"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                 

Müştərilər “Bank Avrasiya”dan niyə qaçır? - ASLANLININ BANKINDA 10 MİLYONLUQ AZALMA
Tarix: 31-10-2019, 10:16 | Çap et
Müştərilər “Bank Avrasiya”dan niyə qaçır?
Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq və qalmaqallı sədri Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya” ASC-nin cari ilin 3-cü rübünün nəticələrini əks etdirən hesabatı göstərir ki, bankın bir sıra göstəricilər üzrə geriləməsi davam edir. Bu proses artıq 2 ilə yaxındır ki, müşahidə olunur.

Məsələn, istənilən bankın biznes fəaliyyətinin əsas meyarlarından biri olan əməliyyat mənfəəti “Bank Avrasiya”da 700 min manata yaxın, dəqiq desək, 689 min manat azalaraq, 8 milyon 409 min manata enib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faizə yaxın azalma deməkdir. Faiz gəlirinin azalması isə birbaşa olaraq, müştərilərə verilən kreditlərin azalması ilə əlaqədardır. Bunun da nəticəsi olaraq, 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın cəmi gəlirləri yarım milyon manata yaxın, daha dəqiq desək, 449 min manat azalaraq 9 milyon 651 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 10 milyon 100 min manat cəmi gəlir əldə etmişdi.

Cəmi gəlirlərin 449 min manat azalması ilə bərabər cəmi xərclərin 28 min manat azalması nəticəsində “Bank Avrasiya”nın əməliyyat mənfəəti 421 min manat azalaraq 4 milyon 226 min manata düşüb.

2019-cu ilin ilk 9 ayında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 1 milyon 699 min manat daxil olub və məhz bunun sayəsində “Bank Avrasiya”nın mənfəəti 5 milyon 926 min manata yüksəlib.
Bankın 30 Sentyabr tarixinə 164 milyon 387 min manat cəmi aktivləri olub və aktivlərin 90 milyon 39 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin eyni tarixində bankın cəmi aktivləri 164 milyon 765 min manat, o cümlədən müştərilərə verilən kreditlər 92 milyon 547 min manat təşkil etmişdi. Deməli, bankın cəmi aktivləri 378 min manat, kredit portfeli isə 2 milyon 509 min manat və ya 2.7% azalıb.

Bu yerdə bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, “Bank Avrasiya” hesabat dövrü ərzində biznes kreditlərini azaltdığı halda, istehlak kreditlərini kəskin şəkildə artırıb. Bank öz kredit portfelinin 59 milyon 794 min manatını biznesə ayırıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9 milyon 640 min manat və ya 14 % azdır. Əvəzində bank bu ilin 9 ayında 5 milyon 148 min manat istehlak krediti verib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 664 min manat və ya az qala 50% çoxdur. Xatırladaq ki, ölkə başçısı son iqtisadi müşavirədə bu məsələyə toxunaraq, bankların istehlak kreditlərinə üstünlük verməsini tənqid etmişdi. Göründüyü kimi, “Bank Avrasiya” da bu “prosesdə” fəal iştirak edən banklardandır.

Həmçinin bank ötən illə müqayisədə daşınmaz əmlak kreditlərini də artırıb. Belə ki, bank bu il 25 milyon 097 min manat daşınmaz əmlak krediti verib ki, bu da ötən illə müqayisədə 5 milyon 466 min manat və ya 27,88% çoxdur.

Lakin bütün bunlarla yanaşı, bankın real durumunu və perspektivini müəyyən edən əsas göstəricilərdən birində – depozitlərin həcmində ciddi geriləmə var. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Bank Avrasiya”da depozitlər 6 milyon 808 min manat və ya 13 faizə yaxın azalaraq, 46 milyon 888 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri isə əsl antirekord vuraraq, 10 milyon 460 min manat azalıb. Və nəticədə cəmi 37 milyon 974 min manat təşkil edib.

Bu nəticə onu göstərir ki, xüsusilə fiziki şəxslərin, yəni əhalinin banka münasibəti heç də ürəkaçan deyil və insanlar depozitlərini götürməyə başlayıblar. Bu məbləğin 10 milyon manatı aşması isə prosesin kifayət qədər kütləvi hal aldığına işarədir.

Bununla yanaşı qeyd edək ki, Azərbaycanda əsasən korporativ yönümlü bankların sırasında olan “Bank Avrasiya” bir müddət əvvəl fiziki şəxslər üçün depozit faizlərini həm manatda həm də ABŞ dollarında faiz dərəcələrini endirməli olub. Belə ki, bank bazarda 3 depozit məhsulu ilə çıxış edir və hər üç məhsulda ciddi azalmaya gedərək, depozit faizlərini aşağı salıb. Məsələn, “Yığım” depozitinin illik faiz dərəcəsini manatla 7% -dən 5% -ə, “Rahat” depozit məhsulunun isə illik faiz dərəcəsini milli valyutada 6%-dən 4%-ə, dollar depozitlərini isə 2 %-ədək endirməli olub. Təbii ki, bu da bankın çətinliklərindən xəbər verir və bankdan əmanətlərin çəkilməsinə təsirsiz ötüşməyib. Lakin qeyd edək ki, depozit faizlərinin azaldılması bir çox digər banklarda da həyata keçirilməsinə baxmayaraq, onların əksəriyyətində əmanətlərin belə kəskin şəkildə azalması müşahidə olunmayıb.

Onu da vurğulamağa dəyər ki, adətən ölkə bankları rəsmi hesabatlarda real durumlarını yaxşı göstərməyə çalışırlar və çox zaman hesabatlarda göstərilən rəqəmlərlə reallıq heç də üst-üstə düşmür.

Qeyd edək ki, rəsmən “Bank Avrasiya”nın Müşahidə Şurasının sədri Fuad Aslanlı Rüfət Aslanlının qardaşıdır və bu bankın maliyyə göstəricilərində geriləmələr, kiçilmələr məhz R.Aslanlı 2016-cı ildə vəzifəsindən azad ediləndən sonra müşahidə olunub. Bu fakt Azərbaycanın bank sisteminin ən böyük “özəlliklərindən” birini bir daha ortaya qoyur – ölkə banklarının taleyi onların məmur sahiblərinin taleyinə çox sıx şəkildə bağlıdır./azpolitika.info/










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Dünən, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Dünən, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Dünən, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Dünən, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Dünən, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Dünən, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Dünən, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Dünən, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Dünən, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru