Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                 

Sakinlər "AAAF İnşaat" MMC-nin pullarını mənimsədiyini iddia edirlər - NARAZILIQ...
Tarix: 10-06-2020, 10:40 | Çap et
Sakinlər "AAAF İnşaat" MMC-nin pullarını mənimsədiyini iddia edirlər
Bir qrup vətəndaş "AAAF İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin onların pullarını mənimsədiyini iddia edir.
Bu barədə Yeniavaz.com-a müraciət edən sakinlər, sözügedən şirkətlə 2015-2016-cı illər ərzində mənzil alğı-satqısına dair müqavilə bağladıqlarını, buna baxmayaraq hələ də mülklərinə sahib ola bilmədiklərini iddia edirlər. Qeyd edirlər ki, onlardan bir qismi mənzilin dəyərini tam ödəyib.
Vətəndaşların iddiasına görə, qeyd edilən müqavilələrin bağlanmasından 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, "AAAF İnşaat" MMC öz öhdəliklərinə səhlənkar yanaşıb və 19, 28, 29 saylı küçələrdə yerləşən çoxsaylı (19 saylı küçədə A, B, C, D, E və F nömrəli, 28 saylı küçədə, 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli, 29 saylı küçədə 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli) hündür mərtəbəli binaların tikintisini başa çatdırmayıb.
Bundan başqa, hətta bəzi binaların təməli belə qoyulmayıb. Vətəndaşlar bildirirlər ki, dəfələrlə "AAAF İnşaat" MMC-nin rəhbərliyinə - Tofiq Heydərov və Raid Məmmədova tikinti ilə bağlı etdikləri şifahi və yazılı müraciətlər cavabsız qalıb və rəhbərlik tərəfindən qəbul edilməyiblər.
Şikayətçilər "AAAF İnşaat" MMC tərəfindən illərdir aldadıldıqlarını iddia edirlər. Belə ki, onlar 19, 28, 29 saylı küçələrdə yerləşən binalardan mənzil almış yüzlərlə vətandaş tərəfindən ödənilmiş külli miqdarda pul vəsaitinin mənimsənildiyini deyirlər: “19, 28 və 29 saylı küçələrdə yerləşən, tikintisi başa çatdırılmamış çoxsaylı binaların 16-17 mərtəbəli olmasını, qeyd olunan binalarda blok və mənzil saylarını nəzərə alsaq problemin miqyasını müəyyən etmək çətin deyil. Mövcud problemdən iki min ailə əziyyət çəkir ki, bunların içində kirayə qalanlar, maddi durumu çətin olanla və əlil vətəndaşlar da var.
Ev üçün pul ödəyən vətəndaşlar bildirirlər ki, ötən ayın 24-də bir daha AAAF MMC-nin rəhbərliyi ilə görüşməyə cəhd etsələr də, bu, mümkün olmayıb.
Çıxılmaz vəziyyətdə qalan vətəndaşlar Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, İqtisadiyyat Nazirliyinə, Milli Məclisə və Ombudsmana şikayət məktubu ilə müraciət ediblər.
Məsələ ilə bağlı "AAAF-İnşaat MMC"-dən Yeniavaz.com-a açıqlama verilib və bildirilib ki, həqiqətən də belə bir problem var:
“Son illər fəaliyyətimizdə, konkret olaraq bəzi binaların tikintisi prosesində problemlər yaşamaqdayıq. Tikinti prosesi ləng gedir və bu da narazılıqlar yaradır. Bununla bağlı bildirmək istəyirik ki, sözügedən tikinti öhdəliklərinin ləng yerinə yetirilməsinin ən böyük səbəbi 2010-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən şirkətə qarşı tətbiq edilən bir sıra əsassız və qanunsuz vergi ödənişi tələbləri nəticəsində yaranmış maliyyə sıxıntısıdır. Məhz bu tələblər səbəbindən qeyd edilən və sonrakı müxtəlif vaxtlarda şirkətə artıq vergi yükləri əlavə edilmiş və əsassız olaraq ödənilməsi təmin edilmişdir. Hal-hazırda da şirkətin rəsmi bank hesabları dondurulmuş, maliyyə əməliyatları əngəllənmişdir. Tikintinin davam etdirilməsi üçün yeganə maliyyə qaynağı tikilməkdə olan binalardan gələn kredit ödənişləridir. Bu ödənişlər isə məcburi qaydada yuxarıda qeyd etdiyimiz əsassız vergi və digər ödənişlərə getdiyi üçün tikintidə sürət aşağı düşmüşdür və vəziyyət indiki həddə qədər gəlib çatmışdır.
Bununla yanaşı, hazırda pandemiya ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimi də maliyyənin zəifləməsinə səbəb olmuşdur. Çünki bölgələrdən gediş-gəlişlərdə məhdudiyyətlər var. Müştərilər aylıq kredit ödənişlərini edə bilmirlər. Bu səbəbdən də zəif olan maliyyə qaynağımız daha da zəifləmişdir, çətinliklər çəkməkdəyik”.
Şirkətdən bildirilib ki, bu məsələ ilə bağlı iyun ayından etibarən müəyyən adımlar atılacaq:
“Buna baxmayaraq, şirkət olaraq iyun ayından etibarən müəyyən addımlar atmaq qərarı vermişik. Əminliklə qeyd edə bilərik ki, bunun nəticəsində tikinti daha da sürətlənəcək. Ancaq yenə də bu sürətlənmə bizim arzuladığımız həddə deyil. Yuxarıda qeyd etdiyimiz kimi, Vergilər Nazirliyinin tətbiq etdiyi əsassız vergi yükləri nəticəsində çıxılmaz vəziyyətə düşmüşük, fəaliyyətimizə əngəl yaranıb. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, həmçinin digər müvafiq və aidiyyatı qurumlara, ən yüksək instansiyalara bununla bağlı müraciətlər olunub, izahatlar verilib. Yaxın vaxtlarda şikayətimizlə bağlı apellyasiya baxışı gözlənilir. Bundan sonra şirkətimizə yaradılan maliyyə probleminin həllini tapacağına ümid edirik. Bu halda, AAAF-İNŞAAT MMC öz üzərinə düşən öhdəlikləri rahatlıqla icra edəcək və bütün çətinlikləri arxada qoyaraq vətəndaşlara layiqli xidmət göstərəcək, həmçinin ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi mövcudluğunu davam etdirəcək”.
Həmçinin qeyd olunub ki, sakinlərin iddiasının əksinə şirkətin rəhbərliyi ilə görüşmək məsələsində heç bir çətinlik yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru