Gülağa İslamov əlili niyə hədələyir? - ŞİKAYƏT VAR
Tarix: 25-05-2016, 08:55 | Çap et
![Gülağa İslamov əlili niyə hədələyir? Gülağa İslamov əlili niyə hədələyir?](/uploads/posts/2016-05/thumbs/1464152194_01.jpg) Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Quliyev Rəfail Ağamir oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, üzləşdiyi problemlərdən danışıb. Onun şikayətini olduğu kimi təqdim edirik: “Mən 2009-cu ildən əlil arabasına möhtac qalmışam. Buna qədər də mənzil şəraitim çox pis idi, ancaq buna baxmayaraq ayaq üstə olduğum üçün umidim var idi ki, gələcəkdə munasib şərait quracam. Əlil arabasına möhtac olandan sonra, umidim hər yerdən kəsildi. 2010- cu ildə yerli bələdiyəyə bir- iki dəfə müraciət etdim onlar da mənə 20-30 manat köməklik göstərirdilər. Bununla ev-eşik qurmağın mümkünsüzlüyü məlumdur. Bu baxımdan 2011-ci ilin əvvəllərində sakini olduğum Xəzər rayon İcra Hakimiyətinin başçısı cənab G. İslamova müraciət etdim. İlk müraciətlərim cavabsız qaldılar. Sonra aidiyyəti üzrə millət vəkillərinə, nazirlərə dəfələrlə müraciətlər etmişəm. Bütün müraciətlərim Xəzər rayon icra hakimiyyətinə göndərilir və ordan mənə heç bir cavab verilmirdi. Mən bundan sonra ölkə başçımız respublika prezidenti İ. H. Əliyev cənablarına müraciətlər etdim. Bu, 2013- cü ilin mayında olmuşdur. Ərizəm yenidən Xəzər rayon icra hakimiyyətinə göndərilmiş və onlara ərizəmlə maraqlanmalarına dair tapşırıq verilmişdi. Eyni vaxtda Bakı şəhər icra hakimiyyətinin başçısı cənab H. ABUTALIBOVA da oturaq dinc aksiya keçirmək üçün müracıət etmişdim. Nəhayət Xəzər rayonn icra başçısının müavini V. Həsənovun başçılığı ilə yerli icra nümayəndəsi, və bələdiyyədən gəlib mənim vəziyyətimlə maraqlandılar. Bu isə 2013- cü ilin iyun ayında olmuşdur. Başçının müavini vəziyyəti telefonla başçıya mərüzə etdi və onlar mənim üçün munasib şəraitin yaradılmasına söz verdilər. Özü də elə bir söz verdilər ki, inanmamaq mümkün deyildi, lakin mən də onlara inandım. Cüzi köməklik etdilər və sonra dedilər imkanımız yoxdur. Dövlət budcəsindən pul ayrılmır və.s. Hazırda öz hesabıma və qohumların dəstəyi ilə müəyyən işlər görmüşəm, lakin evin içində yaşamaq mümkün olmadığından, dövlətin dəstəyindən istifadə etmək üçün yenidən müraciətlər etdim.2015-ci ilin may ayında Xəzər rayon İcra Hakimiyyətinin başçısı G. İslamov məni qəbul etdi. Qəbul zamanı mənə bir daha dedi ki, dövlət budcəsindən onlara əlillərə hər hansı bir köməkliyin göstərməsi üçün vəsait ayrılmır: “ Bizdən sənə heç bir köməklik ola bilməz. Sən də yığışdır bu yazışmaları. Yığışdırmasan baxmaram əlil arabasındasan tikdirdiklərini də texnika ilə bir dəqiqənin içində yerlə yeksan edərəm”. Mən yenidən Prezidentə müraciət edəcəyimi deyəndə, o, bildirdi ki, heç kimdən qorxmur: “Get hara istəyirsə şikayət elə. Yazdıqların mənim üstümə göndəriləcək, mən də sənə cavab vermərəm. Doğurdan da, elə də edir. 2011-2015 -ci illər ərzində aidiyyəti üzrə təşkilatlara saysız hesabsız müraciətlər etmişəm. Təkcə ölkə başçısı İ. H. Əliyev cənablarına bu müddət ərzində 30 dəfə ərizə, iki dəfə teleqram, dəfələrlə də elektron ünvanına ərizə ilə müraciətlər etmişəm. 2014-2015 – ci illər ərzində 6 ( ALTI ) dəfə cənab Prezidentin qəbuluna getmiş, onunla şəxsən görüşmək istəmişəm. Qapıları üzümə sıx bağlayaraq içəri buraxmamışlar. Dəfələrlə mənə rayon icra hakimiyyətindən hədə qorxu gəlmişlər. Nəhayət 2016-cı ilin üç ayında bir neçə dəfə prezidenin elektron poçtuna müraciət etmişəm. İcra Hakimiyyətindən mənə gələn hədə-qorxulara görə Baş Prokurorun elektron ünvanına müraciət etsəm də, qəbul edildiyi göstərilsə də , prokurorluq həmin ərizələrimi qeydə almayıb. Sonuncu dəfə isə sosial səbəkədən feysbuk səhifəmdə birbaşa cənab prezidentə müraciət ünvanlamışam və buna da əhəmiyyət verən yoxdur. Sanki mən heç bu ölkənin vətəndaşı deyiləm, etdiyım müraciətlərin də bunlara heç bir aidiyyatı yoxdur. Yeddi nəfər ailə üzvümlə cəmi 25 kv.m sahəsi olan bir yaşamaq üçün yararsız bir tikilidə yaşayırıq. Bu qədər biganəliyə baxmayaraq, oğlanlarım hərbi xidmət keçmiş və hər biri də komandanlıq tərəfindən vətənpərvərliklərinə görə yüksək dəyərləndiriliblər. İki övladım hələ də məktəblidir. Bütün bu haqsızlıqların ictimailəşdirilməsində mənə köməklik göstərməyinizi istəyirdim. Xahiş edirəm mümkün olanını edin, bəlkə bir köməyi dəydi”. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10 |
|
|
|
• "Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05 |
|
|
|
• Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03 |
|
|
|
• Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00 |
|
|
|
• Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56 |
|
|
|
• “Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48 |
|
|
|
• Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42 |
|
|
|
• Simonyan Putini ittiham etdi
Bu gün, 12:39 |
|
|
|
• Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36 |
|
|
|
• “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31 |
|
|
|
• Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25 |
|
|
|
• Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21 |
|
|
|
• Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
• Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10 |
|
|
|
• AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05 |
|
|
|
• Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02 |
|
|
|
• Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00 |
|
|
|
• DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57 |
|
|
|
• “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52 |
|
|
|
• “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47 |
|
|
|
• Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46 |
|
|
|
• Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38 |
|
|
|
• Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34 |
|
|
|
• Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32 |
|
|
|
• Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29 |
|
|
|
• "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23 |
|
|
|
• "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04 |
|
|
|
• Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03 |
|
|
|
• "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56 |
|
|
|
• Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50 |
|
|
|
• “AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42 |
|
|
|
• Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39 |
|
|
|
• Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37 |
|
|
|
• NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35 |
|
|
|
• "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26 |
|
|
|
• Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23 |
|
|
|
• Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20 |
|
|
|
• Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15 |
|
|
|
• 25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11 |
|
|
|
• AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59 |
|
|
|
• “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57 |
|
|
|
• “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52 |
|
|
|
• Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49 |
|
|
|
• Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47 |
|
|
|
• “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45 |
|
|
|
• Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41 |
|
|
|
• Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
|