“Sabah Residence” MTK ilə kimsə BACARMIR? - GİLEY
Tarix: 21-02-2022, 11:03 | Çap et
Vətəndaş Qafarov Ədalət Valeh oğlu şikayətində yazır: "Mən, Qafarov Ədalət Valeh oğlu 2019-cu ilin oktyabr ayından “Sabah Residence” MTK-da ekskavator operatoru kimi işləmişəm. 15.12.2019-cu il tarixdə “Sabah Residence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 10 ünvanındakı tikinti sahəsində ekskavatorla qazma işləri apararkən eyni vaxtda ərazidə betonlama işləri aparılırdı. Mən ekskavatora yaxınlaşanda torpaq kütləsi sürüşdü, torpağın altında qaldım. İş yoldaşlarım təcili məni torpağın altından çıxarıb xəstəxanaya çatdırdılar. Hər iki ayağımdan xəsarət aldım, hazırda da xəsarətlər qalmaqdadır, ayağımı sərbəst hərəkət etdirə bilmirəm, ayağımda quruma gedir və təcili əməliyyat olunmasam ayağım kəsiləcək.
Hadisədən sonra şirkət rəhbərliyi bir müddət müalicəmə yardım etsə də, sonradan müalicəmdən imtina etdilər və hazırda da heç bir kömək göstərmirlər. Hadisə nəticəsində əmək qabiliyyətimi itirmişəm, müalicə üçün əlimdə olan bütün əmlaklarımı satmışam, indi isə müalicəm dayanıb və ailəm də çıxılmaz vəziyyətdə qalıb. Hadisə baş verdikdən sonra şirkətin əməkdaşları tərəfindən mənə hüquq-mühafizə orqanlarına şikayət etməməyim qarşılığında müalicəmə maddi kömək ediləcəyi ilə bağlı vəd verilmişdi. Mən də onlarla şəxsi tanışlığımı nəzərə alaraq Səbail rayon Prokurorluğunda hadisə ilə bağlı izahat verən zaman hər hansı bir şikayət və tələbimin olmadığını bildirmişəm. Şirkət tərəfindən bir müddət mənim müalicə xərclərim qarşılanmış, lakin cinayət materialları ilə bağlı araşdırma bitdikdən bir müddət sonra müalicəmi dayandırmışdılar. Məsələ ilə bağlı şirkət əməkdaşları ilə dəfələrlə danışdım, mənə rəhbərliyə müraciət ediləcəyinə dair vəd verildi. 2-3 aylıq müddət ərzində şirkət əməkdaşları tərəfindən müxtəlif bəhanələr gətirilmiş, son olaraq, rəhbərliyə məsələ ilə əlaqədar məlumat verilsə də, müraciətimin nəzərə alınmadığı bildirilmişdir. Bu zaman mən aldadıldığımı anlayaraq, ilk öncə, prokurorluq orqanından işlə bağlı materialları əldə etmiş və materiallarla ətraflı tanış olduqdan sonra baş vermiş hadisənin böyük təhriflərlə əks etdirildiyini müəyyən etmişəm. Baş vermiş bədbəxt hadisə ilə bağlı həm rayon prokurorluğuna, həm də yuxarı instansiya prokurorluqlarına 5-6 ay ərzində dəfələrlə müraciət etsəm də, şikayətimlə əlaqədar eyni məzmunlu – şikayətimə baxmaqdan imtina edilməsinə dair cavablar almışam. Bu səbəbdən də Səbail rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermək qərarına gəldim. Səbail Rayon Məhkəməsi tərəfindən işimin ədalətli araşdırılacağına inansam da, məhkəmə şikayətimdə qeyd etdiyim xüsusatları araşdırmadan və həmin halları təkzib edəcək hər hansı bir əsas gətirmədən əsassız olaraq şikayətimin təmin olunmasından imtina etmişdir. Ümumilikdə mənə məlumdur ki, “Sabah Residence” MTK-nın fəaliyyəti yüksək vəzifəli dövlət məmurları ilə əlaqəlidir. Görünən odur ki, şirkət rəhbərliyi həmin dövlət məmurunun vəzifə və imkanlarından sui-istifadə edərək, onların adını hallandırmaqla hüquq-mühafizə orqanları tərəfindən işin ədalətli araşdırılmasına təsir göstərir." Bundan sonra teref.az-a yazan şikayətçi məktubunda yazır: "Bu hadisədən sonra Ədliyyə Nazirliyinə müraciət edərək hadisə ilə əlaqədar mənə kömək göstərilməsini xahiş etdim. Bir neçə dəfə Ədliyyə Nazirinin müavini Azər Cəfərovla görüşməyə cəhd etdim. Bütün bunlara baxmayaraq, rəhbərliklə görüşüm təmin olunmadı və mənim problemim baxılmamış qaldı. Baş vermiş istehsalat qəzasına dair Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışları mövcuddur. Həmin arayışlarda da almış olduğum xəsarətlərin – sağ bud sümüyünün burmalardan keçən bitişmiş sınığı və sol ayaq pəncəsində və ayaq baramaqlarında hissi-hərəki pozğunluqla müşayiət olunan sol budun aşağı hissəsində dizaltı arteriyasının zədələnməsinin bərk, küt əşyanın (əşyaların) təsirindən törəndiyi təsbit olunmuşdur. Hazırda da həmin xəsarətlər qalmaqdadır, sərbəst hərəkət etməkdə çətinlik çəkirəm. Ayağımda qaralma baş verir və əməliyyat olunmayacağım halda amputasiya ediləcək. Əmək qabiliyyətimi itirdiyim üçün artıq 2 ildən çoxdur ki, işləmirəm. Ayağımın əməliyyat olunması üçün artıq satmağa heç nəyimiz qalmayıb. Mən isə 2 ildir ki, səbr və hörmətlə davranaraq şirkətin davranışlarını ictimailəşdirmək istəmirəm. Lakin şirkət rəhbərliyi isə bunun əksinə davranaraq arxalandığı və nüfuzundan istifadə etdiyi yüksək vəzifəli məmurların adından istifadə edərək hüquq mühafizə orqanlarına təsir edir və mənim hüquqlarımı pozur. Lakin onlar düşünmür ki, bu məsələ mənim sağlamlığımı əlimdən alır, bir insanın həyatını alt-üst edir. Halbuki mənim ayağımın əməliyyatı təqsirkar “Sabah rezidence” şirkətinin rəhbərliyi üçün çətin bir iş deyil. Mən artıq bu cür yaşamaqdan bezmişəm, ayağım günbəgün qaralır və kəsilmək üzrədir. Ailə üzvlərimin üzünə baxa bilmirəm. Əgər mənim haqlı müraciətimə cavab verən olmasa, özümü öldürməkdən başqa heç bir əlacım qalmır. Mən açıq məktub yazaraq aidiyyəti şəxslərə elan edirəm ki, mənim başıma gələcəklərə görə “Sabah Residence” şirkəti günahkardır. Onlar mənim kəsiləcək ayaqlarım üzərində öz binalarını tikmək istəyirlər. İnanıram ki, bu haqsızlığı Allah onlara bağışlamaz. " Teref.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|