əlizadə adlı biri DSMF-nin Kəlbəcər Rayon Şöbəsinə müdir təyin olunub. Bu barədə Aqil Məmmədova danışdım, məsələnin niyə bu cür alınmasını soruşdum. Aqil müəllim məni arxayın etdi ki, bu müvəqqətidir. Bu yandan da təzə müdir Elşən Əlizadə oğluma bildirib ki, bu yer sənlikdir, mən müvəqqəti bura təyin olunmuşam. Oğlumsa öz yeni müdirinə bildirib ki, mənim heç o yerdə gözüm yoxdur, əl-ələ verək işləyək. Prosesin bu cür aldadıcı manevri məni bir az sakitləşdirdi. Verdiyim 150 min manatın istənilməməsi üçün yeni müdir oğlumun işlədiyi dövr ərzində pensiya təyinatı üçün sənədlərini hazırladığı şəxslərin işlərini təftiş etdirib, onların pensiyasını dayandırmaqla, oğlumun əleyhinə ərizələr toplayırmış. Bir gün məni çağırıb oğlum haqda topladığı sənədləri göstərdi, bunları rayon prokurorluğuna göndərəcəyini bildirdi. Bunun prokurorluğa göndərilməməsi üçün məndən 100 min manat pul istədi. Mən əlimdə, ovcumda olan, bütün malımı, mülkümü satıb icra başçısı Aqil Məmmədova verdiyimi səmimi ona danışdım. Elşən Əlizadə elə oradaca mənə bildirdi ki, bəs onda niyə Aqil Məmmədov ona bu sənədlərin toplanıb prokurorluğa verilməsini tələb edib? Bu sual qarşısında aciz qaldım. Aqil Məmmədovun qəbuluna getdim. Lakin məni qəbula buraxmadılar. Elşən Əlizadə isə məsələni tezliklə həll etməsəm, sənədləri prokurorluğa verəcəyi ilə məni təhdid etdi. Məcburiyyət qarşısında qalıb ailə üzvlərimin, yaxın qohum və tanışların adına banklardan kredit götürüb 80 min manat düzəldib DSMF-nun Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadəyə verdim. Lakin bir gün Elşən Əlizadə oğluma bildirdi ki, DSMF-nin müdiri Elman Mehdiyev şəxsən özü tapşırıb ki, adı prokurorluqda hallanan işçinin mənim idarəmdə qalması yol verilməzdir». Şikayətçi bildirib ki, ondan rüşvət şəklində alınan pulları əmlaklarını, 600 baş qoyunu, 30 baş inəyi, 3 atı, 2 avtomobili, 1 ət mağazasını, bütün şəraiti olan evini satmaqla, 30 nəfərdən çox qohum, qonşu, dost-tanış adına müxtəlif banklardan hər birinin adına götürdüyü kreditlər hesabına toplayaraq verib: “Bu özbaşınalığa son qoyulması, mənə dəymiş ziyanın ödənilməsi, bu hadisələri başıma gətirənlərə qarşı cinayət işinin başlanmasını xahiş edirəm”. Lakin bu məsələ ilə bağlı icra başçısı sorğu-sual belə edilmədi. Nəticədə vətəndaşın 150 min manatı başçının özbaşına əməllərinin güdazına getdi. Bundan başqa, bir neçə gün əvvəl Aqil Məmmədovla bağlı daha bir iddia ortaya atıldı. Belə ki, onun Amerika Birləşmiş Ştatlarında (Vaşinqton) yaşayan qızının öz dostlarına dollar qonaqlığı verdiyi barədə məlumat yayıldı. Məlumata görə, təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara “dollar qonaqlığı” verib: «İcra başçısının qızının təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb. Bu, həm də Azərbaycanda devalvasiya dövrünə təsadüf edir». Başçı isə bu xəbəri tez-tələsik təkzib edərək qızının dollar qonaqlığı vermədiyini bildirdi. Əslində isə məsələ tamam başqa cür idi. Araşdırmalar göstərir ki, bu gün Kəlbəcər rayonunun səhiyyə, təhsil, mədəniyyət şöbələrinə ayrılan büdcə vəsaitlərinin yetərli hissəsi məhz başçının diqtəsi altında «xərclənir». Məsələn, baş həkim Mehparə Kazımova rayon səhiyyəsini viran qoymaqda davam edir. Bəzi məlumatlara görə, rayonda tibb sahəsində keçirilən tenderlərin əksəriyyətində aparıcı fiqur olaraq çıxış edən Mehparə xanım hamısından qazanclı çıxmağa nail olub. Məsələn, onun ötən ilin sonlarına yaxın inventarların alınması üçün 10100 manat ayrılmasına rəğmən, ortada heç bir inventarın olmadığı məlum olub. Bundan başqa, əsaslı təmir işlərinin satın alınmasına sərf olunduğu qeyd edilən 7100 manatın da Bakıda başqa işlərə sərf edildiyi bildirilir. Daxil olan məlumatlarda vurğulanır ki, Kəlbəcərin baş həkimi bununla da yetinməyib, maşın və avadanlıqların satın alınması adı ilə daha 26 min manatın silinməsinə nail olub. Deyilənə görə, o bütün bu işlərdə icra hakiminin payını çatdırmağı yaddan çıxarmayıb. Aqil Məmmədovun adının çəkildiyi başqa xoşagəlməz məlumatlar da var. Bu haqda növbəti yazımızda bəhs edəcəyik. Bizi izləyin. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru