Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                 

"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram" - ŞOK İDDİA
Tarix: 24-11-2021, 09:14 | Çap et
"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram"
“Biz Siyəzən rayonunun Məşrif kəndində dağlıq ərazidə yaşayırıq. Keçən il oktyabr ayının 14-də oğlum Elməddinin şəhid olması xəbəri gəldi və onun nəşini gətirib bizə təhvil verdilər. Amma bizə oğlumun kimliyini təsdiq edən heç bir sənəd vermədilər. Biz şəhidimizi qəbul etdik, bununla belə axtarışlara çıxdıq ki, həqiqətənmi dəfn etdiyimiz şəhid mənim oğlumdur? Hərbi prokurorluqdan gəlib məzarı açdılar və təsdiqləndi ki, həqiqətən də həmin məzardakı mənim oğlumdur. Onlar bizə bildirdilər ki, biz şəhidimizin məzar yerini dəyişdirəcəyik, çünki bura dağların başıdır. Təsəvvür edin ki, bizim yaşadığımız köhnə kənd olub və 4 ildə ikinci şəxsdir ki, həmin ərazidə dəfn edilir. Çünki gəlişli-gedişli bir yer deyil. Onlara bildirdim ki, bizim İcra başçımız rayonda şəhidlər xiyabanı yaratmayıb, bütün şəhidlər dağların başında dəfn olunub. Bizim məscid tikməklə bağlı bir söhbətimiz oldu. İcra hakimiyyətindən bizə dedilər ki, məscid tikdir və övladını da gətir orada dəfn et”.

Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi şəhidi, xüsusi təyinatlı Elməddin Məhərrəmovun atası Şahlar Məhərrəmov bildirib. O deyir ki, üstündən 1 il 2 ay keçməsinə baxmayaraq, oğlunu tikdirdiyi məscidin ərazisində dəfn edə bilmir və hələ də şəhidin məzarının üstü götürülməyib.

“Siyəzən rayon İcra başçısı Novruz Novruzovla görüşdük, onlar bizə məscidin tikilməsi üçün müəyyən olunan ərazini də göstərdilər. Öz hesabıma böyük bir məscid tikdirmişəm. Məsciddə 10 günlük tamamlanma işləri qalıb. Elməddindən də başqa 40-a yaxın şəhidimizin, Polad Həşimov da başda olmaqla mərmərdən məzarlarını hazırlatdırmışam ki, oğlum burada tək qalmasın. Onsuz da rayonda şəhidlər xiyabanı yoxdur, bura elə insanların ziyarətgah yeri olsun. Mənim bir oğlum var idi, dedim ki, heç bir şey istəmirəm, amma məscidi tikdirəcəyəm. 300 min pul xərləyib məscid tikdirmişəm, nəyim var satıb onun tikintisinə sərf etmişəm. Məscidi oğlum üçün tikdirdiyim üçün ona “smeta” çıxartdırmadım. Amma layihəni icra edən şəxs deyir ki, məscidin 1 milyon 200 mindən çox “smeta” dəyəri var. Çoxu gəlib kömək edib, heç onları hesablamıram. Özüm də birinci qrup əliləm. Elməddinin 3 yaşı olanda belim sınıb, gəzə bilmirəm, hələ də sürünürəm. Mənim oğlum xüsusi təyinatlı idi, dövlətimiz ona Zəfər günü “Bayraq” ordeni verdi. Bu orden balaca bir orden deyil. Bundan əlavə də ölkə başçısı onu 5 medalla təltif edib. Amma görün nə olub da. İcra başçısı məscidin tikintisini saxladıb, gündə polisi üstümə tökür. Mən bu İcra başçısı Novruz Novruzovun əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram. Mənə deyir ki, məscidin sənədləri veriləcək, amma oğlunun məzarını nə rayona gətirirəm, nə də məscidin ərazisində dəfn etməyə icazə verirəm. O elə dağların başında qalacaq. Amma halbuki hərbi prokurorluqdan da, icradan da məscidin burada tikilməsinə icazə verib, bu addımımızı təqdirəlayiq bir hal kimi qiymətləndirmişdilər. İcazə olmayan yerdə bir daşı daş üstə qoymaq olar sizcə?! Yəni biz bu qədər ozbaşına olduq ki, icazəsiz götürüb məscid tikdik?! Yaxşı, əgər qanunu pozmuşuqsa məscid tikilməyə başlayanda niyə etirazınızı bildirmədiniz, indi tikilib qurtarıb deyirsiniz ki, qanun pozmuşuq?! 2 aydır məsciddə azan da verilir. İcra başçısı mənə qarşı qərəzli mövqe tutur.

Ümumiyyətlə, o, rayonda şəhidlərimiz üçün heç nə etməyib. Onun şəhidlərimizə zərrə qədər də hörməti yoxdur. Kəndin mərkəzində şəhidlərimizin fotolarının görüntüləndiyi bir monitor var. O monitorun ərazisində eşşəklər yatır, bir “reşotka” qoymayıb ki, ora qurd-quş, heyvanat girməsin. 2 ay bundan əvvəl də mən məscidin açılışını edə bilərdim, amma başçının üzündən edə bilmədim. Mənim yuxarı dövlət qurumlarından heç bir şikayətim yoxdur, onların hamısından razıyam. Bir neçə gün öncə həmin problemlə bağlı Müdafiə Nazirliyinə getmişdim, orda da dedilər ki, “Bayraq” ordeni alan xüsusi təyinatlı şəhidimizə qarşı bu cür münasibət yolverilməzdir. Fəxri xiyabanda dəfn olunan şəhidimiz Cəbrayıl Dövlətzadə mənim oğlumun “pekaşniki” olub. Oğlum elə-belə əsgər olmayıb. Oğlumun göstərdiyi igidliklər bu İcra başçısına çatmır. Bir həftə bundan öncə isə deyirlər ki, məscidi kəndin örüş sahəsində tikdirmisiniz. Ay vicdansız! Özünüz ölçüb, yeri vermisiniz, icra başçısı da 3-4 dəfə tikintidə şəxsən iştirak edib. Allah bu zülmü götürməz! Siz gəlib gözünüzlə görməsəniz, bəlkə də mənim dediklərimə inanmazsınız. Sizdən, baş redaktorunuzdan xahiş edirəm, Siyəzənə, Məşrif kəndinə şəxsən özü gəlib, məsələ ilə yerində məşğul olsun və həllinə kömək etsin. Bir gün əziyyətinizdən şəhidə görə keçib, gəlin əraziyə baxın. İnanın Allaha, dəhşətə gələcəksiniz! Mənim bundan sonra itirəcəyim heç nə yoxdur, dağ boyda övladımı itirmişəm. Oğlum qalıb dağ başında, tikdirdiyim məscidin ərazisində onu dəfn edə bilmirəm. Bütün şəhid valideynləri övladlarının məzarını onun xatirələri, yadigar əşyaları ilə bəzəyir, mən isə hələ də övladıma baş daşı qoya bilmirəm”, - deyə şəhidimizin atası bildirib.

"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram"
"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram"
"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram"
"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru