Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                 

Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA
Tarix: 28-02-2020, 09:15 | Çap et
Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş...
İranda yayılan koronavirusa görə cənub sərhədlərimizdə son vəziyyəti öyrənmək üçün reportaja getmişdik. Geri qayıdarkən, həmin epidemiya qədər zərərli olan rüşvət faktı ilə həbs edilmiş Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevdən sonra rayondakı prosesləri araşdırmaq qərarına gəldik.

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı icra başçısı ilə birgə həbs edilən 10 nəfər vəzifəli şəxsdən sonra Neftçala sükuta qərq olub.

İcra hakimiyyətinə gələn-gedən yoxdur, İ.Vəliyevin yerinə təyinat olmadığına görə onun səlahiyyətlərini kimin icra etdiyi də bilinmir.

Öyrəndik ki, indi Neftçala İH-də çalışanlar, o cümlədən bələdiyyə sədrləri, icra nümayəndələri təşviş içindədirlər. DTX-nın əməliyyatından sonra onların istintaqa cəlb olunduğu bildirilir.

Araşdırma zamanı məlumat aldıq ki, bələdiyyə sədrləri və icra nümayəndələri İsmayıl Vəliyevə verdikləri rüşvət iddiaları ilə bağlı şahid qismində ifadə verirlər, hazırda bu məsələlər araşdırılır.

İddialar səslənir ki, həbsindən bir müddət əvvəl icra başçısına qeyri-rəsmi şəkildə xəbərdarlıq olunub. İ.Vəliyevə deyilibmiş ki, şələ-şüləsini yığışdırsın, könüllü şəkildə istefa ərizəsini yazıb ölkə rəhbərliyinə təqdim eləsin.

Amma Neftçalanın İH başçısı ismarışları qulaqardı edib, yerinə kimlərinsə göz dikdiyini fikirləşib və öz aləmində oyuna getməyəcəyini qərarlaşdırıb.

Çünki İ.Vəliyev sonluğun belə olacağını gözləməyib və işinə davam edib. Nəticədə antikorrupsiya əməliyyatı ilə qandallanıb.

İndi Neftçala İH-də “lələ köçüb, yurdu qalıb...” Bildirilir ki, İH-də işləyənlərə və bələdiyyə sədrlərinə, o cümlədən İ.Vəliyevlə əlaqəsi olanlara rayonu tərk etməmək tapşırılıb. Deyilənə görə, icra başçısının aldığı rüşvətin ən böyük məbləği 3000-5000 manat imiş. Bu bölgə kasıb olduğu üçün elə də iri pullar dövr etmirdi.

Camaat isə tezliklə yeni icra başçısı təyin olunacağını gözləyir. Sakinlərin sözlərinə görə, bundan sonra Neftçalaya təyinat alacaq kadr istər-istəməz işləməyə, əhalini dinləməyə, problemlərini həll etməyə can atacaq.

İ.Vəliyevin dövründə isə Neftçala zərrə qədər inkişaf etməyib, abadlıq-quruculuq işləri aparılmayıb. Rayonun 6, 7 və 8-ci küçələri adlanan ərazilərində yollar bərbad gündədir, dağılıb-tökülüb, rayonun mərkəzi yağış yağanda bərbad vəziyyətdə olur, küçələr palçığın içində batır.

Ümumiyyətlə, Neftçalada yol infrastrukturu, su-kanalizasiya sistemi bərbad gündədir. Bu illər ərzində İ.Vəliyev əlini ağdan qaraya vurub nə küçələri asfalt etdirib, nə su-kanalizasiya probleminə əncam çəkib.

Sakinlər bildirirlər ki, Kürün sahilində yerləşən Neftçalada su probleminin olması tragikomediyadır: “Su problemi dəhşətdir. Kürün sahilində yaşayan rayon yayda susuzluqdan əziyyət çəkir. Təsəvvür edirsiniz bunu?

Çünki normal su xətləri yoxdur. İndi Şirvandan Salyan vasitəsi ilə Neftçalaya yeni su xətti çəkirlər. Görək, ondan sonra necə olacaq".

Əhali işsizlik probleminin də olduğunu söylədilər. Sakinlər deyirlər ki, yeni yaradılan sənaye məhəlləsindən başqa normal iş yeri yoxdur. Hətta Yod-brom zavodu da yarımçıq işləyir.

Sakinlər deyirlər ki, həbs edilən başçının dövründə Neftçalada heç bir rayonda olmayan məmur özbaşınalığı varıydı. Həm sahibkarları incidirdi, həm vətəndaşların müraciətlərinə baxılmırdı.

İ.Vəliyevi əhaliyə qarşı saymazlığı həm narazılıq yaradırdı, həm də rayona kosmetik olsa belə əl gəzdirilməmişdi. Yəni büdcə pulları mənimsənilib.

Elə ona görədir ki, icra başçısı özünə biznes kəhkəşanı qurmuşdu, hətta eşşək ferması açmışdı. Öyrəndik ki, ferma “gözdən uzaq, könüldən iraq”, Neftçalanın mərkəzindən xeyli aralıdakı “Xol yolu” deyilən ərazidə yerləşir.

Bu fermada 200-dən çox eşşək saxlanıldığı deyilir. Deyilənə görə, həm də keçi ferması olub.

Rayondakı “Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib.

Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.

Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq, icarəyə verib.

Beləliklə, Neftçalada Vəliyev dövranı bitdi, insanlar isə yüksək potensialı olan bu regiona dövlətin xüsusi diqqət ayıracağına inanır.

Xatırladaq ki, DTX-nin fevralın 20-də keçirdiyi əməliyyatdan bir neçə saat sonra prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev vəzifəsindən azad edilib. Həbslərlə bağlı yayılan rəsmi məlumatda deyilir ki, Neftçala İcra Hakimiyyəti vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verilib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru