İcra başçısı yeyintidə ittiham olunur - NARAZILIQ VAR...
Tarix: 30-05-2016, 12:59 | Çap et
![İcra başçısı yeyintidə ittiham olunur İcra başçısı yeyintidə ittiham olunur](/uploads/posts/2016-05/1464598736_0001.jpg) Beyləqan rayonunda məmur özbaşınalıqları dözülməz həddə çatıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin bitib-tükənməyən qanundan kənar əməlləri yerli əhalini narazı salmaqla yanaşı, onların yaşayış səviyyəsinə də öz mənfi təsirini göstərib. Belə ki, bu gün rayonda yerli sakinlər normal iş tapa bilmirlər. Buna görə də əhalinin bir hissəsi iş ümidi ilə başqa rayonlara və paytaxta üz tuturlar. Az öncə qeyd etdiyimiz kimi, Beyləqanda sosial problemlərin özünü daha qabarıq şəkildə göstərməsi icra başçısının fəaliyyətindəki qüsurlarla birbaşa bağlıdır. Bu haqda mətbuat səhifələrində çox yazılıb. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, Vaqif müəllim rayona icra başçısı keçdikdən sonra büdcədən ayrılan milyonlarla vəsaitin böyük hissəsini təyinatı üzrə xərcləməyib. Əldə etdiyimiz məlumatlara görə, Vaqif Abdullayev Beyləqan Kommunal Təsərrüfat Birliyinin keçmiş rəhbəri Azil Aslanov və Məhəmməd Həsənovla birlikdə saysız-hesabsız qanunsuzluqlara imza atıb% «Rayona ayrılan maliyyə vəsaitləri Həsənova məxsus MMC-lər vasitəsi ilə yuyulub. Başçı Beyləqana gəldikdən sonra Azil Aslanovu şəhər Ərazi İnzibati nümayəndəsi təyin edib. Beləcə adıçəkilən şəxslər rayonun mühüm postlarını ələ keçirərək icra başçısının himayəsi altında talan əməliyyatına start veriblər. Maliyyə maxinasiyalarının qanuniləşdirilməsini isə Məhəmməd Həsənov həyata keçirir. Onun bir neçə MMC-si var. Maxinasiyaya cəlb olunan şirkətlərdən biri Atamoğlan Məmmədov adlı şəxsin adına qeydiyyatdan keçən "Mirdamət-2008” MMC-dir. 2013-cü ildə Beyləqan rayon Mədəniyyət və Türizm Şöbəsinin təmirini və şəhərin abadlaşdırılması üçün "Mirdamət-2008” MMC-yə üst-üsta 300 min manatdan çox vəsait ayrılıb. Deyilənə görə, icra başçısının göstərişi ilə "Mirdamət-2008” MMC şirkətinə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək məlum şəxslərin arasında bölüşdürülüb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz «əməliyyat haqqı»verib. 2014-cü il üçün isə Beyləqan rayon büdcəsi üçün nəzərdə tutulan vəsaitdən Beyləqan şəhərinin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün "Mirdamət-2008” MMC-yə 240 min manat ayrılıb. Bu vəsaitin də yarıdan çoxu mənimsənilib və ayrılan vəsaitin yalnız 13 faizi "Mirdamət-2008” MMC-nin gördüyü işlərə yönəlib. Məlumatda bildirilir ki, Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi işləyən Məhəmməd Həsənova məxsus "Elmir-Murad” MMC də bir sıra layihələrin icrasında iştirak edib: «Bu şirkət kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün ayrılan vəsaitlərin böyük qismini göyə sovurub. Məsələn, ötən il mədəniyyət və turizm şöbəsinə ayrılan 120 min manat Məhəmməd Həsənova məxsus "Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib»». Araşdırmalar göstərir ki, Beyləqan rayonunda təmir-tikinti layihələrinin bir çoxu tendersiz həyata keçirilir. Məsələn, Bir müddət əvvəl icra başçısı «İSPİK» şirkətinin sahibi Qabil Mustafayevi qəbul edib və Beyləqanda olanda stadionun bərpa işlərini onlara təklif edib. Qarşı tərəf bu təklifi qəbul edib. 2014-cü ilin aprel ayında bərpa işlərinə başlanıb. Məlumata görə, şirkət icra başçısına 895 min manatlıq smeta təklif edib və Vaqif Abdullayev bununla razılaşıb. Amma maraqlıdır ki, tərəflər arasında heç bir rəsmi müqavilə imzalanmayıb və şirkət 2014-cü ilin aprelində işə başlayaraq iyun ayında işi yekunlaşdırıb. Sonda isə icra hakimiyyəti tərəfindən şirkətə vəd edilən 895 min manatın əvəzində 632 min manat verilib. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsindəki 2014 və 2015-ci illər üzrə rəsmi hesabatlarda Beyləqan rayon İcra Hakimiyyətinin büdcə vəsaitlərinin qanunun tələblərinə uyğun olaraq necə xərclənməsinə dair rəqəmlərdən məlum olur ki, Beyləqan Mərkəzi Stadionunun əsaslı təmirinə dair bir maddə belə yoxdur. Elə bu yeyintilərin nəticəsində istifadəyə verilən rayon mərkəzi stadionu bir müddət sonra çökdü. Əslində, çökən təkcə stadion yox, dövlət büdcəsinin pulları idi. Maraqlıdır ki, bu qədər yeyinti faktlarına və şikayətlərə baxmayaraq, Vaqif Abdullayev qanunsuz əməllərindən əl çəkmək bilmir ki, bilmir. Rayondan gələn məlumatlar isə belə deməyə əsas verir ki, artıq beyləqanlıların səbr etməyə dözümü qalmayıb. Əgər Vaqif Abdullayev və ona yaxın olan məmurlar dövlət büdcəsinin vəsaitlərini dağıtmaqdan, insanları incitməkdən və onlara əlavə problemlər yaratmaqdan əl çəkməsələr, rayonda vəziyyət qəlizləşə bilər. Odur ki, icra başçısı özbaşına əməllərinə dərhal son qoymalıdır.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Simonyan Putini ittiham etdi
Bu gün, 12:39 |
|
|
|
• Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36 |
|
|
|
• “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31 |
|
|
|
• Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25 |
|
|
|
• Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21 |
|
|
|
• Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
• Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10 |
|
|
|
• AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05 |
|
|
|
• Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02 |
|
|
|
• Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00 |
|
|
|
• DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57 |
|
|
|
• “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52 |
|
|
|
• “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47 |
|
|
|
• Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46 |
|
|
|
• Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38 |
|
|
|
• Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34 |
|
|
|
• Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32 |
|
|
|
• Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29 |
|
|
|
• "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23 |
|
|
|
• "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04 |
|
|
|
• Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03 |
|
|
|
• "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56 |
|
|
|
• Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50 |
|
|
|
• “AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42 |
|
|
|
• Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39 |
|
|
|
• Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37 |
|
|
|
• NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35 |
|
|
|
• "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26 |
|
|
|
• Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23 |
|
|
|
• Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20 |
|
|
|
• Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15 |
|
|
|
• 25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11 |
|
|
|
• AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59 |
|
|
|
• “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57 |
|
|
|
• “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52 |
|
|
|
• Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49 |
|
|
|
• Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47 |
|
|
|
• “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45 |
|
|
|
• Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41 |
|
|
|
• Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30 |
|
|
|
• Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04 |
|
|
|
• Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00 |
|
|
|
• Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56 |
|
|
|
• Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54 |
|
|
|
• Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50 |
|
|
|
|