Qarabağ Qazisi YENƏ DƏ DÖYÜŞDƏ: Bu dəfə HÜQUQLARI UĞRUNDA... - MÜRACİƏT
Tarix: 20-11-2021, 10:03 | Çap et
Mənim Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquqlarından sayılan inzibati və məhkəmə təminatı hüququma Ali Məhkəmənin İnzibati Kollegiyası 06.10.2021-ci il tarixli hələ də - 45 gündür verilməyən qərarla qadağa qoyub. Sədri Səyyad Kərimov olan Rahib Nəbizadə və Zakir Quliyevdən ibarət məhkəmə heyətinin bu qəti qərarından İnzibati Prosessual Məcəllənin (İPM) və Mülki Prosessual Məcəllənin (MPM) tələblərinə uyğun olaraq əlavə kassasiya şikayəti vermək hüququm İPM-in 1.2 və 90.3 maddələri ilə ( bu Məcəllədə başqa qayda nəzərdə tutulmadığı hallarda birinci və kassasiya instansiyasında icraat zamanı MPM-in müvafiq maddələri tətbiq olunur) doğrulanıb. Eyni zamanda İPM-in 100 -cü maddəsi yeni açılmış hallar üzrə ərizə verməyimə əsas verir. Media yolu ilə müraciət etməyimin əsasında isə aşkarlıq , hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin və s. qeyri-prosessual basqı altında tapdanmasından qaynaqlanır.
Mənim DİN-ə qarşı iddiamın əsasları və kassasiya şikayətimin dəlilləri şikayətimdə əks olunsa da, uyğun sənədlər, sübutlar təqdim edilsə də, nəinki bu sənədlər, sübutlar qiymətləndirilib, heç şikayətimin özü belə araşdırılmayıb. Ona görə də media aracılığı ilə müraciət etməkdə haqlıyam :
Torpaqlarımıza təcavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getmişəm. 1978-ci ildən, 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən , bir neçə illik hərbi toplanışın sonucu olaraq baş leytenant rütbəm dəyişməz qalıb. Halbuki xidmətdə olmayanların ehtiyatda rütbələri polkovnikə kimi yüksəlib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 180-ci maddəsinə əsasən, ... ehtiyatda olan zabitlərə , onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda) , yaxud MÜHARİBƏ DÖVRÜNDƏ QABAQCADAN VƏZİFƏYƏ TƏYİN EDİLDİKDƏ , istisna qaydasında, xidmət ilindən asılı olmayaraq , ...onun hərbi rütbəsindən bir -üç pillə yuxarı hərbi rütbə verilə bilər. Yəni, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1991-ci ildən xidmətə başlayanda polkovnik -leytenant , 1993-cü ildə isə Daxili Qoşunların tərkibinə keçəndə polkovnik hərbi rütbəsinin verilməsi qanunvericiliyin tələbidir. Ağdərədə döyüşlərdə tabur komandiri olmağımı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi 15.04.1993-cü il tarixli 296 saylı rusca arayışın və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti sübut edir. Mənə olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılıb və bu səbəbdən aldığım pensiya tabeliyimdə olanlardan 2-3 dəfə azdır. NK-nın 23.11.1992-ci il tarixli 631 saylı qərarının 10-cu bəndinə əsasən, SSRİ dövründəki xidmətim, 1-ci bəndinə əsasən, hərbi xidmətdə və ya daxili işlər orqanlarının tərkibində qalmaqla mülki nazirlikdə - AMEA-da işləmək dövrü xidmət ilimə hesablanmayıb. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” NK -nın 19.10.1992-ci il tarixli Əsasnaməsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, Azərbaycan Respublikası və ya keçmiş SSRİ daxili işlər nazirliklərinin qoşunları və orqanlarında zabit heyətinin .. vəzifələrində xidmət müddəti ilk zabit rütbəsi verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır. Cavabdeh DİN-in Maliyyə Plan İdarəsi isə 1978-ci ildən zabit rütbəsində olan şəxsin 13 il sonra Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığını bildirib! (?) 1993-dən 2012-ci ilə kimi ehtiyatda – sərəncamda olmağımı elə cavabdeh DİN Daxili Qoşunları doğrulayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami şöbəsinin şəxsi arxiv işinə əsasən verdiyi 25.12.2013 saylı 126 saylı arayış , DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun 22.05.1999 tarixli DİN-in müavini, general-mayor Əsgər Ələkbərova , hərbi tibb şöbəsinin rəisi S. Rüstəmovun 01.03.1998 tarixli DİN şəxsi heyətlə iş idarəsinin rəisi Mehman Mehmanova ünvanladığı arayış xarakterli cavablar xidmətimin tabur
komandiri kimi döyüşlərdə keçdiyini sübut edir. DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun arayışında yazılıb : “Baş leytenant M. A. B. 1993-cü ilin yanvarında Ağdərədə şifahi əmrlə desant-hücum taburunun komandiri təyin olunmuşdur.” Lakin cavabdeh nə bu əmri şəxsi işimə yazıb, nə də rütbəmi qanunvericiliyə uyğun olaraq polkovnik kimi qeyd edib. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” NK -nın 20.04.2000 tarixli 73 saylı qərarının (04.12.2001 tarixli 190 saylı qərarla DİO-nun digər əməkdaşlarına da şamil olunur ) 1 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən , 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə 10 faiz , 25 ildən çox olduqda 40 faiz əlavə əvəzinə, 2007-ci ildən 5 faizlə ödənilir . Bu qərarın 2 -ci bəndinə əsasən, polis-daxili qoşun əməkdaşı xidməti davam etdirməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, ona dövlət büdcəsinin vəsaiti hesabına, ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərcliyinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir . İşdənçıxarma pulu, geyim-əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya da NK-nın 23.11.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci hissəsində nəzərdə tutulur. NK -nın hər iki qərarında səhhəti ilə əlaqədar xidmətdən tərxis olunanlara vəzifə və rütbə maaşlarının beş misli məbləğində işdənçıxarma pulunun verilməsi doğrulanıb. Cavabdeh DİN DQ isə bildirib ki, müdafiə nazirinin əmri ilə son xidmət yerində bir ildən az xidmət edənlərə işdənçıxarma pulu ödənilmir. Belə çıxır, müdafiə nazirinin əmri NK qərarından, qanundan üstündür? “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə görə, hərbi qulluqçu. ..məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə xidmətdə olduğu dövrün digər illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Cavabdeh isə bildirib ki , 2016-cı ildə məzuniyyət və ezamiyyət ilə bağlı yazışmalar məhv edildiyindən ezamiyyət pulunun verilməsi mümkün olmayıb. Cavabdeh “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992 -ci il tarixli qanunun 15”v” maddəsinə əsasən 300 faizlik və 23”b” maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavəni də özünün cibinə əlavə edib. Buna izah tapa bilməyən cavabdeh xidmət ilimə əlavənin edilməməsini 15 ildir qüvvədən düşən qanunun mənə aidliyi olmayan maddəsi ilə əlaqələndirir .
Nə birinci instansiya, nə apellyasiya instansiyası, nə də kassasiya instansiyası, belə bəlli olur ki, iddiamı, şikayətimi oxumayıb. Eləcə DİN-in səlahiyyətli nümayəndəsi (?) və vəkili Əlirza Həbilovun qeyri-prosessual basqısı altında Şəki İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında saxta qərardadını olduğu kimi köçürüb qərara alıblar ki, Konstitusiya da, Ali Məhkəmə də, qanun da Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarovun köhnə tarixə saxtalaşdırdığı qərardaddan aşağıdır! (?) Ali Məhkəmənin Plenumunun 10.04.2015 tarixli 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 maddəsində yazılıb ki, iddianın mümkün sayılmaması haqqında qərardad, mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə yenidən iddia qaldırılmasını istisna etmir. Bəs Ali Məhkəmə hakimləri niyə bu Qərarı yox, rayon məhkəməsinin qərardadını əsas tutub, iddiaçı Qarabağ qazisini Şəki məhkəməsinin qərardadındakı şərtlərə (?) əməl etməməkdə suçlayır ? Birincisi, Şəki və Bakı İnzibati Məhkəməsinə verilən iddiaların əsasını eyni predmet təşkil etmir. Bunu cavabdeh DİN-in Baş Təşkilat İnspeksiya İdarəsi baş prokurordan daxil olan şikayət əsasında “səlahiyyətli nümayəndəsi və vəkili Əlirza Həbilovun barəsində şikayət etmək hüququmu “ bildirən cavabında göstərib ki , Şəkidəki iddia “pensiyaya əlavənin hesablanması” , Bakıdakı isə “yeni hesablama vərəqinin göndərilməsi, konpensasiya və müavinətin yenidən hesablanaraq ödənilməsi” barədədir. İkincisi, mən Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadındakı “şərtlərə” əməl edib , Ağsu rayon məhkəməsinə “hüquqi faktın müəyyən edilməsi”nə ərizə vermişəm. Bu məhkəmə və Şəki Apellyasiya Məhkəməsi ərizəmi baxılmamış saxlayıb ki , iddia icraatı qaydasında müraciət etməliyəm . Ağsu rayon məhkəməsinin 24.05.2019 tarixli 2 (016)-333/19 saylı və Şəki Apellyasiya Məhkəməsinin 05.08.2019 tarixli 2 (107)-
2505/19 saylı qərardadları apellyasiya və kassasiya instansiyalarına təqdim edilsə də, bu yekəlikdə qərardadları 6 məhkəmə hakimindən heç biri görə bilməyib. Gözlərini qeyri-prosessual ilişgi necə tutubsa, heç cavabdehin 1-ci dərəcəli Qarabağ qazisindən Nizami məhkəməsi yolu ilə “ Prezidentə və baş prokurora özbaşınalıqdan şikayətinə görə daxili qoşunlar idarəsinin şərəf və ləyaqətini alçaltmağa görə “ 30 milyon manat tələb etməsi iddiasını da görməzliyə vurublar. Yəqin elə ona görə də, İPM-in 96.4 maddəsinə əsasən işə yazılı icraat qaydasında baxmağı da lazım bilməyiblər. Axı, belədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadını Konstitusiya aktı kimi qəbul edib, olduğu kimi köçürə bilməyəcəkdilər.
Mənim iş üçün əhəmiyyət daşıyan sözügedən sübutlarım yoxa çıxarıldığından , ya əlavə kassasiya qaydasında, ya da yeni açılmış hallar üzrə ərizəmin təmin edilməsi gerçəkləşməlidir. Prosessual qanunvericiliyin tələbi belədir. Haçanacan ali səviyyədə (də) qeyri-prosessual tələblərə üstünlük veriləcək .
Məğrur Bədəlsoy Qarabağ Qazisi
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
|